Auditin Planlaşdırılması Audit Standartı
Auditor Firması
OBASTAN VİKİ
Auditor
Auditor(lat. auditor — dinləyici) — Auditlə məşğul olan şəxs, Audit tapşırığı üzrə tərəfdaş. == Ümumi məlumat == "Auditor" terminindən həm audit tapşırığı üzrə tərəfdaşı, həm də auditor təşkilatını ifadə etmək üçün istifadə olunur. Audit tapşırığı üzrə tərəfdaşa münasibətdə bu termin tapşırıq üzrə tərəfdaşın öhdəliklərini və ya vəzifələrini ifadə edir. Belə öhdəlik və vəzifələr həm audit tapşırığı üzrə tərəfdaş, həm də audit qrupunun üzvü tərəfindən yerinə yetirilə bilər. Öhdəlik və ya vəzifələrin audit tapşırığı üzrə tərəfdaş tərəfindən yerinə yetirilməsinin aydın şəkildə nəzərdə tutulması hallarında "auditor" termininin əvəzinə "tapşırıq üzrə tərəfdaş" terminindən istifadə olunur. ("Auditor" terminindən auditdən fərqli əlaqədar xidmətlərin və əminliyi təmin edən audit tapşırıqlarının təsvir edilməsi zamanı istifadə oluna bilər. Lakin belə bir əsaslandırma auditdən fərqli əlaqədar xidmətlər və ya əminliyi təmin edən tapşırığı yerinə yetirən şəxsin iqtisadi subyektin maliyyə hesabatlarının auditini mütləq surətdə həyata keçirməsini nəzərdə tutmur).
Auditor (jurnal)
"Auditor" (rus. Аудитор) — Rusiyada elmi jurnal, audit haqqında ilk dövri nəşrlərdən biri. 1994-cü ildən nəşr olunur. Auditorlar və məsləhətçilər, mühasiblər, vergi və maliyyə xidmətlərinin işçiləri, bütün mülkiyyət formalı müəssisələrin rəhbərləri, müəllimlər, elmi işçilər və iqtisadi ixtisaslar üzrə tələbələr üçün nəzərdə tutulmuşdur. 2010–2011-ci illər üçün Rusiya Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının elmi jurnallarının siyahısına daxil edilmişdir. Burada elmlər doktoru və namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələri dərc edilməlidir. Rusiya Elm İstinad İndeksinə daxildir.
Auditorio de Tenerife
Auditorio de Tenerife "Adán Martín" (azərb. Tenerife salonu‎) — İspaniyanın Santa Kruz de Tenerife şəhərində yerləşən salondur. 2003-cü ildə açılmış və İspaniya və Avropa ən mühüm müasir binaların biridir. Bina, İspan memarı Santyaqo Kalatrava tərəfindən tikilmişdir.
Azərbaycan Respublikası Auditorlar Palatası
Azərbaycan Respublikası Auditorlar Palatası — Azərbaycan Respublikası ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır. == Tarixi == 1994-cü il 16 sentyabr — Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 1995-ci il 19 sentyabr — Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Auditorlar Palatası haqqında Əsasnamə təsdiq edilmişdir. 1996-cı il 5 aprel — Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır. 1997-ci il 24 İyun — Avropa Birliyinin TACİS proqramı cərcivəsində həyata kecirilən “Azərbaycan Respublikası Auditorlar Palatasının audit kecirmə potensialının mohkəmləndirilməsi, muflisləşmə və iflas uzrə mutəxəssislərin hazırlanması” layihəsinin icrasına başlanılmış və 1999-cu ildə uğurla başa catdırılmışdır. 1999-cu il - Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikasında Audit sisteminin islahatı Konsepsiyası işlənib hazırlanmışdır. 1999-cu il 26 iyun — Auditorlar Palatasının müraciətinə əsasən, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit - Azərbaycan” bölməsi yaradılmışdır. 2000-ci il 5 iyul — Azərbaycan Respublikası Auditorlar Palatasının təsis etdiyi “İqtisadiyyat və Audit” elmi-praktik jurnalının ilk nömrəsi çapdan çıxmış və Azərbaycan Respublikasının Milli Məclisində jurnalın təqdimat mərasimi kecirilmişdir. 2001-ci il 7 mart — Azərbaycan Respublikası Auditorlar Palatasının muəlliflər kollektivi tərəfindən ali məktəblər ucun hazırlanmış “Audit” ilk dərs vəsaiti kitabı nəşr etdirilmişdir.
Azərbaycan Respublikasının fəxri auditoru
Azərbaycan Respublikasının fəxri auditoru — Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının qərarı ilə təsis olunmuş fəxri ad. Bu fəxri ad 2004-cü ildən etibarən həm peşəkar auditorlara, həm də özünün fəaliyyəti ilə ölkədə auditin populyarlaşmasına və cəmiyyət həyatında möhkəm yer tutmasına xidmət edən digər peşə sahiblərinə verilir. Bu ada layiq görülmüş ilk peşəkar jurnalist Şakir Yaqubov olmuşdur. O, 2011-ci ildə bu ada layiq görülmüşdür.

Значение слова в других словарях