Ruprext (Almanların kralı)
Pfalslı Ruprext (alm. Ruprecht von der Pfalz; 5 may 1352, Amberq, Yuxarı Pfalts – 18 may 1410), bəzən Pfalslı Robert kimi tanınan, Vittelsbax sülaləsinin üzvü, 1398-ci ildən Pfals kürfürstü (III Ruprext adıyla) və 1400-cü ildən ölümünə qədər Almanların kralı.
Ruprecht 5 may 1352-ci ildə Amberqdə II Ruprext və onun həyat yoldaşı Beatrisin yeganə oğlu olaraq dünyaya gəldi. 13 yaşında anasını itirməsi istisna olmaqla, gəncliyi barədə heç nə məlum deyil. Lakin o, erkən yaşlarından mühüm tədbirlərdə iştirak edirdi. 1378-ci ildən o, böyük əmisi I Ruprext və atası II Ruprextlə birlikdə mühüm sənədlərdə adı görünürdü. Nəticədə, o, Pfalsın gələcək varisi kimi əvvəlcədən məlum idi. Kürfürst kimi hakimiyyətinə qədər o, əsasən Yuxarı Pfalsda yaşadı. 1385/86-cı ilin qışında o, Prussiya səlib yürüşünə qoşulub.
Ruprext 27 iyun 1374-cü ildə Amberqdə Nürnberq burqqrafı V Fridrixin qızı Elizabet fon Hohensollern ilə evləndi.