Xəyal Süleymanov

Xəyal Elxan oğlu Süleymanov (27 noyabr 1996; Şeidlər, Şəmkir rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi iştirakçısı. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.

Xəyal Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şeidlər, Şəmkir rayonu, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Elxan Süleymanov
Anası Tahirə Süleymanova
Təhsili orta
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə Komando Briqadası
Xidmət illəri 2015—2016 / 2019—2022
Rütbə Əsgər
Döyüşlər Vətən müharibəsi
 • Murovdağ döyüşləri
 • Laçın döyüşləri
 • Qubadlının azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2022"Vətən uğrunda" medalı — 2022"Şuşanın azad olunmasına görə" medalı — 2021
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Xəyal Süleymanov 27 noyabr 1996-cı ildə Şəmkir rayonunun Şeidlər kəndində anadan olmuşdur.[1] 2003-cü ildə Şəmkir rayon Şeidlər kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2014-cü ildə məktəbdən məzun olmuşdur. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Xəyal Süleymanov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayonu üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə qayıtmışdır. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur[2].

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Laçının, Qubadlının, XocavəndinŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Süleymanov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Müharibə başa çatdıqdan sonra Xəyal Süleymanov hərbi xidmətinə davam etmişdi. 2021-ci ilin avqust ayından Quru Qoşunlarının "Komando" briqadasında xidmət edirdi.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının "Komando" briqadasının hərbçisi kimi iştirak edən Xəyal Süleymanov Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 14 sentyabr tarixində nəşi doğulduğu Şəmkir rayonunun Şeidlər kəndində dəfn edilmişdir.[4] Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Şəmkir sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xəyal Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. ATV. "Şəhid Xəyal Süleymanovun xatirəsi anıldı" (az.). Youtube.com. 27.11.2022. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-28.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. Report.az xəbər saytı. "Şəhid Xəyal Süleymanovun nəşi Şəmkirdə torpağa tapşırılıb". www.report.az (az.). 2022-09-14. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  5. 1 2 3 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  6. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.