Azərbaycan Respublikası Auditorlar Palatası
Azərbaycan Respublikası Auditorlar Palatası — Azərbaycan Respublikası ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır.
== Tarixi ==
1994-cü il 16 sentyabr — Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
1995-ci il 19 sentyabr — Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Auditorlar Palatası haqqında Əsasnamə təsdiq edilmişdir.
1996-cı il 5 aprel — Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır.
1997-ci il 24 İyun — Avropa Birliyinin TACİS proqramı cərcivəsində həyata kecirilən “Azərbaycan Respublikası Auditorlar Palatasının audit kecirmə potensialının mohkəmləndirilməsi, muflisləşmə və iflas uzrə mutəxəssislərin hazırlanması” layihəsinin icrasına başlanılmış və 1999-cu ildə uğurla başa catdırılmışdır.
1999-cu il - Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikasında Audit sisteminin islahatı Konsepsiyası işlənib hazırlanmışdır.
1999-cu il 26 iyun — Auditorlar Palatasının müraciətinə əsasən, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit - Azərbaycan” bölməsi yaradılmışdır.
2000-ci il 5 iyul — Azərbaycan Respublikası Auditorlar Palatasının təsis etdiyi “İqtisadiyyat və Audit” elmi-praktik jurnalının ilk nömrəsi çapdan çıxmış və Azərbaycan Respublikasının Milli Məclisində jurnalın təqdimat mərasimi kecirilmişdir.
2001-ci il 7 mart — Azərbaycan Respublikası Auditorlar Palatasının muəlliflər kollektivi tərəfindən ali məktəblər ucun hazırlanmış “Audit” ilk dərs vəsaiti kitabı nəşr etdirilmişdir.