ARSENAL

сущ. арсенал:
1. военное учреждение для хранения вооружения
2. предприятие, изготовляющее оружие и военное снаряжение
3. перен. запас, наличие различных средств, возможностей
ARSEN
ARSENATLAR
OBASTAN VİKİ
Arsenal FK
Arsenal FK (ing. Arsenal Football Club, The Arsenal, The Gunners, The Red Army) — İngiltərə Premyer Liqasında yer alan bir futbol klubu. Şimali Londondakı Hollouey səmtində qurulmuşdur. İngiltərənin ən müvəffəqiyyətli klublarından biri olub, 13 Premyer Liqa çempionluğu və 14 FA Kuboku çempionluğu var. Arsenal, Premyer Liqada ən uzun müddət lider qalma və bir mövsüm məğlub olmadan çempion olan yeganə klubdur. Premyer Liqanın qızıl kuboku yalnız Arsenalın muzeyindədir. Arsenal həmçinin FA Kubokundada 14 dəfə qalib olmaqla rekordçudur. Arsenal 1886-cı ildə quruldu və 1893-cü ildə Futbol Liqasına qatıldı. XX əsrin 30-cu illərində ilk böyük turnirini qazanan komanda, bu dövrdə 5 liqa çempionluğu ilə 2 kubok çempionluğu əldə etdi. Müharibə dövründən sonra, 1970–1971 mövsümündə həm İngiltərə Premyer Liqasını həm də FA Kubokunu qazanaraq, 20-ci əsrdə bunu bacaran ikinci komanda oldu.
Arsenal Tula FK
Arsenal Tula FK (rus. ФК Арсенал Тула) — Rusiya Premyer Liqasında oynayan Tula şəhərin təmsil edən rus futbol komandası. 1946-cı ildə qurulan Arsenal Tula, 2013–14 Rus Milli Futbol Liqasında sona çatdıqdan sonra tarixində ilk dəfə 2014-cü ildə Rusiya Premyer Liqasına yüksəlmişdir. Bu nailiyyət klub üçün üç ardıcıl promosyonu qeyd etdi. 2014–15 Rusiyanın Premyer Liqasında debüt mövsümündə son yerləri bitirdilər və FNL-ə qayıtdılar. Klub, 2016–17 mövsümündəPremyer Liqaya dönməzdən əvvəl FNL-də bir mövsüm keçirdi və bu günlərdə yarışdılar. Komanda 19,241 tutumu olan Arsensal Arenada ev oyunlarını keçrir.
Arsenal Futbol Klubunun Muzeyi
Arsenal Futbol Klubunun Muzeyi Londonda Hollovey adlı ərazidə yerləşir və klub tərəfindən onun tarixini əks etdirmək üçün yaradılmışdır. Muzey daxilində geniş ölçüdə klubun tarixini əks etdirən eksponatlar və xatırlanmağı vacib olan digər predmetlər nümayiş edilir. Buraya 1971-ci il İngiltərə Federasiya Kubokunun finalında Corc Çarlinin geydiyi forma, 1988-89 mövsümündə çempionluğu təsdiqləyən matçda Maykl Tomasın geydiyi butslar, Alan Smitin 1994-cü il UEFA Kuboklar Kubokunun finalında geydiyi forma, məğlubiyyətsiz başa vuraraq qalib olduqları 2003-04 İngiltərə Premyer Liqası mövsümünə özəl olaraq hazırlanmış kubok və mövsüm boyu qapıçı Yens Lemanın istifadə etdiyi əlcəklər daxildir. Muzey hal-hazırda klubun ev oyunlarını keçirdiyi Emirates (stadion)un şimalında yerləşir. Muzey əvvəllər Hayberi stadionun daxilində yerləşirdi. İl ərzində təxminən 120,000 ziyarətçi bura gəlir. Muzey həftənin bütün günləri fəaliyyət göstərir. Oyun günləri isə yalnız saat 10:00-dan matçın başlamısa 1 saat qalmışa kimi açıq olur. Muzeyə giriş təkliflərinə həmçinin Emirates stadionuna tur da daxildir.

Digər lüğətlərdə