alca
alça-ərik
OBASTAN VİKİ
Yabanı alça
Yabanı alça– Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir. Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür. Meyvələri əksəriyyətlə yumrudur.
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, cem istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Alça (dəqiqləşdirmə)
Alça-i Savalan
Alça-i Savalan (fars. الوچه سبلان‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (26 ailə).
Alça-i Fuladlı (Ərdəbil)
Alça-i Fuladlı (fars. الوچه فولادلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (79 ailə).
Adi rus alçası
Adi qarağat (lat. Ribes uva-crispa) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Orta və Cənubi Avropa, Şimali Amerikada geniş yayılmışdır. Hündürlüyü 1 m olan koldur. Zoğları tikanlıdır. Tikanları 2,5 sm uzunluqda sadə və qısadır. Qaratikanları 3-5-7 bölümlü, nadir hallarda düyümlərdə və adətən düyümlər arasında yerləşir. Yarpaqları yumru, xırda, eni 3-5 sm, 3-5 dilimlidir. Çiçəkləri ikicinsli, oturaq, dəstə halında 3 çiçəklidir. Yumurtalığı çılpaq meyvə saplağına qədər uzanmış, meyvələrlə birlikdə qalır.
Alçaldılmış və təhqir olunmuşlar
Alçaldılmış və təhqir olunmuşlar (rus. Униженные и оскорбленные) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1861-ci ildə nəşr edilən romanı. Fyodor Dostoyevskinin ən uğurlu əsərlərindən biri olan "Alçaldılmış və təhqir olunmuşlar"da, yazıçı digər romanlarında da etdiyi kimi ruh təhlil etmələrinə tez-tez yer vermiş, oxucunun xarakterlərin psixologiyasına bürünməsini təmin etmişdir. Romanda cəmiyyətdə həmişə alçaldılan və xor görülən insanların, nüfuzlu kəslərin eqoistcə hesabları arasında əzilmələri və sarsılmaları təsvir olunur. Dostoyevski seçdiyi sıravi, amma fövqəladə həyatlar, heyrət doğuran xarakterlər ilə oxucuda ürpərti qarışıq bir maraq doğurur. Yazıçı ustaca fantastikası, oxucunu sıxmayan izahatı ilə "Alçaldılmış və təhqir olunmuşlar"ı ən müvəffəqiyyətli romanlarından biri olaraq ədəbiyyat dünyasına qazandırmışdır. İvan Petroviç - baş qəhrəman. Əsərdə Vanya adı ilə anılır. Uşaqlıq dostu Nataşanı sevir. Nataşa Nikolayevna - Nikolay Sergeyeviçin və Anna Andreyevnanın qızıdır.
Alçalma (film, 1986)
Hema Malini — Raano Kulbahişon Karbanda — Tirlok / Tirloka Rişi Kapur — Manqal Punam Cillon — Raci Cina Pathak — Zində A. K. Hanqal — Hazur Sinqx (Raanonun qayınatası) Qita Siddharth — Canno Raano (Hema Malini), cəsarətli qadındır. Onun sərxoş əri, Triloka (Kulbahişon Karbanda) və iki uşağı kənddə yaşayırlar. Onun qayınanası, Zində (Cina Pathak), daim onun evliliyindən sonra ona böhtan atır‚ onun kifayət qədər cehizini satırdı. Yalnız onun qayınatası, Hazur Sinqx (A. K. Hanqal), kor qoca, ona qarşı rəhmlidir. Çox qoca olduğu üçün az iş görürdü. Trilokanın qəzəbindən onu (Raanonu) xilas edə biləcək ailənin yeganə üzvü onun qaynı, Manqaldır (Rişi Kapur). Bir gecə Triloka yaxınlıqdakı mehmanxanada dostları ilə yeyib içir və sərxoş vəziyyətdə evə gəlir. Evdə həyat yoldaşı ilə dalaşır. Səhərisi gün işə gedir. İşdə Tirlokanı öldürürlər.
Aşağı Alçalı
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Aşağı Alçalı (Tikantəpə)
Aşağı Alçalı (fars. الوچلوي سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 487 nəfər yaşayır (94 ailə).
Bir alçalmanın tarixi (film, 1919)
Bir alçalmanın tarixi — rejissor Boris Svetlov tərəfindən 1919-cu ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Müasir həyatdan bəhs edən kəskin dramda belə bir fikir irəli sürülür: insanların başına nə gəlirsə hamısı taleyin hökmüdür. Əsas rolları A. Polonski, Regina Lazareva və Yevgeni Muromski ifa edirlər. Müasir həyatdan bəhs edən kəskin dramda belə bir fikir irəli sürülür: insanların başına nə gəlirsə hamısı taleyin hökmüdür. Rejissor: Boris Svetlov Ssenari müəllifi: P.Muravyov Operator: Qriqori Lemberq A.Polonski Regina Lazareva Yevgeni Muromski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Ceyrançöl alçaq dağlığın landşaftları
Ceyrançöl alçaq dağlığı Azərbaycanın intensiv kənd təsərrüfatının həm əkinçilik, həm də heyvandarlığın inkişaf etdiyi regionlardan biridir. Tədqiq olunan ərazi Azərbaycanın qış otlaqları içərisində özünün əlverişli iqlimi, zəngin bioloji məhsuldarlığı ilə fərqlənir. Ceyrançöl alçaq dağlığında landşaft tədqiqatları M. Ə. Süleymanov (1965), A. A. Mikayılov (1982) M. A. Müseyibov, M. Ə. Süleymanov (1975). M. C. İsmayılov, E. Ş. Məmmədbəyov (2015) və b. tərəfindən aparılmışdır. Bu tədqiqatlar əsasən ərazinin təbii landşaftlarının öyrənilməsinə və relyefin landşaftların formalaşmasına təsiri istiqamətində olmuşdur. Son 50–60 il ərzində Ceyrançölün təbii komplekslərindən səmərəsiz istifadə nəticəsində arid meşə və kolluqlar, tuqay meşə ekosistemləri, müxtəlifotlu quru çöllər geniş sahədə deqradasiya uğramış, səhralaşma, xətti və sahəvi eroziya güclənmiş və geosistemlərinin təbii ehtiyat potensialı kəskin şəkildə pozulmuşdur. Ərazidə kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün landşaft tədqiqatları əsasında kompleks ekoloji qiymətləndirilmə aparılması vacib şərtlərdən biridir. Ceyrançöl alçaq dağlığının arid landşaftlarının formalaşması, onların struktur-genetik xüsusiyyətləri və inkişaf meyllərinin müəyyən olunması, bu əsasda landşaftların antropogen təsirlər nəticəsində transformasiyası, onlardan istifadənin optimallaşdırılması, ekoloji cəhətdən davamlı geosistemlərin formalaşması yollarının müəyyən olunması tədqiqatın əsas məqsədidir. Ceyrançöl alçaq dağlığı kənd təsərrüfatında geniş istifadə olunan və ən məhsuldar yerlərdən olduğundan ərazinin təbii ehtiyat potensialının öyrənilməsi və qiymətləndirilməsi qarşıya qoyulan ən mühüm məqsədlərdən biridir.
Qazaxıstan alçaq təpəliyi
Qazaxıstan alçaq təpəliyi (Сары́-Арка́, Центрально-Казахстанский мелкосопочник, qaz. Сары Арқа — «sarı silsilə») — Qazaxıstannın mərkəzi hissəsində alçaq dağlıq ərazidən ibarət olan çöl. Alçaq təpəliyinin qərbində Turqay vadisi, şimal-şərqində İrtış çayının vadisi, şimalda Qərbi-Sibir düzənliyi, cənub-qərbdə Turan ovalığı yerləşir. Şərqdən-qərbə 1200 km təşkil edir. Eni qərbdə 900 metr, şərqdə isə 400 metr təşkil edir. Mərkəzi hissəsində Karkalin Milli parkı yerləşir. Maksimal hündürlüyü 1565 metr olan Aksoran dağıdır. Cənub-qərbdə Ulıtay (1133 m), şimalında Kokçevat yüksəkliyi (947 m), şərqində Çingiztau (1077 m), Aktaşau (1305 m) yüksəklikləri yerləşir. Ərazisində yerləşən Naurzum və Korqaljın qoruqları YUNESCO ümumdünya irsi siyahısını daxil edilmişdir. Qazaxıstan alçaq təpəliyi çoxlu çaylara sahib olmasına baxmayaraq heç biri gəmiçiliyə yararlı deyildir.
Relyefin alçalan inkişafı
Relyefin alçalan inkişafı (rus. нисходящее развитие рельефа, ing. descending evolution of relief) — denudasiya proseslərinin tektonik qalxmadan üstün olduğu şəraitdə baş verir. Relyefin alçalan inkişafı üçün mütləq və nisbi yüksəkliyin azalması, yamacların hamarlanması və peneplenin əmələ gəlməsi səciyyəvidir.
Rus alçası
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rus alçasıkimilər
Motmotukimilər (lat. Grossulariaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Xəzər alçası
Xəzər alçası (lat. Prunus caspica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Rusiyada (Dağıstan) təbii arealı vardır. Qubada, Samur-Dəvəçi ovalığında, Lənkərandan orta dağ qurşağına qədər meşələrdə rast gəlinir. Azərbaycanın nadir bitkisidir.VU D2. Aşağı və orta dağ qurşaqlarında meşələrdə, kolluqlarda, meşələrin kənarlarında, dağ çayların kənarlarında yayılmışdır. Azərbaycanda dar bir arealı vardır. Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz, tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.
Yuxarı Alçalı
Yuxarı Alçalı (Tikantəpə)
Yuxarı Alçalı (Göyçə)
Yuxarı Alçalı — İrəvan quberniyasının Novobayazid qəzasında (sonra Martuni r-nunda) kənd adı. Digər adı Qarsaqqal Mollalı. 1728-ci ilə aid mənbədə Alçalı sonralar ondan Aşağı Alçalı məntəqəsi yarandıqdan sonra Yuxarı Alçalı adlandırılmışdır. Kənd öz adını oradan axan Alçalı çayından almışdır. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. XX əsrin 30-cu illərində Azərbaycanlı əhali sıxışdırılıb çıxarılmışdır. 1968-ci ildə kənd Atsvanist adlandırılmışdır.
Yuxarı Alçalı (Tikantəpə)
Yuxarı Alçalı (fars. الوچلوي عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (20 ailə).
İran alçası
İran alçası (lat. Prunus iranica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. İranda, Qafqazda rast gəlinir. Xeyli budaqlı, üzəri tikanlı kol və ya 3-4 m hündürlüyükdə alçaq ağacdır. Budaqları tikansız, qabığı göyümtül-boz, cavan zoğları sarımtıl-qonur və ya qırmızımtıl rəngdə əvvəlcə məxməri tüklü, sonra çılpaq və parlaq olur. Yarpaqları tərs yumurtavarı, qısa, sivri altdan məxməri və ya keçətüklü, üstdən dağınıq, qısatüklüdür. Saplaqları xırdatüklüdür. Tumurcuqları enli yumurtavarı bozumtul-qonur və zəif qatlı olur. Çiçəklərinin böyüklüyü orta dərəcədədir. Çiçək saplaqları qısa olub, 0,5-1,5 sm uzunluqdadır, çılpaq və ya tüklüdür.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya — hər vəziyyətdə işgəncə qadağan edilməsi, şəxslərin ciddi işgəncə riski altında olduqları ölkələrə təhvil verilməsini qadağan etmək və işgəncə vermə məcburiyyətinin müəyyənləşdirilməsi 1984-cü ildə qəbul edilmiş və 1987-ci ildə qüvvəyə minmiş BMT konvensiyasıdır. Konvensiyanın icrasına on mütəxəssisdən ibarət İşgəncələrə Qarşı Komitə nəzarət edir; Konvensiyanın iştirakçı dövlətlərinin hesabatlarını şərh edir və konvensiyanın 21 və 22-ci maddələrinə əsasən bəyanat verərək komitənin müvafiq səlahiyyətlərini tanıyan iştirakçı dövlətlərə qarşı şikayətləri araşdırır. 1992-ci ildə konvensiyaya 2020-ci ildən etibarən qüvvəyə minməyən dəyişikliklər qəbul edildi. 2002-ci ildə Konvensiyanın isteğe bağlı protokolu qəbul edildi və 2006-cı ildə qüvvəyə mindi, İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası modelləşdirilmiş səfərlər mexanizmi yaradıldı. Bu funksiyalar İşgəncələrə Qarşı Komitənin İşgəncələrə Qarşı Mübarizə və İşgəncə Əleyhinə Komitənin digər qəddar, qeyri-insani və ya ləyaqətini alçaldan rəftar və ya cəza qarşısının alınması üzrə Alt Komitə tərəfindən həyata keçirilir. Həmçinin, protokol iştirakçı dövlətlər üçün milli bir qoruyucu mexanizm qurma öhdəliyini müəyyənləşdirir.
Şərəfsiz alçaqlar
"Şərəfsiz əclaflar" (ing. Inglourious Basterds) – Kventin Tarantino rejissoru, əsərin və ssenarinin müəllifi olan, İkinci dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda bədii filmdir. Maliyyə cəhətdən Tarantinonun ən uğurlu filmidir, dünya üzrə gözlənilən yığım 200 milyon USD çoxdur. Bu film Kriminal qiraət filmindən sonra Kventin Tarantinonun ən uğurlu filmi hesab edilir. Filmin premyerası 2009-cu il mayın 20-də Fransanın Kann şəhərində olmuşdu. Filmin adı Enzo Ci. Kastellarinin "Inglorious Bastards" (1977) filmindən götürülüb. Bu səbəbdən orijinal adında bilərəkdən iki səhv edilib "Inglourious Basterds" və bəzən filmin adı ingilis dilindən digər dillərə tərcümə ediləndə də, bilərəkdən səhvlərlə tərcümə edilir. Film beş hissədən ibarətdir: "Once Upon a Time in Nazi-occupied France" (tərc.: Nasistlərin zəbt etdiyi Fransada) – "Yəhudi ovçusu" SS-Standartenfürer Hans Landa bir fransız fermerinin öz evində yəhudi ailəsini gizlətdiyi haqda bilib, sərəncamında olan nasist-əsgərlərlə, həmin fermerin yanına baş çəkir. Fermeri hədələyib yəhudilərin gizləndikləri yeri öyrəndikdən sonra, əsgərlərinə onları elə gizləndikləri yerdəcə, yəni döşəmənin altında, güllələmək tapşırığı verir.
Əyri rus alçası
Bir alçalmanın tarixi
Bir alçalmanın tarixi — rejissor Boris Svetlov tərəfindən 1919-cu ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Müasir həyatdan bəhs edən kəskin dramda belə bir fikir irəli sürülür: insanların başına nə gəlirsə hamısı taleyin hökmüdür. Əsas rolları A. Polonski, Regina Lazareva və Yevgeni Muromski ifa edirlər. Müasir həyatdan bəhs edən kəskin dramda belə bir fikir irəli sürülür: insanların başına nə gəlirsə hamısı taleyin hökmüdür. Rejissor: Boris Svetlov Ssenari müəllifi: P.Muravyov Operator: Qriqori Lemberq A.Polonski Regina Lazareva Yevgeni Muromski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Alçaqışlaq (Vərziqan)
Ağcaqışlaq (fars. الوچه قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Horand qəsəbəsindən 27 km cənubda, Əhər-Kələybar avtomobil yolunun üstündədir. 2006-cı il məlumatına görə kənddə 310 nəfər yaşayır (67 ailə).
Cinsi alçaltma
Cinsi alçaltma bu mənalara gələ bilər: Cinsi istismar — qeyri-razılıq əsasında zorakılıq tətbiq edilərək cinsi alçaltma. Erotik istismar — razılıq əsasında zorakılıq olmadan cinsi alçaltma.

Значение слова в других словарях