ARTİŞOK

сущ. бот. артишок (травянистое растение сем. сложноцветных)
ARTİSTLİK
ARTMA
OBASTAN VİKİ
Artişok
Artişok, Ənginar (lat. Cynara) – mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda artişokun iki növü əkilir [becərilir]. Bunların biri əkin artişoku, digəri isə İspaniya artişoku adlanır. Hər iki növ çoxillik, göy – yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin artişoku ilə yanaşı respublikamızda İspaniya artişoku (Cynara cardunculus) da becərilir.
İspaniya artişoku
İspaniya artişoku (lat. Cynara cardunculus) — mürəkkəbçiçəklilər fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Respublikamızda İspaniya artişoku (Cynara cardunculus) da becərilir. İspaniya artişoku boyca əkin artişokundan kiçikdir. == Sinonim == Carduus cardunculus (L.) Baill. Carduus cynara E.H.L.Krause Carduus scolymus Baill. Cnicus communis Lam.
Əkin artişoku
Əkin ənginarı, əkin artişoku, tikanlı ənginar (lat. Cynara scolymus) – fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy – yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşları tərəfindən respublikada becərilən əkin artişokunun tərkibi kimyəvi analiz edilmiş, onun yarpaqlarında, çiçəklərində, toxumlarında və köklərində bir sıra bioloji fəal maddələr müəyyənləşdirilmişdir. Belə maddələrdən: sinarin qlikozidini, acı maddələri, şəkəri, piyli və qatranlı maddələri, üzvi turşuları, C vitaminini və s. göstərmək olar.

Digər lüğətlərdə