ALP QIRIŞIQLIĞI

Kaynozoy erasında baş vermiş və cavan qırışıq dağ sistemlərinin (Alp, Karpat, Qafqaz və s) formalaşmasında böyük rol oynamış dağəmələgəlmə, qırışıqəmələgəlmə və qranitləşmə proseslərinin məcmu. aльпийская складчатость alpine folding
ALP DAĞLARI TİPİ
ALP QURŞAĞI
OBASTAN VİKİ
Alp qırışıqlığı
Alp qırışıqlığı — Yer qabığı təbəqələrində Kaynozoy və qismən Mezozoy eralarında əmələ gəlmiş qırışıqlıq. İlk dəfə Alp dağlarında öyrənildiyindən "Alp qırışıqlığı" adlandırılmışdır. Mezozoyun əvvəlindən başlamış, Neogendə şiddətlənmiş və kaynozoyun sonunda zəifləmişdir. Alp qırışıqlığı yenə də davam edir. Cavan dağ silsilələri, onlara bitişik çökəkliklər və su hövzələri Alp qırışıqlığı nəticəsində əmələ gəlmişdir. İki zolağdan ibarətdir: 1-ci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlüs, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Birmanın dağ silsilələrini, 2-ci zolaq isə uzaq şərqdə meridional istiqamədə uzanan Sakit okean ətrafı dağ silsilələrini-Koryak silsiləsini, Kamçatka yarmadasını, Saxalin, Yapon adalarını və Malay arxipelaqını, And dağlarını, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakıdağ silsilələriini və dərin sualtı yarğanları əhatə edir. Alp qırışıqlığı zolaqları tektonik hərəkətlər nəticəsində baş verən qırışıqlar, örtüklər və üstəgələmələrlə, intruziyaların yayılması, seysmikliyi və vulkanizmi ilə xarakterizə olunur.
Baykal qırışıqlığı
Baykal qırışıqlığı, Şatski, 1932 - proterozoyun sonu (rifey kompleksi) — kembrinin başlanğıcında baş vermiş qırışıqlıq prosesləri. Baykal qırışıqlığı nəticəsində dünyanın müxtəlif yerlərində geniş əyalətlərin geosinklinal inkişafı başa çatmışdır. Baykal qırışıqlığı nəticəsində əmələ gələn geoloji qurumlar baykalidlər adlanır. Baykal qırışıqlığı vilayətləri Şimal-Şərqi Avropa platformasını, Sibir platformasının qərb hissənini (Turuxan zonası, Yenisey tirəsi, Yuxarı Sayan) əhatə edir. Baykalidlər habelə Hindistanda, Ərəbistan yarımadasında, Orta və Yaxın Şərqin alp strukturlarının özül çıxıntılarında qeyd edilir. Qərbi Avropada Baykal qırışıqlığı assint və kadom qırışıqları uyğundur. == Həmçinin bax == Sibir == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Hertsin qırışıqlığı
ALP
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. 24 iyun 2023-cü il tarixində partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. 27 noyabr 2023-cü ildə partiyanın son sədri Əvəz Temirxan partiyanın fəaliyyətinə ara verildiyini, qısa zamanda sənədlər qaydasına salınaraq Ədliyyə Nazirliyinə müraciət ediləcəyini bildirmişdir. O, partiyanın hansı səbəbdən buraxıldığını açıqlamasa da, partiyanın bundan sonrakı əsas məqsədinin proporsional seçki bərpa olunarsa, parlament seçkilərində iştirak etmək olduğunu açıqlamışdır.
Alp Arslan
Alp Arslan (20 yanvar 1029 – 15 dekabr 1072, Ceyhun, Qövr) — Səlcuq sultanı. Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029–1032-ci illər arasında götürülür. Böyük Səlcuq Dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu olan Alp Arslan, kiçik yaşlarından hərbi işlərlə məşğul olurdu. Şərqin və Qərbin hakimi Toğrul bəy 1063-cü ildə təxminən 70 yaşında dünyasını dəyişəndə, onun övladı olmadığı üçün hakimiyyətə Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Arslan öz tərəfdarlarının köməyi ilə Reyə gələrək Əmir sultanı və onun yaxın köməkçisi olan Qutalmışın silahlı qüvvələrini məğlub edərək hakimiyyəti ələ aldı. 1064-cü il aprelin 27-də 36 yaşlı Alp Arslan sultan elan olundu. Onun dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi. Alp Arslan bacarıqlı döyüşçü nüfuzunu hakimiyyətə gəldikdən bir il sonra Heratı tutmaqla qazandı. Növbəti il ərzində o, ulu babası Səlcuq bəyin məzarının yerləşdiyi ərazini fəth etdi.
Alp Qorxmaz
Alp Qorxmaz (d. 2 mart 1981, Ankara), Türk kinoteatr və serial aktyorudur. İlk təhsilini İstanbulda tamamlamışdır, orta təhsilini isə Çanaqqalada Tamamlamışdır. Amerikada Universitet həyatına başladı. University of South Florida Radio Televiziya bölməsindən məzun olduqdan sonra Nyu-Yorka aktyorluq təhsili almağa getdi. Nyu-Yorkun ən lazımlı Broadvay muzikal məktəblərindən Neighborhood Playhouse School of Theatre də təhsilini tamamladıqdan sonra 2006-cı ildə Türkiyəyə qayıtdı. Gəldiyi hələ 1 ay olmamış Türkər İnanoğlu tərəfindən kəşf edilən Qorxmaz, Erler Filmin istehsalı olan Arxa Küçələr adlı serialda "Ali" obrazını canlandırmaqdadır. 2010-cu il Aprel ayının 2-ci həftəsində əsgərlik səbəbi ilə serialdan bir müddətliyinə ayrılmışdır. Vətənə olan borcunu qaytarıb, qısa dönəm olaraq aprel 2010-cu ildə başlayıb sentyabr 2010-cu ildə Bingöldə tamamlamışfır. İndi də Erler Filmin istehsalıı olan Arxa Küçələr serialında "Ali" roluna davam etməkdedir.
Alp Tarxan
Alp Tarxan — VIII əsrdə baş verən Xəzər-ərəb müharibələrində xəzər qoşunlarına başçılıq etməsi ehtimal olunan, Məslamənin komandası altında Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı vuruşan sərkərdə. Alp Tarxan ifadəsinin bu şəxsin adı və ya ləqəbi olması mübahisəlidir. Bəzi mənbələrə görə, Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı əməliyyatlarda Məslamənin ordusunu Dağıstan ərazisində sıxışdıran məhz Alp Tarxan olub. M.Kaqankatvatsi bildirir ki, 713-714-cü illərdə Alp Tarxanın komandanlığı altında olan Xəzər ordusu, Məsləmə ibn Əbdülmalikin komandanlığı altında olan ərəb ordusunu Dərbənd ətrafında sıxışdırdı və Məsləmə ibn Əbdülmalik bütün ordusunu və hətta hərəmini tərk edərək qaçmalı oldu..
Alp Təkin
Alp Təkin (962–963) — Qəznənin ilk türk hakimi. Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi. Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi. Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
Alp boymadərəni
Alp boymadərəni (lat. Achillea alpina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. Achillea alpina subsp. camtschatica (Heimerl) Kitam. Achillea alpina var. discoidea (Regel) Kitam. Achillea alpina subsp. japonica (Heimerl) Kitam. Achillea alpina subsp. pulchra (Koidz.) Kitam.
Alp danaayağı
Arum cylindraceum (lat. Arum cylindraceum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Alp dağları
Alp dağları (alm. Alpen‎, fr. Alpes, it. Alpi, sloven. Alpe) — Qərbi Avropanın nisbətən hündür dağ sistemi. Alp dağlarının ərazisi tamamilə və ya qismən 8 ölkənin coğrafi sərhədlərinin daxilində olur. Ümumi ərazisinin payı Alp ərazisinə düşməsi nisbətinə görə dövlətlərin sıralamsı aşağıdakı qaydada yerləşir: Lixtenşteyn (100%), Monako (100%), Avstriya (65%), İsveçrə (60%), Sloveniya (40%), İtaliya (17%), Fransa (7%), Almaniya (3%). Uzunluğu təxminən 1.200 kilometr, eni 261 kilometrdir. Alp dağları Avropanın mühüm iqlim ayırıcı sahəsidir. Onun şimal və qərbində mülayim iqlimə malik ərazilər, cənubda isə subtropik Aralıq dənizi iqlimi olan ərazilər yerləşir.
Alp doqquzdonu
Alp doqquzdonu (lat. Lonicera alpigena) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Alp edelveysi
Alp hörücüsü
Alp qarsərçəsi və ya Alp vüroku (Montifringilla nivalis) Sərçəkimilər dəstəsindən olan bir quş növüdür. Yayılma arealı Avropa və Asiya-nın cənubundakı yüksək dağlıq (1900-3000 m) ərazilərdir. Qışda daha alçaq ərazilərə enirlər. Ortalama uzunluğu 16.5-19 sm-dir. Qidasını əsasən toxumlar, bəzən də müxtəlif həşəratlar təşkil edir.
Alp kərtənkələsi
Alp kərtənkələsi (lat. Darevskia alpina) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Orta ölçüyə malik olan kərtənkələ 65 mm uzunluğa malik olur. Quyruq isə iki dəfə uzundur. Başı nisbətən sıxılmış formaya malik olur. Boğazın orta nahiyəsində 18-27 pulcuq olur. Bədəninin orta hissəsində isə 40-45 pulcuq vardır. Bədəninin yuxarı hissəsi ot-yaşılı, sarı-yaşılı, qəhvəyi-boz rənglərdə olur. Bu hissədə tünd nöqtələr vardır. Qarın nahiyəsi sarı və ya yaşılı-sarı rəngdə olur.
Alp marmotu
Alp marmotu və ya Avropa marmotu (lat. Marmota marmota) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Mərkəzi və Cənubi Avropanın yüksək dağ rayonlarında yayılmışdır. Alp marmotuna daş qayalıqlarında dəniz səviyyəsindən 600–3200 m yüksəkliklərdə rast gəinir.Əlverişli şəraitdə 1 km2 ərazidə 40-80 fərd yaşayır.
Alp qarağatı
Alp qarağatı (lat. Ribes alpinum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Bütün Avropa üzrə, Qafqazda, Qərbi Türkiyədə, Şimali Afrikada və Mərakeşdə yayılmışdır. Hündürlüyü təxminən 1,5 m-ə çatan, möhkəm yarpaqlı, sıx yerləşmiş budaqları olan alçaqboylu koldur. Yarpaqları üç qanadlı, tünd yaşıl, parlaq, eni 4 sm-dək, üstü cod, vəzicikli tükcüklərlə örtülmüşdür. Yarpağın əks tərəfi açıq hamar, çılpaqdır. Çiçəkləri yaşılımtıl, sarı rənglidir. Çiçək saplaqlarında vəzicikli tükcükləri vardır. Çiçək qrupları 15-30 ədəd erkək çiçəklərdən və ya 1-5 ədəd dişi çiçəklərdən ibarətdir, sallaq olmayan salxımlar əmələ gətirir. Meyvələri dadına görə şirin, unlu, ölçüsü 6-8 mm olan çəhrayı giləmeyvədir.
Alp qurşağı
Alp qurşağı — dağda qısaboylu ot bitkilərindən ibarət çəmənlik (yaylaq) deməkdir. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Alp relyefi
Alp relyefi — kəskin parçalanmış, geniş yayılmış buzlaq formaları ilə (karlar, sirklər, təknələr, karlinqlər və b.) səciyyələnən dağlıq relyef. Alp relyefi yamacları sıldırım qayalı, zirvələri və suayrıcıları iti və diş-diş olur. Alp relyefi dağların yüksəkliyindən daha çox qar xəttinin mütləq yüksəkliyindən asılıdır. Bu xətdən yuxarı, aktiv ekzarasion və nivatsion buzlaq proseslərinin fəaliyyəti kəskin olur. Qütblərə doğru qar xətti get-gedə dəniz səviyyəsinədək endiyindən yüksək en dairələrində Alp relyefi bu səviyyədən başlanır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Gündüz Alp
Gündüz Alp və ya Gündüzalp — Osmanlı Bəyliyinin qurucusu olan Osman Qazinin atası Ərtoğrul Qazinin soyundan olub, müxtəlif mənbələrə görə Ərtoğrul Qazinin atası və ya oğludur. Ənvərinin "Düstürnaməyi-Ənvəri" adlı əsəri və Qaramanlı Mehmet Paşaya görə Ərtoğrul Qazinin atası. Həsən bin Məhmud əl-Bəyatinin "Cam-ı Cəm-Ayin" adlı əsəri, Aşıqpaşazadənin "Aşıqpaşazadə Tarixi" adlı əsəri və Nəşrinin "Kitabı-Cihannümə" adlı əsərinə görə isə Ərtoğrul Qazinin oğlu və Osman Qazinin qardaşıdır.
Qaya Alp
Qaya Alp, Kaya Alp, Qaya bəy və ya Kaya bəy (türk. Kaya Alp, Kaya Bey; osman. قايا آلپ;قايا بك ; XII əsr – 1214, Ərzurum ili) — Osmanlı İmperiyasının qurucusu I Osmanın babası Süleyman Şahın atası. XII və XIII əsrlər arası yaşamışdır. Atası Qızıl Buğa bəy (Kızıl Buğa Bey). Bәzi qaynaqlara görә Qızılbuğaın digәr adı Basuq bəydir.
Qonur Alp
Qonur Alp, Konur Alp, Qonuralp və ya Qonuralp Bəy (türk. Konur Alp, Konuralp, Konuralp Bey) - Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Və üstəlik, Konuralp Osmanlı Dövlətinin quruluşunda da fəal iştirak etmişdir. Osman xan, 1299-1300-cü illərdən etibarən Bizanslılar ilə mücadələyə girişincə, yanında Akça Qoca, Samsa Çavuş, Aykut Alp, Əbdürrəhman Qazi kimi igidlərin arasında Qonuralp Bəy də var idi. Orxan Qazi də, atasının sağlığında onun əmri ilə əsgəri idarəni ələ aldığında, Qara dənizə doğru olan bölgənin fəthinə Konuralpı göndərdi. Qonuralp, Ağyazını, Mudurnunu, və sonradan öz adı verilən Melen çayı hövzəsini fəth etdi. Əbdürrəhman Qazi ilə birlikdə Aydos qalasını fəth etdi. Bursanın fəthində qəhrəmanlıqlar göstərdi və həmin ildə də vəfat etdi (1326). Qonur Alpın vəfatından sonra, onun tabeliyində ki torpaqlar Şahzadə Murada verildi. Qonur Alpın qəbri Düzcənin Konuralp məhəlləsindədir.
Ron-Alp
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Turqut Alp
Turqut Alp — Ərtoğrul Qazinin, ilk Osmanlı sultanı Osman Qazinin və Orxan Qazinin ən yaxın silahdaşlarından biri. Doğum yeri və tarixi haqqında qəti bir məlumat yoxdur. Osman bəyin qəza hərəkatınə başladığı 1288-ci ildən etibarən, Turqut Alp da yanında yer almışdır. Bilecikin fəthindən sonra Osman bəyin əmri ilə İnəgölü mühasirə altına aldı. 1299-cu ildə Osman bəylə birlikdə, İnegölün fəthini reallaşdırdı. Osman bəy, İnəgölü Turqut Alp hədiyyə olaraq verdi. Rəvayətə görə ömrü bu yaylada keçmişdir. Öləcəyini anladığında sahib olduğu torpaqlarda öndə olanları yanına çağırmış və onlara demişdir: Ağalarım, igidlərinin! Mən artıq ölürəm, haqqınızı halal edin. Ölümümdən sonra məni elə bir yerə basdırın ki, məzarım torpağımdan olsun.
Alp epoxası
Alp Epoxası — Müasir qitələrin zahiri görünüşünü müəyyən edən dağ qurumları kaynozoyu əhatə edən sonuncu orogenezdə-Alp epoxasında əmələ gəlmişdir. Tabaşirin sonu-paleogen dövrünün əvəlində Şimali Amerikanın qərbində nəhəng Kordilyer dağ sisteminin formalaşması tamamlandı, lakin Cənubi Amerikada, Avrasiya və şimali-qərbi Afrikada Alp orogenezinin əsas hadisələri eosenin sonunda (təxminən 40 milyon il bundan əvvəl) başlanmışdır və ardıcıl güclənərək miosenin sonuna qədər davam etmiş, bəzi rayonlarda isə indi də davam etməkdədir. Məhz bu epoxada Alp-Himalay dağ silsilələri meydana gəlmişdir. Bu silsilə Cəbəllüttariqdən İndoneziya arxipelaqına qədər Pireneyi, Alp, Karpatı, Balkanı, Böyük və Kiçik Qafqaz, Pamiri və nəhayət, Yerdə ən yüksək dağ sistemi olan Himalayı və onlara qovuşan ətrafındakı Qarakorumu əhatə edir. Alp dağları Avropada mühüm iqlim bölgüsüdür. Onların şimalında və qərbində mülayim iqlimi olan ərazilər, cənubda subtropik Aralıq dənizi landşaftları var. Küləkli qərb və şimal-qərb yamaclarında yağıntılar ildə 1500–2000 mm, bəzi yerlərdə 4000 mm-ə çatır. Alp dağlarında böyük çayların mənbələri (Reyn, Rhone, Po, Adige, Dunayın sağ qolları), eləcə də çoxsaylı buzlaq və tektonik-buzlaq mənşəli göllər (Bodenskoe, Cenevrə, Komo, Laqo Maggiore və s.) var. Landşaftların hündürlük zonallığı yaxşı ifadə edilmişdir. Hündürlüyü 800 metrə qədər, iqlimi mülayim isti, cənub yamaclarında — Aralıq dənizi, çoxlu üzüm bağları, meyvə bağları, tarlalar, Aralıq dənizi kolları və enliyarpaqlı meşələr var.