Xəyal Əhədzadə

Xəyal Əlövsət oğlu Əhədzadə (21 avqust 1998; Nərimanabad, Lənkəran, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı.[1]

Xəyal Əhədzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nərimanabad, Lənkəran, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Lənkəran, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri —2022
Rütbə Gizir
Döyüşlər Vətən müharibəsi
 • Murovdağ döyüşləri
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Xəyal Əhədzadə 1998-ci il avqustun 21-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olub. Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi idi. O, boks üzrə məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olmuşdur.[2]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Xəyal Əhədzadə 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, FüzuliŞuşa istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni,[3] "Cəbrayılın azad olunmasına görə" medalı,[4] "Füzulinin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı[5]"Kəlbəcərin azad olunmasına görə" medalı[6] ilə təltif edilib.

Xəyal Əhədzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. "Azərbaycan çempionu olan 5 medallı şəhidimiz". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-14.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.