ALƏMİ-XƏYAL

сущ. устар. мир грёз, мир мечтаний
ALƏMİ-XAN
ALƏMİ-İMKAN
OBASTAN VİKİ
Xəyal
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Bərzəx aləmi
Bərzəx aləmi (ərəb. برزخ,‎) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar.
Sianobiontlar aləmi
Sianobiontlar aləmi və Cyanobionta — bu qrupa aid olan orqanizmlər əvvəllər "göy-yaşıl yosunlar" adlanırdı. Ancaq canlı orqanizmlərin ümumi iyerarxiyasında sianobiontlar (hüceyrənin nüvəsi yoxdur, buna görə də onlar prokariotlara — nüvəsizlərə daxil edilir) yosunlara nisbətən aşağı və mikroblara nisbətən (daha mürəkkəb struktur və fotosintez zamanı molekulyar oksigeni ayırma qabiliyyəti və rəngi şərtləndirən piqmentlərin olması) yüksək pillədə durur. Bu orqanizmlərin xüsusiləşmiş nüvəsi olmayan nisbətən sabit hüceyrə forması olur. Sianobiontlar aləmi arasında həm tək, həm də kolonial formalar rast gəlirlər. Sonuncular adətən ümumi selikli qişa ilə örtülmüş olur. Selikdə, habelə orqanizmin özündə və ya onun səthində karbonatların toplanması baş verə bilər ki, bu da qalın əhəndaşı qatlarının (stromatolitlər və b.) əmələ gəlməsinə səbəb olur. Bir neçə piqmentin (xlorofil, fikosian, fikoeritrin və karotin) olması göy-yaşıl və ya çəhrayı, sarı və ya tamamilə qara rəngi müəyyən edir. Sianobiontlar aləmi Yer tarixində sərbəst oksigen ayıran ilk orqanizmlərdir. Hazırda sianobiontlar aləmi şirinsulu və dəniz hövzələrində məskunlaşır, duzluluğun kəskin dəyişməsinə dözə bilirlər; çoxları quruda (torpağın içində və səthində, daşların üzərində, takırlarda, səhralarda və b.) yaşamağa uyğunlaşmışdır. Dənizlərdə, fotosintezlə əlaqədar olaraq, sianobiontlar aləmi əsasən dayazsulu sahələrdə yayılmışdır.
Avstraliya aləmi
Avstraliya aləmi — biocoğrafiyada floristik rayonlaşdırma vahidi. Avstraliya qitəsini və ona yaxın adaları əhatə edir. Avstraliya aləminə üç region daxildir: Şimal-Şərqi Avstraliya, Cənub-Qərbi Avstraliya, Mərkəzi Avstraliya (Eremey).
Naxçıvanın heyvanat aləmi
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi. == Haqqında == Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; == Qırmızı kitab == Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır. Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır. Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.
Xəyal Abdullayev
Xəyal Həziyev
Xəyal Feyruz oğlu Həziyev (20 dekabr 1987; Ağcabədi, Azərbaycan SSR — 15 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Həziyev 1987-ci il dekabrın 20-də Ağcabədi şəhərində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra Bakıda texniki peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Xəyal Həziyev 2005-2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə qaynaqçı olaraq davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xəyal Həziyev 15 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Xəyal Mustafayev
Xəyal Əvəz oğlu Mustafayev — Azərbaycan futbolçusu. == Həyatı == Xəyal Mustafayev futbol oynamağa 1990-cı ildə Türkmənistanın Büzmennqress şəhərində başlayıb. 1992-ci ildə ailəliklə Gəncəyə köçüblər. Burada məşqçisi əvvəlcə atası, sonra isə Fuad İsmayılov olub. Azərbaycan çempionatlarının güclülər dəstəsində 2006-2007-ci il mövsümünədək 93 dəfə meydana çıxıb və 5 qol vurub. 15-ci Azərbaycan çempionatından "İnter"in (Bakı) müdafiəçisidir.
Xəyal Məmmədov
Xəyal Məmmədov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Xəyal Məmmədov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi. Xəyal Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Xəyal Namazov
Xəyal Xudaverdi oğlu Namazov (23 may 1986; Füzuli, Azərbaycan SSR — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Namazov 23 may 1986-cı ildə Füzuli şəhərində anadan olmuşdur. Əslən Xocavənd rayonunun Muğanlı kəndindən idi. Əvvəlcə, İsmayıllı rayon Aşıqbayramlı kənd tam orta məktəbində təhsil almışdır. Xocavənd rayon Tuğ kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbdə tamamlamışdır. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət fərdi əməklə məşğul olmuşdur. Ailəli idi. 2 övladı yadigar qaldı.
Xəyal Nuri
Xəyal Şakir oğlu Nuri (12 fevral 1997, Ağayrı, Biləsuvar rayonu – 4 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Nuri 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. 2002–2013-cü illərdə Ağayrı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Nuri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Nuri noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Ağayrı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Xəyal Quliyev
Xəyal Rza
Xəyal Rza (17 aprel 1980, Kəbirli, Jdanov rayonu) — şair, jurnalist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, Mikayıl Müşfiq Komissiyasının sədri, AYB.az saytının baş redaktorudur. == Həyat və fəaliyyəti == Xəyal Rza 17 aprel 1980-ci ildə Beyləqan rayonunda anadan olub. 1997-ci ildən mətbuatdadır. Müxtəlif qəzetlərdə müxtəlif vəzifələrdə calışmışdır. 1997-ci ildən Yeni Nəsil Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Redaktorlar Birliyinin üzvü olmuşdur. Qəzetdə şöbə müdiri, redaktor, baş redaktor vəzifələrində çalışmışdır. Elə ilk kitabı da 2001-ci ildə "O dünyaya məktublar" (məqalələr) adlanır. Şair olaraq şeirə klipi ilk dəfə Xəyal Rza çəkdirmişdir. Beynəlxalq Türkdilli Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvüdür.
Xəyal Rəhimli
Xəyal Rahil oğlu Rəhimli (9 iyun 1992; Əlinəzərli, Beyləqan rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Rəhimli 1992-ci il iyunun 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1999-2008-ci illərdə K. Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəyal Rəhimli 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyal Rəhimli oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Rəhimli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Süleymanov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Xəyal TV
Qafqaz TV — Telekanal 09 avqust 2017-ci il tarixində Qafqaz TV adı ilə fəaliyyətə başlamış, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 09 avqust 2017-ci il tarixində “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətinə baxmış və telekanal Qafqaz TV adlandırılmışdır. Azərbaycanın özəl telekanallarından biri. == Tarixçə == Telekanal ilk dəfə "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkəti adı altında 09 avqust 2017-ci ildə Quba şəhərində yaradılmışdır. 39-cu kanalda efirə çıxan "Qafqaz" TV 09 avqust 2017-ci il tarixdən verilişlərini əsasən Quba, Qusar, Xaçmaz rayonları ərazisində yayımlamağa başlamışdır. == Fəaliyyəti və yayım prinsipləri == Telekanal Quba şəhərindən yayımlanır. Televiziyanın şimal bölgəsinin 6 rayonu olmaqla 500 minə yaxın tamaşaçı auditoriyası var. 1 ildən artıqdır ki, yeni inkişaf dövrünə qədəm qoyan Qafqaz TV-nin birinci işi yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etməkdir. Bunun üçün televiziya yeni inzibati bina ilə təmin olunub. Bundan başqa telekanal ən son, müasir texnologiya ilə də təchiz olunub. Məqsəd ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramları çatdırmaqdır.
Xəyal Televiziyası
Qafqaz TV — Telekanal 09 avqust 2017-ci il tarixində Qafqaz TV adı ilə fəaliyyətə başlamış, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 09 avqust 2017-ci il tarixində “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətinə baxmış və telekanal Qafqaz TV adlandırılmışdır. Azərbaycanın özəl telekanallarından biri. == Tarixçə == Telekanal ilk dəfə "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkəti adı altında 09 avqust 2017-ci ildə Quba şəhərində yaradılmışdır. 39-cu kanalda efirə çıxan "Qafqaz" TV 09 avqust 2017-ci il tarixdən verilişlərini əsasən Quba, Qusar, Xaçmaz rayonları ərazisində yayımlamağa başlamışdır. == Fəaliyyəti və yayım prinsipləri == Telekanal Quba şəhərindən yayımlanır. Televiziyanın şimal bölgəsinin 6 rayonu olmaqla 500 minə yaxın tamaşaçı auditoriyası var. 1 ildən artıqdır ki, yeni inkişaf dövrünə qədəm qoyan Qafqaz TV-nin birinci işi yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etməkdir. Bunun üçün televiziya yeni inzibati bina ilə təmin olunub. Bundan başqa telekanal ən son, müasir texnologiya ilə də təchiz olunub. Məqsəd ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramları çatdırmaqdır.
Xəyal velosipedi
Xəyal velosipedi və ya White Cycle — Velosipedçinin adətən avtomobilin sürücüsü tərəfindən öldürüldüyü və ya ağır yaralandığı yerə qoyulan yol kənarındakı velosiped abidəsidir. Xatirə olmaqdan başqa, adətən yoldan keçən sürücülərə yolu bölüşmək üçün xatırlatma kimi nəzərdə tutulur. Xəyal velosipedləri adətən ağ rəngə boyanmış, bəzən plakat yapışdırılmış və qəza yerinə yaxın uyğun bir obyektə kilidlənmiş köhnə velosipedlərdir. == Tarixi == Velosipedlərin ağ rəngə boyanması ideyası 1960-cı illərdə Amsterdamda ikitəkərli nəqliyyatı azad etmək üçün anarxist bir layihə olaraq ortaya çıxdı — ağ velosipedlər pulsuz idi, özünüzə kömək edin və sonra başqasına buraxın. Oxşar layihələr 2004-cü ildə Nyu-York şəhərində, 2005-ci ildə, Albuquerque, və 2006-cı ildə Torontoda başladı. 2005-ci ilin avqustunda Sietldə təxminən 40 xəyal velosipedi yerləşdirildi. qəzaların, qaçırılmaların və pis yol şəraitinin yerləri barədə məlumatlandırmaq. Dupont Circle, Vaşinqtonda 2008-ci ildə zibil maşını tərəfindən öldürülən atlının xatirəsinə həsr olunmuş xəyal velosipedi tam bir il qaldı. Şəhər işçiləri tərəfindən çıxarıldıqda, sürücünün dostları onu hər işıq dirəyindən bir 22 xəyal velosipedi ilə əvəz etdilər. London Ghostcycle 2005 və 2006-cı illərdə aktiv idi.
Xəyal İdrisov
Xəyal İbrahim oğlu İdrisov (24 fevral 2000; Ərəbocağı, Ağdaş, Azərbaycan — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal İdrisov 2000-ci il fevralın 24-də Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. 2006-2017-ci illərdə Ərəbocağı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal İdrisov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Ağdaş rayonunun Ərəbocağı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Şəkərov
Xəyal İman oğlu Şəkərov (1 oktyabr 1998, Əsrik Cırdaxan, Tovuz rayonu – 13 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Şəkərov 1998-ci il sentyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Şəkərov oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Əhmədov
Xəyal Hüseyn oğlu Əhmədov (9 may 1994; Xıllı, Neftçala rayonu, Azərbaycan — 4 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Əhmədov 1994-cü il mayın 9-da Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əhmədov noyabrın 4-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunun Xıllı qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əhmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Əhədzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Xəyal Əliyev
Xəyal Saleh oğlu Əliyev (25 aprel 1999; Beyləqan rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Əliyev 1999-cu il aprelində 25-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəyal Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əliyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Xəyal Əlizadə
Xəyal Nəsrəddin oğlu Əlizadə (2 iyun 1995 Ağstafa - 09 noyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Əlizadə 1995-ci il iyunun 2-də Ağstafa şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əlizadə noyabrın 09-da Şuşanın azad olunması zamanı şəhid olub. Ağstafa şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Əsgərzadə
Xəyal İsrafil oğlu Əsgərzadə (15 dekabr 1995, Qayabaşı, Şəki rayonu – 19 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Əsgərzadə 1995-ci il dekabrın 15-də Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Əsgərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əsgərzadə oktyabrın 19-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Qayabaşı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əsgərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əsgərzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.