ARİD SƏHRA

tropik və ya subtropik qurşaqların zonal səhra tipi,passatlar zonasına məxsusdur. Çox cüzi miqdarda, bəzən bir neçə ildə bir dəfə düşən atmosfer çöküntüləri son dərəcə qeyri-müntəzəm düşür. aридная пустыня arid desert
ARİD RELYEF
ARİD SİKL
OBASTAN VİKİ
Arid Səhra
Arid Səhra — tropik və ya subtropik qurşaqların zonal səhra tipi, passatlar zonasına məxsusdur. Çox cüzi miqdarda, bəzən bir neçə ildə bir dəfə düşən atmosfer çöküntüləri son dərəcə qeyri-müntəzəm düşür.
Arid iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Arid relyef
Arid relyef — Səhralarda, yarımsəhralarda və quru çöllərdə səhra aşınmasının, eol fəaliyyətinin, səthi yuyulmanın, müvəqqəti axımların eroziyası və b.təsiri ilə yaranmış relyef formalarının məcmu.
Arid vilayət
Səhra
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. == Xüsusiyyətləri == Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Arid-denudasion relyef
Arid-denudasion relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid və əlverişli struktur-litoloji quruluşa malik ərazilərdə geniş inkişaf etmişdir. == Arid-denudasion relyef formaları == Arid-denudasion, relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid iqlimə və əlverişli struktur-litoloji qurluşa malik ərazilərdə geniş inkişaf etmişdir Suffozion-çökmə qıfları tərkibində asan həll olunan mineralların iştirak etdiyi lyoss gillərindən təşkil olunmuş Kür-Araz, Naxcıvan, Səbadüzü, Nəvahi, Ceyrançöl çökəkliklərinin yanlarında və Qusar-Dəvəçi və Lənkəran-Muğanının dağətyi hissəsində yayılmışdır. Bu cür formalara suvarılmanın düzgün aparılmadığı bəzi sahələrdə də təsadüf edilir (məs. Gəncə-Qazax düzənliyinin Kürboyu zonasında olduğu kimi. Gil karstları və onun formaları Cənub–Şərqi Qafqazın dağətəyində, Abşeron yarımadasının qərb hissəsində, Qobustanda, Ceyrançöl və Acınohur alçaq dağlığında, Həkəri çayının aşağı hissəsində, Naxçıvan çökəkliyində, Lənkəran Muğanının dağətəyi hissəsində və Kür çökəkliyinin daxili qalxmalarında inkişaf etmişdir. Gil karstlarının əmələgəlmə şəraitinin, onların morfoloji xüsusiyyətlərinin təhlili göstərir ki, bu prosesdə suların eroziya (mexaniki) fəaliyyəti mühüm rol oynayır. Suların yeraltı eroziyası morfoloji cəhətdən klassik karstı xatırladan, ancaq əmələgəlmə mexanizminə görə ondan kəskin fərqlənən formalar yaradır. Süxurların litoloji tərkibi və çatlılıq xüsusiyyətləri gil karstlarının morfologiyasına əsaslı təsir göstərir. Bunları əsas götürərək D. A. Lilienberq (1955) və N. Ş. Şirinov (1975) gil karstlarının — ana süxurlarda, delüvial və terras çöküntülərində və palçıq vulkanı brekçiyalarında inkişaf edən tiplərini ayırmışlar. Birinci tip gil karstları üçün yeraltı dəhlizlər vasitəsilə bir-biri ilə əlaqədar olan quyular, şaxtalar, çökmə qıflar xarakterik olub, Dəvəlidağ, Dəlikdaş, Dostubazı və b.
Kolorado (səhra)
Kolorado (isp. Colorado) — ABŞ ərazisində yerləşən Sonora səhrasının şimal-qərb hissəsini təşkil edən səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır. Səhra Kaliforniya ştatının cənub-qərbində, Meksikanın isə şimal-şərq hissəsini əhatə edir. Sahəsi 40,000 km²-dir. Kolorado çayının şərqində qərarlaşır və öz adını buradan almışdır. Səhranın mərkəzində Solton-Si gölü yerləşir.
Monte (səhra)
Мontе (isp. Monte) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malikdir. Səhra And dağlarından şərqdə yerləşir. Pataqoniya səhrası ilə cənubdan birləşir. == Coğrafiyası == Monte səhrası Atakama səhrası ilə Pataqoniya arasında yerləşir. Səth baxımından Pataqoniya səhrasına bənzəyir. Belə ki, səthi vulkanik suxurlarla örtülüdür. And dağlarının silsilələri ilə əhatələnməsi onun ərazisinə yaıntıların az düşməsinə səbəb olur. İl ərzində 80–300 mm arası yağıntı düşür. Pataqoniya və Atakama səhralarından fərqli olaraq soyuq cərəyanların təsirinə az məruz qalır.
Moxave (səhra)
Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir. Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır.
Ovayxi (səhra)
Ovayxi səhrası (ing. Owyhee) — ABŞ ərazisində yerləşən quraq ərazi və böyük hissəsi səhra olan bölgə. Kolumbiya platosunun cənub qutaracağında, Oreqon, Aydaho və Nevada ştatları ərazisində yerləşir. Səhranın sahəsi 24 280 km², səthinin hündürlüyü isə 1600 metrdir Səhranın böyük qismi ABŞ dövlətinin ali federal orqanının nəzarətindədir.
Qübbətüs-Səhra
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. == Tarixi == Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Qərbi Səhra
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. == Coğrafiya == Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Rəngli səhra
Rəngli səhra (ing. Painted Desert) — Şimali Amerikanın Kolorado platosu ərazisində, Arizona ştatının şimalında yerləşən səhra. Səhranı əhatə edən təpələr Litl Kolorado çayının şimal sahillərinə qədər uzanır. Səhranın uzunluğu 240, eni isə 25–80 km arasında dəyişir. Sahəsi — 19,4 min. km² təşkil edir. Bölgənin hündürlüyü 1370 – 1980 m arasında dəyişir. Səhranın şərqi Petrifayd-Forest milli parkı ərazisinə daxildir. Səhra bütünlüklə «Navaho milləti» rezervasiya bölgəsinə aiddir. Əraziyə ilk dəfə adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
Simpson (səhra)
Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü == Tarix == Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir. 1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.
Sonora (səhra)
Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-nin Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır. Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür.
Səhra balakəkliyi
Səhra balakəkliyi (lat. Ammoperdix griseogularis) — Qırqovullar fəsiləsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (EN). Təhlükə altındadır. == Genefond əhəmiyyəti == Regionda cinsin tək növüdür. == Qısa təsviri == Kəklikdən kiçikdir (200 q). Gözlərindən boynuna uzanan ağ zolağın üstündən qara "qaş" uzanır. Bədəninin yanlarında bel tərəfdən aşağıya və önə doğru qəhvəyi-qara zolaqlar çəpinə uzanır. Toyuğunda bu zolaqlar aydın deyil.
Səhra könlücəsi
Səhra gönlücəsi və ya Səhra yarasası (lat. Eptesicus bottae) — Gönlücələr fəsiləsinə daxil olan yarasa növü. == Yayılması == Arktik bölgələrdən başlayaraq, Yunanıstanın Rodos adası, Misir, Ərəbistan yarımadası, Yaxın Şərq, Kiçik, Ön və Mərkəzi Asiya, Cənubi Qafqazdan şimal-qərbi Çin və şimali Pakistana qədər ərazidə rast gəlinir. Azərbaycanda 5 məntəqədə tapılmışdır (Qabırrı (İori) və Alazan çaylarının mənsəbi, Mingəçevir ətraflarında, Xaldan, Sabirabad və Qobustan qoruğu). == Yaşayış yerləri == Onlara əsasən turay meşələrində, Azərbaycanın mərkəzi ərazilərində yarımsəhra landşaftlarında aşkar edilmişdir. Məskunlaşma yerləri yuyulma nəticəsində yaranan mağaralar və qaya çatlarıdır. Bu yarasalar daha çox Bozdağ silisiləsinin yeraltı mağaralarında və Qobustanda tapılırdı. Qobustanın Böyük-Daş silsiləsində, yay sığınacaqlarında aprelin sonlarından peyda olmuşlar, sentyabrın ikinci ongünlüyünə qədər böyük sayda qeyd olunmuşlar, oktyabrın əvvəllərində isə, tək-tək uçurdular. == Çoxalması == Yay ayları erkək fərdlər tək-tək yaşayırlar..
Səhra müşğülü
Səhra qarquşu
Səhra qarquşu (lat. Bucanetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Səhra qaysağı
Səhra qaysağı — Başlıca olaraq subtropik və tropik səhralarda süxurların və ya torpağın səthində əmələ gələn tavayaoxşar sıx və bərk qabıqdır.
Səhra timsahı
Səhra timsahı və ya Qərbi Afrika timsahı (lat. Crocodylus suchus) — əsl timsahlar sinfinin dümayəndəsi. Bu növü çox vaxt nil timsahı ilə səhv salırlar. == Taksonomiya == 1807-ci ildə qədim misirlilər tərəfindən mumiyalanan timsahların kəllə sümükləri arasında fərqlər aşkar edirlir. Etienne Qeoffroy Saint-Hilaire yeni növə bir ad verir. Bununla belə Qərbi Afrika timsahı hələ də Nil timsahının sinonimi sayılırdı. 2011-ci ildə aparılan yeni bir mumiya nümunələri onun Nil timsahına deyil, Qərbi Afrika timsahına aid olduğunu göstərdi. Bu kəşf Crocodylus suchus taksonunun dirilməsi ilə nəticələnir. == Yayılması == Qərbi Afrika timsahları Mavritaniya, Benin, Nigeriya, Niger, Kamerun, Çad, CAR, Ekvatorial Qvineya, Seneqal, Mali, Qvineya, Qambiya, Burkina Faso, Qana, Qabon, Toqo, Kot-d'İvuar, Konqo və Konqo Respublikası və Uqandada (Nil timsahlarının eyni zamanda mövcud olduğu yerlərdir) yayılmışdır. Bir səhra timsahı Florida zooparkında saxlanılır.
Səhra torpaqları
Səhra torpaqları — Avrasiya materikinin daxili rayonlarında, o cümlədən Xəzərin şimalında, Qazaxıstan və Monqolustan respublikalarının ərazisində yayılmışdır. Boz-qonur səhra torpaqları bareal qurşağın ən arid avtomorf torpaqları kimi təqdim olunur. Səhraların hirdomorf torpaqları üçün takırlı və şorlaşmış torpaqlar xarakterikdir. == İqlimi == Səhralar üçün yayın isti, qışın soyuq keçməsi səciyyəvidir. Orta illik temperaturu şimalda +16°C-dən, cənubda +20°-yə qədər dəyişir. Şərq və qərb hissələrdə temperatur demək olar ki, fərqlənmir. +26°-30 °C təşkil edir. Yağıntıların illik miqdarı 100–200 mm-dən çox deyil. Yağıntıların paylanması aylar üçün bərabər deyil: maksimum qış-yaz dövrü düşür. == Bitki örtüyü == Səhraların xarakterik bitki örtüyü şoran kollar və efemerlerdən ibarətdir.
Səhra yarasası
Səhra gönlücəsi və ya Səhra yarasası (lat. Eptesicus bottae) — Gönlücələr fəsiləsinə daxil olan yarasa növü. == Yayılması == Arktik bölgələrdən başlayaraq, Yunanıstanın Rodos adası, Misir, Ərəbistan yarımadası, Yaxın Şərq, Kiçik, Ön və Mərkəzi Asiya, Cənubi Qafqazdan şimal-qərbi Çin və şimali Pakistana qədər ərazidə rast gəlinir. Azərbaycanda 5 məntəqədə tapılmışdır (Qabırrı (İori) və Alazan çaylarının mənsəbi, Mingəçevir ətraflarında, Xaldan, Sabirabad və Qobustan qoruğu). == Yaşayış yerləri == Onlara əsasən turay meşələrində, Azərbaycanın mərkəzi ərazilərində yarımsəhra landşaftlarında aşkar edilmişdir. Məskunlaşma yerləri yuyulma nəticəsində yaranan mağaralar və qaya çatlarıdır. Bu yarasalar daha çox Bozdağ silisiləsinin yeraltı mağaralarında və Qobustanda tapılırdı. Qobustanın Böyük-Daş silsiləsində, yay sığınacaqlarında aprelin sonlarından peyda olmuşlar, sentyabrın ikinci ongünlüyünə qədər böyük sayda qeyd olunmuşlar, oktyabrın əvvəllərində isə, tək-tək uçurdular. == Çoxalması == Yay ayları erkək fərdlər tək-tək yaşayırlar..
Səhra zebri
Qrevi zebri (lat. Equus grevyi) — Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin at cinsindən növ. Belə ki, 1880-i ildə Həbəşistan hökumətinin bir baş səhra zebri hədiyyə etdiyi Fransa prezidenti Jül Qrevinin şərəfinə belə adlandırılmışdır. == Görünüşü == Yetkin Qrevi zebrinin kütləsi 350-430 kq, bədəninin uzunluğu 3 m, quyruğu 50 sm-dək olur. Hündürlüyu 1,4 m-ə çatır. Zolaqlarının eni digər növlərdə olduğundan nazikdir.
Səhra zonası

Значение слова в других словарях