ALYAS

bədbəxtlik; uğursuz gündə doğulan.
ALVERDİ
AMAL
OBASTAN VİKİ
Alyaska
Alyaska — Şimali Amerikanın ucqar şimal-qərbində yerləşən Amerika Birləşmiş Ştatlarına məxsus ştat. Berinq boğazı vasitəsilə Asiya qitəsindən ayrılır. Mərkəzi Cuno şəhəridir. Şərq və şimal-şərqdən Kanadanın Britaniya Kolumbiyası əyaləti və Yukon ərazisi ilə həmsərhəddir. Ucqar qərb nöqtəsi Attu adasında yerləşir və qərb istiqamətində Berinq boğazı boyunca Rusiya (Çukotka muxtar dairəsi) ilə dəniz sərhədinə sahibdir. Şimaldan Şimal Buzlu okeanın cənub hissəsini təşkil edən Çukot və Bofort dənizləri ilə əhatə olunmuşdur. Cənub və cənub-qərb istiqamətləri boyunca Sakit okeanla əhatə olunmuşdur. Ərazisinin böyüklüyünə görə ABŞ ştatları arasında ilk pillədədir. Əraziyə görə dünyada 7-ci ən böyük ərazi vahididir. Əhalisinin sayına və hər kvadrat kilometrə düşən əhali sıxlığına görə ABŞ-nin 50 ştatı arasında son üç yerdən birində qərarlaşıb.
Alyaska atabaskları
Alyaska atabaskları ya da Alyaska deneleri (ing. Alaskan Athabascan/Athabaskan/Athapascan/Athapaskan/Dene peoples, Alaskan Athabascans, Alaskan Athabaskans, Alaskan Athapaskans, Athabascan Indians of Alaska, Athabascan Native Americans of Alaska, Athabascan-speaking peoples of Alaska; rus. атабаски Аляски ya da атапаски Аляски), ABŞa bağlı Alyaska ştatının daha çox daxili bölgəsində Alaska Interior adı verilən Daxili Alyaskada bir azı da cənubda Sakit Okean sahillərində yaşayan və Na-Dene dillərinin Atabask dilləri qrupunun Şimali Atabask dilləri alt qrupundan dilləri danışan Şimal atabasklarından, ovçu və toplayıcı, yarı köçəri, matriarxat, animist ya da şamanist Subarktik yerlisi Alyaska xalqı. Na-Dene dillərini danışan digər xalqlar kimi Atabaskların da Asiyadan Amerikaya Eskimo-Aleut xalqlarından öncə köç etdikləri sanılır. Atabaskların ataları ehtimalən 12.000 il öncə son buz dövrünün sonunda Berinq boğazından istifadə edərək Sibirdən köç etmişdilər. Daxili Alyaskadakı (Interior Alaska) qədim arxeoloji qazıntılar, Alyaska Eskimo coğrafiyasının sahillərində olduğu kimi, təqribən 10.000 il öncəsinə tarixlənir və bunlar Sibirdəkilərlə yaxından ilgilidir. Atabask dillərinin Sibirdəki Ketcə başda olmaq üzrə Yenisey dilləri ilə qohum olduğu 2008-ci ildə Eduard Vajda başda olmaq üzrə mütəxəssis dilçilər tərəfindən təyid edilmişdir. Şimali Amerikada atabaskların anayurdunun şərqi Alyaska ya da qərbi Yukon olduğu düşünülür. Alyaska Atabask hindlilərinin Avropalılarla ilk qarşılaşması Rusiya Alyaskası (1733 – 1867) dönəmiədə ruslarla Denağinalar arasında olmuşdur. Bugün Denağinacada 75, Ahtnacada 50 Rusca alıntı var və bunlar hər iki xalqın ruslarla apardığı mütamadi kürk ticarəti sırasında dillərinə keçmişdir.
Alyaska cərəyanı
Alyaska cərəyanı— Sakit okeanın şimal-şərq hissəsində Şimali Sakit okean cərəyanının qolu olub, isti okean cərəyanıdır. Cərəyan cənubdan Alyaska körfəzinə daxil olaraq, şimala axır və sonra körfəzin yuxarı hissəsindən cənub-qərbə dönür, fırlandıqdan sonra böyük ölçüdə genişlənir. Aleut Adalarının şərq sərhədlərindən Berinq dənizinə keçir. Dərinlik relyefin qeyri-bərabərliyinin səbəb olduğu axın istiqamətində sapmalarla sübuta yetirildiyi kimi, cərəyan aşağıya enib dərinliklərə qədər uzanır. Axının sürəti 0,2 - 0,5 m/san arasındadır. Cərəyanın suları fevralda 2-7°, avqustda isə 10-15° C olan yüksək temperatur ilə xarakterizə olunur. Suyun duzluluğu 32,5 ‰ təşkil edir. Alyaska körfəzi Dəniz cərəyanları Sakit okean Şimali Amerika Sakit okean Аляскинское течение — статья из Географической энциклопедии. Аляскинское течение // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред.
Alyaska günü
Alyaska günü (ing. Alaska Day) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında 18 oktyabr tarixində qeyd olunan rəsmi bayram günü. Həmin gün Alyaska ştatında qeyri-iş günü hesab olunur. Alyaska gününün qeyd olunması ABŞ-nin 1867-ci ilin 18 oktyabr tarixində Alyaska ştatının Rusiya imperiyasından satın alınmasından sonra ənənəvi şəkildə qeyd olunmağa başlanılmışdır. ABŞ-nin XXIV Xarici İşlər Naziri, senator Uilyam Sivard 1867-ci ilin oktyabr ayında Rusiya imperiyası ilə Alyaskanın satın alınması ilə bağlı danışıqlara başlayır. Danışıqlar nəticəsində ərazi 7.2 milyon dollara ABŞ tərəfinə satılır. Ərazidə mövcud olan Rus Amerikası inzibati vahidi ləğv olunur və torpaqlar ABŞ nəzarətinə keçir. Alyaska günü Alyaska ştatı ilə bağlı ən önəmli bayramlardan biri olsa da, ştat ərazisində, bəzi məktəblər həmin gün fəaliyyət göstərir və əsasən açıq dərslər keçirilir.
Alyaska körfəzi
Alyaska körfəzi - Sakit okeanın şimali-şərq hissəsinə verilən ad. Təxmini 1.533.280 km² ərazini əhatə edən Alyaska körfəzinin əsas axıntısı, körfəz sularına nisbətən daha isti və saatın əks istiqamətində doğru axan Alyska axıntısıdır. Alyaska körfəzinin sahillərində Ankoric, Sivard və Valdez kimi liman şəhərləri yerləşir.
Alyaska marmotu
Alyaska marmotu (lat. Marmota broweri) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Bu marmotların uzunluğu 53,9-65,2 sm, kütləsi 2,5-4 kq arasında dəyişir. Alyaska marmotu Alyaskada Bruks sıra dağlarının yamaclarında yaşayır. Bu, onun yırtıcılardan qorunmasına şərait yaradır. Onlar ot, çiçəkli bitkilər, mamır və şibyə ilə qidalanırlar. Alyaskanın yerli əhalisi alyaska marmotunun ətinin yeyir, dərisindən geyim üçün istifadə edirlər.
Alyaska qazı
Alyaska qazı (lat. Anser canagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Alyaska qızıl hərisliyi
Klondayk qızıl hərisliyi (ing. Klondike Gold Rush; digər adları Yukon qızıl hərisliyi, Alyaska qızıl hərisliyi, Sonuncu böyük qızıl hərisliyi — Yukon Gold Rush, Alaska Gold Rush, Last Great Gold Rush) — 1896-1898-ci illərdə Kanadanın Yukon əyaləti ərazisində baş vermiş qızıl hərisliyi. Klondayk qızıl hərisliyi 100 minə yaxın qızılaxtaranın bu ərazilərə gəlməsinə səbəb olmuşdur. 1896-cı ilin 16 avqust tarixində ərazidə ilk qızıl mədənləri aşkarlandı, bir il sonra isə bu xəbər Sietl və San-Fransisko şəhərlərinə çatdırılmış və burada minlərlə qızılaxtaran Alyaska və Yukona getmək üçün ciddi hazırlıqlara başlamışlar. Ərazinin soyuq iqlimə malik olması, hündür dağlardan, təpələrdən ibarət olması səbəbindən 30-40 minə yaxın qızılaxtaran Klondayk mədənlərinə çatmadan geri qayıtmışdır. Klondayk qızıl hərisliyi zamanı cəmi 4 min qızılaxtaran öz məqsədinə çatmışdır. Qalan qızılaxtaranların çoxu ya yarı yoldan qayıtmış, ya da ki, qızıl tapa bilməmişdilər. Klondayk qızıl hərisliyi və həmin ərəfədə baş vermiş digər qızıl hərislikləri XIX əsrin sonu - XX əsrin əvvələrində Amerika mədəniyyətinə öz təsirini göstərmişdir. 1897-ci ilə özü də qızılaxtaranlara qoşulan Cek London, sonradan bu mövzuya həsr olunmuş çox sayda bu gün də məşhur olan roman və hekayələr yaratmışdı. 1925-ci ildə çəkilmiş və Çarli Çaplinin baş rolda oynadığı Qızıl hərisliyi filmində Avara ləqəbli baş qəhrəmanın Klondayk qızıl hərisliyində iştirak etməsindən bəhs olunur.
Alyaska yarımadası
Alyaska yarımadası (ing. Alaska) — Şimali Amerikanın şimal-qərbində, Sakit okean akvatoriyasına daxil olan Berinq dənizi və Bristol körfəzi onun sahillərini yuyur. Ərazisi Alyaska ştatının cənub-qərbində yerləşir. Uzunluğu 700 km, eni 170 kmdən 10 km qədərdir. Aleut sıra dağları ərazidən keçir. Burada fəaliyyətdə olan Katmay vulkanı(2047 m) vardır. Ən hündür zirvəsi Veniminovadır (2507 m). Yarımadanın ərazisi Dağ Tundra iqlim tipinə uyğundur. Kiçik miqdarda Buzlaq vardır. Şimal-qərb sahilləri laqun və kiçik göllər ilə zəngindir.
Alyaska yupik dili
Alyaska yupikcəsi və ya qısaca Yupikcə (öz dilində olan adı: Yugtun ; İngilis dilində Yupʼik və ya Central Alaskan Yupʼik) – Amerika Birləşmiş Ştatlarının qərb və cənub-qərbi Alyaska ştatında Alyaska yupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili. Yupikcənin de facto yazı dili olan forması Yukon və Kuskokwim çayları ətrafında danışılan dialektdir. Yupiklər 23.000 olan nüfuslarıyla Alyaskanın ən sıxlıq yerli xalqıdır. Lakin, ancaq 14.000 dən bir az çoxu ana dilindən danışa bilir. Yenə də bu rəqəm Yupikcəyi Alyaskada ən çox danışanı olan yerli dil edər. 1900-cü illərdə ana dili Yupikcə olan Uyaquk adlı biri tərəfindən icad edilən heca yazısıyla (Alyaska yazısı və ya Yugtun yazısı) da nümunələri olsa da, rus dövründə kiril əlifbası istifadə edilmişdir. 1960-cı illərdə, Irene Reed və başqaları tərəfindən Alyaska Yerli Dil Merkezində (ANLC) tətbiq olunan Latın mənşəli əlifba, 1970-ci illərdə müvəffəqiyyətə çatan bir proqramın nəticəsidir. Bu gün Yukon və Kuskokwim dialektlərində (Yupʼik) daha çox olmaq üzrə, Hooper Bay ilə Chevak bölgəsinin dialekti (Cupʼik) və Nunivak adasının dialekti (Cupʼig) üzərinə də qısa qısa hekayələr halında dərs kitabları çıxır. Alyaska Yerli Dil Mərkəzi ilə koordinasiyalı şəkildə 17 qəsəbədə Yupikcə təhsil və tədrisi aparılır Eskimos-Aleut dil ailəsi Aleut qolu Aleut dili Eskimos qolu Sirenik eskimos dili (öz dilində olan adı: Uqeghllistun)¹ Yupik dilləri Sirenik yupik dili¹ Əsl Yupik dilləri Sibir yupik dili (öz dilində olan adı: Yupigestun) Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит) Alyaska yupik dili (öz adları Yugtun, Yugcetun, Cugtun) Unaliq-Pastuliq yupikcəsi : Norton Sound bölgəsində danışılır Əsl Alyaska yupikcəsi : Yukon və Kuskokvim bölgələrində danışılır (öz dilində olan adı: Yugtun, Yugcetun) Egegik yupikcəsi : Bristol Bay bölgəsində danışılır Çupikcə : Hooper Bay və Chevak bölgələrində danışılır (öz dilində olan adı: Cugtun) Nunivak çupikcəsi (öz dilində olan adı: Cugtun) Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun) İnuit dilləri İnyupik dili və ya Alyaska inuit dili (öz adı Iñupiatun) Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun) Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut) Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut ¹yeri qəti deyil Eskimos qəbilə adları "-miut" ('xalq') əki ilə törədilər. Unaliq-Pastuliq yupikləri və yupikcəsi (İngiliscə Norton Sound Yup’ik) Unaliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Unalirmiut; İngiliscə Unaliq subdialect).
Alyaska yupikcəsi
Alyaska yupikcəsi və ya qısaca Yupikcə (öz dilində olan adı: Yugtun ; İngilis dilində Yupʼik və ya Central Alaskan Yupʼik) – Amerika Birləşmiş Ştatlarının qərb və cənub-qərbi Alyaska ştatında Alyaska yupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili. Yupikcənin de facto yazı dili olan forması Yukon və Kuskokwim çayları ətrafında danışılan dialektdir. Yupiklər 23.000 olan nüfuslarıyla Alyaskanın ən sıxlıq yerli xalqıdır. Lakin, ancaq 14.000 dən bir az çoxu ana dilindən danışa bilir. Yenə də bu rəqəm Yupikcəyi Alyaskada ən çox danışanı olan yerli dil edər. 1900-cü illərdə ana dili Yupikcə olan Uyaquk adlı biri tərəfindən icad edilən heca yazısıyla (Alyaska yazısı və ya Yugtun yazısı) da nümunələri olsa da, rus dövründə kiril əlifbası istifadə edilmişdir. 1960-cı illərdə, Irene Reed və başqaları tərəfindən Alyaska Yerli Dil Merkezində (ANLC) tətbiq olunan Latın mənşəli əlifba, 1970-ci illərdə müvəffəqiyyətə çatan bir proqramın nəticəsidir. Bu gün Yukon və Kuskokwim dialektlərində (Yupʼik) daha çox olmaq üzrə, Hooper Bay ilə Chevak bölgəsinin dialekti (Cupʼik) və Nunivak adasının dialekti (Cupʼig) üzərinə də qısa qısa hekayələr halında dərs kitabları çıxır. Alyaska Yerli Dil Mərkəzi ilə koordinasiyalı şəkildə 17 qəsəbədə Yupikcə təhsil və tədrisi aparılır Eskimos-Aleut dil ailəsi Aleut qolu Aleut dili Eskimos qolu Sirenik eskimos dili (öz dilində olan adı: Uqeghllistun)¹ Yupik dilləri Sirenik yupik dili¹ Əsl Yupik dilləri Sibir yupik dili (öz dilində olan adı: Yupigestun) Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит) Alyaska yupik dili (öz adları Yugtun, Yugcetun, Cugtun) Unaliq-Pastuliq yupikcəsi : Norton Sound bölgəsində danışılır Əsl Alyaska yupikcəsi : Yukon və Kuskokvim bölgələrində danışılır (öz dilində olan adı: Yugtun, Yugcetun) Egegik yupikcəsi : Bristol Bay bölgəsində danışılır Çupikcə : Hooper Bay və Chevak bölgələrində danışılır (öz dilində olan adı: Cugtun) Nunivak çupikcəsi (öz dilində olan adı: Cugtun) Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun) İnuit dilləri İnyupik dili və ya Alyaska inuit dili (öz adı Iñupiatun) Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun) Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut) Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut ¹yeri qəti deyil Eskimos qəbilə adları "-miut" ('xalq') əki ilə törədilər. Unaliq-Pastuliq yupikləri və yupikcəsi (İngiliscə Norton Sound Yup’ik) Unaliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Unalirmiut; İngiliscə Unaliq subdialect).
Alyaska yupikləri
Alyaska yupikləri və ya qısa formada Yupiklər (öz dilində olan adı: Yupik və ya Yupiyak) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq. 5 yupik xalqı arasında ən çox əhalisi olanı Alyaska yupikləridir. Alyaska yupiklərini digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri, Alyaskada yaşayan ən böyük etnos olmalarıdır. Alyaskada 23 min nəfər Alyaska yupik soyundan olan şəxs yaşayır. Alyaska yupikləridə digər yupik xalqları kimi ovçuluq və yığıcılıq əsas peşə sahəsi olmuşdur. Alyaskada çətin iqlimə öyrəşən Alyaska yupikləri əldə edilən istənilən növ qidanı qəbul etməyi mənimsəmişdilər. Burada əsasən bəzi növ dəniz canlıların ətlərinin çiy formada yeyilməsini qeyd etmək lazımdır. Digər yupik xalqları ilə qohumluq münasibətlərinin saxlanılmasına hər zaman önəm verilmişdir. Alyaska yupikləri ov zamanı, ovlanan heyvanların dərilərindən geyim və ayaqqabı kimi əşyaların hazırlanmasını digər dörd yupik xalqından qabaq başlamışlar. Bütün yupik xalqlarında oluğu kimi Alyaska yupikləridə Şamanizm dini böyük yer tutur.
Alyaska zəlzələsi (2018)
Alyaska zəlzələsi (ing. Alaska earthquake) – 23 yanvar 2018-ci ildə ABŞ-nin Alyaska ştatında, Alyaska körfəzində, Kadyak adası yaxınlığında baş vermiş 7,9 bal gücündə zəlzələ. Yeraltı təkanların episentri Alyaska körfəzində, Kadyak adasından 280 kilometr cənub-şərqdə qeydə alınıb. ABŞ-də zəlzələdən sonra sunami təhlükəsi yaranıb. Sunami riski ilə bağlı Kanadanın Britaniya Kolumbiyası vilayətinin sahilyanı rayonları və Vaşinqton ştatının sərhədindən Attu adasına kimi olan ərazilərdə xəbərdarlıq elan olunub. Hökumət sakinləri həmin əraziləri tərk etməyə çağırıb. Geoloji xidmət zəlzələni sarı dərəcə ilə təsnif edib.
Cuno (Alyaska)
Cuno (ing. Juneau) — ABŞ-də şəhər, Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Hobart Bey (Alyaska)
Hobart Bey — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatına məxsus yaşayış məntəqələrindən biridir. ABŞ siyahıyaalma bürosunun 2010-cu il məlumatına əsasən yaşayış məntəqəsində 1 nəfər sakin yaşayır. Yaşayış məntəqəsi 1889-cu ildə Hobart Bey olaraq adlandırılıb. Əhalisi son illərdə azalmağa doğru gedir. Hobart bey yaxınlığında Hunah-Angun Census bölgəsinin olduqca əhəmiyyətli bir hissəsi və iqtisadi mərkəzi sayılan Pitersburq şəhəri yerləşir. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, yaşayış məntəqəsinin ümumi sahəsi 336 km² təşkil edir ki, bunun 304 km²-i quru sahəni, 32 km² isə su sahəsindən ibarətdir. Ümumi sahənin 9.54% hissəsi sudan ibarətdir. ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən 2000-ci ildə burada 3 nəfər sakin iki yaşayış evində yaşayırdı. Sakinlərdən biri ağdərili, digəri isə yerli amerikan idi. Əhali sıxlığı 0/km² olan bu yaşayış məntəqəsində 0.1/km² ortalama sıxlığda yeddi mənzil yerləşirdi.
Homer (Alyaska)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Kinq adası (Alyaska)
Kinq adası (ing. King Island, iny. Ugiuvak) — Berinq dənizində, Alyaskanın qərbində, Duqlas burnundan 64 km məsafədə, Şahzadə Uels burnunun cənubunda yerləşən ada. Ada qayalıqdır və hündürlüyü 200 m-ə qədərdir. Uzunluğu 1,6 km-dir. Dəniz buzdan təmizləndikdə (adətən iyun-noyabr aylarında) ada dəniz iqliminə malik olur. Soyuq mövsümdə kontinental iqlim hökm sürür. Yayda orta temperatur +5 .. + 10 °C, qışda −20 ..- 15 °C-dir. Orta illik yağıntı 250 mm (həmçinin 850 mm qar) təşkil edir.
Nelson adası (Alyaska)
Nelson adası (ing. Nelson Island) — Berinq dənizində, Alyaskanın cənub-qərb sahili yaxınlığında, Ninqaluk (şimalda) və Kolavinarak (şərqdə) çaylarını ayıran ada. İnzibati cəhətdən ABŞ-nin, Alyaska ştatının Betel siyahıyaalma sahəsinə aiddir. Uzunluğu 68 km, eni 32 ilə 56 km arasındadır. Adanın sahəsi 2183 km²-dir. Sahəsinə görə ABŞ-də 15-ci ən böyük adadır. Nunivak adasından Etolin boğazı ilə ayrılır. Nelson adasında 3 kənd vardır: Tununak, Toksuk Bey və Naytmyut. Yaşayış məntəqələrinin hamısı Berinq dənizi sahilində, adanın cənub-qərb hissəsində yerləşir. Bu üç kəndin ümumi əhalisi 2010-cu il siyahıyaalınmasına əsasən 1197 nəfərdir.
Nom (Alyaska)
Nom (ing. Nome) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Tok (Alyaska)
Tok (Tanakrosça ?) — ABŞa bağlı Alyaska ştatının Southeast Fairbanks Census Area sayım bölgəsində Alyaska atabasklarından Tanakroslar tərəfindən məskun olan bir məbtəqə. Toplam sahəsi 342.6 km² olan əhali sayı 2010-cu ilə görə əhalisi 1.258 nəfərdir. Ana yerli xalq Tanakrosçanın Mansfeld-Kechumstuk şivəsini danışan hindli Alyaska Atabasklarıdır. Yerlilərin faizi % 12.85, ağlar isə % 78.03 dir.
Uels Şahzadəsi (Alyaska)
Uels Şahzadəsi (ing. Prince of Wales Island) — Aleksandr arxipelaqının ən iri adasıdır. Alyaskanın cənub-şərində, Sakit okeanın Alyaska körfəzi akvatoriyasına daxildir. Adanın sahəsi 6674 km² təşkil edir. ABŞ adaları arasında Havay, Kadyak və Puerto-Rikodan sonra dördüncüdür. Adaların dünyada sahəsinə görə sıralamasında 97-ci yeri tutur. Adanın uzunluğu 217 km, eni 72 km təşkil edir. Burada 6000 nəfər insan yaşayır. Onların 1200 nəfəri Kreyq şəhərində yaşayır . İqtisadiyyatın əsasını meşəçilik, balıqçılıq və balıq məshullarının istehsalı təşkil edir.
Alyaska dovşanı
Alyaska dovşanı – Alyaska dovşanı (lat. Lepus othus) — Alyaska yarımadasının qərbində yaşayan dovşan. Alyaska dovşanı Şimali Amerikadakı ən böyük dovşan növüdür, uzunluğu 50–70 sm, quyruğu isə təxminən 8 sm-dir. Arxa ayaqları çox uzundur — təxminən 20 sm, bu da qarda irəli hərəkət etmək imkanı yaradır. Cinsi dimorfizm ifadə edilmir. Bədən rəngində mövsümi dimorfizm var: yayda heyvanın paltosu boz-qəhvəyi və ağ alt paltarı var, qışda isə xəzi tamamilə ağ olur. Balalar yayda doğulur, onların tükləri yetkin heyvanlardan bir qədər tünd olur. Heyvanların başı möhkəm qurulmuşdur və yuxarı kəsici dişlər çox güclü şəkildə əyilmişdir. Digər növlərdən fərqli olaraq, Alyaska dovşanının istilik itkisinin mümkün qədər az olmasını təmin etmək üçün nisbətən qısa qulaqları var. Pəncələr qısadır, qarda qazmaq üçün uyğunlaşdırılmışdır.
Alyaska Ankoric Universiteti
Alyaska Ankoric Universiteti — ABŞ -ın Alyaska ştatının Ankoric şəhərində yerləşən dövlət universiteti. Bu, Alyaskanın ən böyük ali təhsil müəssisəsidir və Alyaska Universitetləri Sisteminin ən böyük universitetdir. AAU həmçinin Alyaskanın cənub-mərkəzi boyunca səpələnmiş dörd İcma kampuslarını idarə edir: Kenai Yarımadası Kolleci Kodiak Kolleci Mat-Su Kolleci Şahzadə Uilyam Sound Kolleci AAU-nın əsas şəhərciyi şəhər mərkəzindən təxminən dörd mil (6.4 km) cənub-şərqdə yerləşir. Universitetin Ankoric kampusu beş tədris və tədqiqat bölməsinə bölünür: İncəsənət və Elmlər Kolleci Biznes və İctimai Siyasət Kolleci İcma və Texniki Kolleci Mühəndislik Kolleci İctimai Səhiyyə Kolleci Universitet seçilmiş proqramlarda magistr dərəcələri və məzun sertifikatları, həmçinin Məzun bölməsi vasitəsilə əməkdaşlıq edən universitetlərdə seçilmiş doktorantura proqramlarını tamamlamaq imkanı təklif edir. AAU Kolleclər və Universitetlər üzrə Şimal-Qərb Komissiyası tərəfindən akkreditə olunub. 1954-cü ildə Ankoric İcma kolleci (AİK) yaradıldı və Elmendorf Hərbi Hava Qüvvələri bazasında tələbələrə axşam dərsləri keçilməyə başladı. 1960-cı illərin sonlarında Ankoricdə dörd illik universitetin yaradılmasına güclü maraq Alyaska Universitetinin, Ankoric Senior Kollecinin (ASC) yaranmasına səbəb oldu. ASC bakalavr və magistr proqramları, eləcə də davamlı təhsil üzrə peşəkar proqramları idarə edirdi. 1962-ci ildə AİK və əyalətdəki digər icma kollecləri Alyaska Universitetinin sisteminə daxil edildi. 1971-ci ildə universitetin ilk buraxılışı keçirildi və burada 265 adama magistr, bakalavr və dosent dərəcələri verildi.
Alyaska Universiteti
Alyaska Universiteti — ABŞ-ın Alyaska ştatının Ferbanks şəhərində dövlət tədqiqat universiteti. Universitet Alyaska Universitet Sisteminin flaqman kampusudur. Alyaska Universiteti 1917-ci ildə Alyaska Kənd Təsərrüfatı Kolleci kimi təsis edilmişdir. Əvvəlcə Alyaska Kənd Təsərrüfatı Kolleci adlanırdı. 1935-ci ildə Alyaska Qanunverici orqanı kollecin adını rəsmi olaraq Alyaska Universitetinə dəyişdirən Qanun layihəsini qəbul etdi. 1975-ci ildə Kansler Hovard A. Katlerin təyin edilməsi ilə Alyaska Universiteti Alyaska Ferbanks Universitetinə çevrildi və Ümumdünya Universitet Sisteminin əsas tədqiqat bölməsi siyahısına daxil oldu. Bundan sonra həm universitetin tələbə sayı, həm də tədqiqat missiyası əhəmiyyətli dərəcədə artdı. Universitet "R2: Doktorantura universitetləri — yüksək tədqiqat fəaliyyəti" kateqoriyasına aiddir. 1960-cı ildə universitetin akademik departamentləri 6 kollecə ayırdı: İncəsənət və Ədəbiyyat Davranış Elmləri və Təhsil Biologiya Elmləri və Bərpa Olunan Resurslar Biznes, İqtisadiyyat və İdarəetmə Yer Elmləri və Mineral Sənayesi Riyaziyyat, Fizika Elmləri və Mühəndislik Universitetin 9 Akademik Məktəb və Kolleci var: Mühəndislik kolleci İncəsənət kolleci Elm və Riyaziyyat kolleci Kənd və İcma İnkişafı kolleci Aspirantura məktəbi Təhsil məktəbi Balıqçılıq və Okean Elmləri kolleci Biznes və Təhlükəsizlik İdarəetmə kolleci Təbii Sərvətlər məktəbi Universitetdə 120-dən çox fənn üzrə 190 müxtəlif dərəcə və sertifikat proqramı mövcuddur. Universitetin Fəxri Kolleci 1983-cü ildə yaradılıb və tələbələrə peşə təhsili almaq üçün əlavə imkanlar təqdim edir.
Alyaskadakı kollec və universitetlərin siyahısı
Alyaskadakı Kollec və Universitetlərin siyahısı bu məqalədə təqdim olunur.