ALYANAQLI
AMADƏ
OBASTAN VİKİ
Alyans
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Alyans Arena
Alyans Arena — Almaniyanın Münhen şəhərində futbol stadionu. Bayern Münhen futbol klubu 2005/06 mövsümündən etibarən ev oyunlarını burada keçirir. Dortmundda yerləşən Siqnal İduna Park stadionundan sonra Almaniyanın ikinci böyük stadionudur. == Haqqında == 2005-ci ildə istifadəyə verilən Alyans Arena Avropanın ən yaxşı stadionlarından sayılır. Stadionun tutumu ev oyunlarında 75 min, beynəlxalq yarışlarda 70 min nəfərdir. Stadionun fasadı axşamlar və ya oyunlar keçirilən zaman işıqlandırlır. Tikintisinə 340 milyon avro sərf edilmişdir.
Hindistan Milli İnkişaf üzrə İnklüziv Alyans
Beynəlxalq Kooperativ Alyansı
Beynəlxalq Kooperativ Alyansı (BKA) (ing. International Co-operative Alliance) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat Beynəlxalq Kooperativ Alyans əsasən istehlak, kredit və kənd təssərüfatı yönümlü milli və regional ittifarqları, kooperativ federasiyaları birləşdirən, kooperativ hərəkatı bütün dünyada təmsil edən qeyri-hökumət təşkilastı. == Yaradılması == 19 avqust 1895-ci ildə Londonda təsis edilmişdir. BKA 700 milyondan çox insanın maraqlarından çıxış edir. 2010-cu ilin sonuna alyansa 92 ölkədən 248 kooperativ federasiya və təşkilat daxil olmuşdur. == Məqsədi == BKA-nın nizamnamə üzrə əsas məqsədləri: bütün ölkələrdə kooperasiyanın inkişafına kömək etmək, kooperativ hərəkatın metod və prinsiplərinin təşviqi, maraqların təqdimatı və müdafiəsi, qarşılıqlı əlaqələrin yaradılması və inkişafı, müxtəlif ölkələrin kooperativləri arasında əməkdaşlıq, uzunmüddətli sülh və təhlükəsizliyinin bərqərar olunması. == Rəhbərlik == BKA-nın rəhbər orqanları: konqres — bir neçə ildən bir çağrılır, Mərkəzi Komitə — hər il çağrılır, İcraiyyə Komitəsi — BKA-nın prezidenti, 2 vitse-prezident və 13 üzvdən ibarət. Cari işləri direktor və Katiblik rəhbərlik edir. == Haqqında == BKA "Beynəlxalaq kooperativ günü" bayramının müəllifidir və BMT-də məsləhətçi statusuna malikdir. İsveçrənin Cenevrə şəhərində yerləşən və Birləşmiş Millətlər Təşkilatının struktur bölməsi olan bu alyans hazırda dünyanın 200 beynəlxalq və milli kooperativ təşkilatının simasında 750 milyondan artıq kooperatoru öz sıralarında birləşdirir.
Beynəlxalq Turizm Alyansı
Beynəlxalq Turizm Alyansı — Milli avtomobil assosiasiyaları və turistlərin klubları qismində həqiqi üzvləri, fərdi üzvləri və milli federasiyaları birləşdirən, turistlərin assosiasiyalarından ibarət olan beynəlxalq turizm təşkilatıdır. Təşkilat 1919-cu ildə yaranmışdır. Təşkilat əvvəllər Beynəlxalq Turizm Assosasiaları Cəmiyyəti adlanırdı. Təşkilatın əsas məqsədi kimi beynəlxalq turizmin bütün növlərinin, ilk növbədə avtoturizmin inkişafını göstərmək olar. Birliyin üzvləri avtoturistlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi problemləri üzrə seminar və müşavirələrin təşkili, gömrük formallıqlarının sadələşdirilməsi, yol və avtoşoselərin abadlığı, hüquqi yardımın göstərilməsi və sığorta ilə məşğul olurlar.
Beynəlxalq Tədqiqat Universitetləri Alyansı
Beynəlxalq Tədqiqat Universitetləri Alyansı (ing. International Alliance of Research Universities və ya qısaca IARU) — Dünyanın 10 aparıcı elmi-araşdırma universitetlərinin beynəlxalq birliyi. Mənzil-qərargahı Sinqapurda yerləşir. == Tarixi və fəaliyyəti == Alyans 2005-ci ilin sonlarında təsis edilmiş, fəaliyyətə 14 yanvar 2006-cı ildə başlamışdır.
Mənim Addımım Alyansı
Mənim Addımım İttifaqı (erm: Իմ քայլը դաշինք - /im kaylı daşink/) — Ermənistan Respublikasında Vətəndaş İttifaqı (Nikol Paşinyan), Misiya Partiyası (Manuk Sukiasyan) və vətəndaş cəmiyyətinin müstəqil siyasətçilərindən ibarət siyasi ittifaq.İttifaq 2018 İrəvan Şəhər Şurası Seçkilərindən öncə avqust ayında qurulmşdur. İttifaqın lideri baş nazi Nikol Paşinyandır. 2018-ci ilin başlanğıcında, 31 Mart tarixində Nikol Paşinyan liderliyində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə üsyan başladı.Üsyan Mənim Addımım adlandı.Üsyanın səbəbi dəyişdirilən idarəetmə sistemində Serj Sarkisyanı seçildiyi baş nazir postundan devirmək idi. 23 sentyabr 2018-ci ildə İttifaq İrəvan Şəhər Şurası seçkilərinin Hayk Marutyanın mayor seçilməsi və 65 yerdən 57-ni qazanmaqla qalibi oldu.İttifaq ümumi səslərin 81.06%-ni,yəni 294,109 səsi qazana bildi. İttifaq 2018 Ermənistan Parlamenti seçkilərinə də qatıldı və 132 yerdən 88-ni qazanaraq Ermənistan Respublikasının Milli Məclisinin iqtidar partiyası oldu.İttifaq ümumi səslərin 70%-ni,yəni 884,456 səsi qazana bildi. İttifaqın prinsipi "Böyük Çadır"dır, yəni hərhansı bir siyasi mövqeni dəstəkləmir. İttifaq anti-korrupsiya üzrə fokuslanıb.Nikol Paşinyan isə mərkəzçi demokrat siyasətçi olaraq özünü ifadə edir. Paşinyanın anti-Rusiya siyasətini dəstəkləməyinə baxmayaraq seçki qələbəsindən sonra İttifaq Rusiya ilə siyasi və diplomatik əlaqələri gücləndirməyə kökləndi.Həmçinin Paşinyanın Avropa birliyi vəABŞ ilə də əlaqələri var.
Qlobal Liberal İncəsənət Alyansı
Qlobal Liberal İncəsənət Alyansı (ing. Global Liberal Arts Alliance) — dünya liberal incəsənət kolleclərinin birliyidir. 2009-cu ildə yaradılıb. Birliyin məqsədi Amerikan liberal incəsənət kolleci modelinə əsasən birlik üzvü olan müəssisələr arasında əməkdaşlıq üçün beynəlxalq çərçivəni təmin etməkdir. Alyans Böyük Göllər Kolleclər Assosiasiyası tərəfindən idarə olunur, hansı ki, həmin assosiasiyada Böyük göllər regionunun on üç Amerikan liberal incəsənət kolleci birləşmişdir.
ATA Alyansı
ATA İttifaqı və ya Ata İttifaqı — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi. == Zəmin == İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi. Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi. İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi. Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi. Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi. 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi. === Doğru Partiyanın tərk etməsi === Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.
Səadət Partiyası və Gələcək Partiyası Alyansı
Səadət və Gələcək İttifaqı (Türk. Saadet ve Gelecek İttifakı), 6 iyul 2023-cü ildə Səadət Partiyası ilə Gələcək Partiyası arasında Türkiyə Böyük Millət Məclisində ortaq fraksiya yaradılması, parlament və seçkilərdə əməkdaşlığı ehtiva edən ittifaq. İttifaqın Türkiyə Böyük Millət Məclisində Səadət Partiyasının adı altında parlamentdə 20 deputatı var, lakin onlardan 10-u Gələcək Partiyası üzvüdür. Səadət Partiyası millət vəkili Hasan Bitməzin vəfatından sonra 2 gün ərzineə fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası millət vəkili Ali Fazıl Kasapın Səadət Partiyası sıralarına qatılması ilə fraksiya yenidən qurulmuşdur. Səadət və Gələcək İttifaqının Səadət Partiyası adı altında 20 deputatdan ibarət bir fraksiyası var. Bunlardan 10-u Gələcək Partiyasının üzvləri olsalar da, ittifaq protokoluna görə rəsmi olaraq Səadət Partiyasının üzvləridir. Kocaeli millət vəkili Hasan Bitməzin vəfatının ardınca fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası Kütahya millət vəkili Ali Fazıl Kasapın partiyasından istefa verərək Səadət Partiyasına üzv olması ilə fraksiya yenidən quruldu.
Səkkiz Gücün Alyansı
Səkkiz Gücün Alyansı Avstriya-Macarıstan, Böyük Britaniya, Almaniya İmperiyası, İtaliya, ABŞ, Rusiya İmperiyası, Fransa və Yaponiya İmperiyasını əhatə edən hərbi ittifaqdır. Bəzən Beynəlxalq Azadlıq Ekspedisiyası (ILE) adlandırılan qoşun və qüvvələrin birləşmiş kontingenti Alyans dövlətlərinin 45.000 əsgər və dənizçisindən ibarət idi . 27 sentyabr 1900-cü ildə N. P. Lineviçin komandanlığı altında Müttəfiq qoşunları Pekinə daxil oldular. Kampaniya zamanı müttəfiq qüvvələr 1900-cü ilin avqustunda Boksçu üsyanını yatırdılar və Çin imperiya ordusunu məğlub etdilər . İmperator hakimiyyəti qeyri-bərabər Yekun Protokolu imzalamalı oldu. Səkkiz gücün ittifaqı Çin tarixçiləri tərəfindən o zaman zəif Çini talan etmək istəyən güclü imperiyaların işğalı kimi, Boksçu üsyanı isə xarici işğalçılara qarşı üsyan kimi qiymətləndirilir. Səkkiz Qüvvə Alyansının humanitar tərəfi pərdə arxasında qalır. Yihetuanların müsbət qiymətləndirilməsi sovet tarixşünaslığı üçün də xarakterik idi. V. İ. Lenin 1900-cü ildə Boksçu üsyanını Avropa müstəmləkəçiliyinə qarşı hərəkat hesab edirdi. Nikolas Reyin " Pekində 55 gün" səfirlik məhəlləsinin və Beynəlxalq Azadlıq Ekspedisiyasının mühasirəsinə həsr olunmuş epik filmdir (1963).
Xalq Alyansı
Cümhur İttifaqı, həmçinin Xalq Alyansı (türk. Cumhur İttifakı) — 20 fevral 2018-ci ildə Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında qurulan seçki ittifaqıdır. Daha sonra BBP (Böyük Birlik Partiyası) alyansa qoşulub. 11 mart 2023-cü ildə Hür Dava Partiyası (Hüda-Par) alyansa qoşuldu.
Xalq Alyansı (Türkiyə)
Cümhur İttifaqı, həmçinin Xalq Alyansı (türk. Cumhur İttifakı) — 20 fevral 2018-ci ildə Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında qurulan seçki ittifaqıdır. Daha sonra BBP (Böyük Birlik Partiyası) alyansa qoşulub. 11 mart 2023-cü ildə Hür Dava Partiyası (Hüda-Par) alyansa qoşuldu.
Azərbaycan Amerika Alyansı
Azərbaycan Amerika Alyansı Azərbaycan xalqının mədəniyyəti, cəmiyyəti, sənayesi, tarixi və cari hadisələri haqqında geniş məlumat verən tərəfsiz, qeyri-kommersiya təşkilatıdır. Məqsəd alyansı maraqlandıran məsələlər üzrə araşdırma və təbliğat kampaniyası aparmaqdan ibarətdir. == Missiya == Alyansın internet saytında verilən məlumata görə: "Alyansın missiyası Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitini inkişaf etdirməkdir. Bundan başqa əsas hədəflərdən biri də akademik müzakirələr, mədəni proqramlaşdırma və siyasi diskurs vasitəsilə öz məqsədinə həsr olunmuş əsas təşkilat olmaqdır. Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında davamlı tərəfdaşlığı təşviq etmək üçün fəaliyyət göstərir" == İştirak == Azərbaycan Amerika Alyansı amerikalıların Azərbaycanla bağlı məsələlərdə onları maarifləndirmək üçün seçilmiş nümayəndələrlə əlaqə saxlamalarını istəyir. == Əsas məsələlər == === Maddə 907 === Alyans 1992-ci il Azadlığa Dəstək Aktının, Konqresin təsdiqini gözləyən Azərbaycanı istisna edən yardım paketinin müddəasına qarşı çıxıb. === Dağlıq Qarabağ münaqişəsi === Alyans Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2008-ci il tarixli 62/243 saylı qətnaməsini dəstəkləyir və bu qətnamə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi suverenliyini bir daha təsdiq edir. Təşkilat bu münaqişənin həlli üçün seçilmiş liderləri müdafiə edib. == Fəaliyyət == Alyans özünü yerli təşkilat kimi təsvir edir. Alyans Azərbaycan və daha böyük Qafqaz regionu üzrə akademik fəaliyyəti təşviq edir və Azərbaycan-Amerika biznes əlaqələrini, məsələn, xarici sərmayələr, xüsusilə enerji sektoru ilə bağlı məsələlərdə fikir və təcrübə mübadiləsinə təşviq edir.
Beynəlxalq Qadınlar Alyansı
Beynəlxalq Qadınlar Alyansı qadın hüquqlarını və gender bərabərliyini təşviq etmək üçün fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Tarixən qadınların seçki hüququ uğrunda kampaniya aparan əsas beynəlxalq təşkilatlardandır. Təşkilat insan hüquqları və liberal demokratiya əsasında inklüziv və mütərəqqi liberal feminizmi müdafiə edir və liberal beynəlmiləlçi dünyagörüşünə malikdir. Təçkilatın prinsiplərində bəyan edilir ki, bütün cinslər "bərabər dərəcədə azad doğulurlar və öz fərdi hüquq və azadlıqlarından azad şəkildə istifadə etmək hüququna malikdirlər", "qadın hüquqları insan hüquqlarıdır" və "insan hüquqları universaldır, bölünməzdir və bir-biri ilə bağlıdır". 1904-cü ildə Alyans öz simvolik rəngi olaraq qızılı və ya sarı rəngi qəbul etdi. 1867-ci ildən ABŞ-də qadınların seçki hüququ hərəkatı ilə əlaqəli olan bu rəng həmçinin qadın hüquqlarının ən qədim simvoludur. Alyansın təsiri ilə qızılı və ağ rənglər beynəlxalq qadınların seçki hüququ hərəkatının əsas rənglərinə çevrildilər. Beynəlxalq Qadınlar Alyansı (BQA) ənənəvi olaraq liberal-burjua qadın hüquqları hərəkatının, yəni daha geniş burjua qadın hərəkatının liberal-proqressiv qanadı daxilində başlıca beynəlxalq qeyri-hökumət təşkilatıdır. BQA-nın əsas prinsipi ondan ibarətdir ki, insan hüquqlarının tam və bərabər şəkildə həyata keçirilməsi bütün qadın və qızlara aid edilir. Bu təşkilat öz sahəsində ən qədim, ən böyük və ən nüfuzlu təşkilatlardan biridir.

Значение слова в других словарях