Avropa Kənd Təsərrüfatının Zəmanəti və İstiqamətləndirilməsi Fondu

1962-ci ildə Avropa məkanında ümumi aqrar bazarın formalaşdırılması məqsədi ilə yaradılan maliyyə institutu. Fond zəmanət və istiqamətləndirmə adlı iki bölümə ayrılır. Zəmanət bölməsi ölkənin daxili və xarici bazarında kənd təsərrüfatı məhsullarının qiymət siyasətinin müəyyən edilməsinə xidmət edir. İstiqamətləndirmə bölməsi kənd təsərrüfatı sahəsində səmərəliliyi artırmaq, yüksək inkişafa nail olmaq məqsədi ilə üzv ölkələrə müxtəlif maliyyə və texniki yardımları həyata keçirir.
Avropa İnvestisiya Bankı
Avropa Opsionu
OBASTAN VİKİ
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (ing. İFAD) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat, Fond yoxsul kənd sakinlərinə yardım göstərir. == Yaradılması == Fond beynəlxalq ərzaq konfransının qərarı ilə 1977-ci ildə İtaliyanın Roma şəhərində təsis edilmişdir. == Əsas məqsədi == İnkişaf etməkdə olan ölkələrdə ərzaq məhsullarının artırılması üçün kənd təsərrüfatının inkişafı üzrə layihələrin maliyyə və texniki müdafiəsi İFAD o ölkələrə uzunmüddətli şərtlərlə kreditlər verir ki, bu fondda onlar iştirak etsinlər. == Üzv dövlətlər == == Birinci dərəcəli donor ölkələr == Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Finlandiya, İsveçrə, Yaponiya == İkinci dərəcəli donor ölkələr == Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri == İFAD Azərbaycanda == 2011-ci ildə Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) Azərbaycana 19,35 mln. dollar kredit ayırmışdır. Kredit Azərbaycana ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə verilmişdir. Kredit sazişini Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və IFAD-ın prezidenti Kanayo F.Nvanze fondun Romadakı mənzil-qərargahında imzalayıblar. Layihə Ağdaş, Yevlax, Şəki və Oğuzda 50 min kəndli ailəsinə yardım göstərilməsini nəzərdə tutur. Layihənin istiqamətlərindən biri irriqasiya sisteminin yaxşılaşdırılmasıdır.
Avropa Sosial Fondu
Avropa Sosial Fondu — məşğulluq problemlərinin həllində iştirak edən Avropa Birliyi fondu. 1959-cu ildə təsis edilmişdir, 1971-ci ilin islahatı nəticəsində, onun fəaliyyətinin daha dəqiq prioritetləri müəyyənləşdirilmişdir. Fond peşə təhsilinin inkişafı üçün, məşğulluğun artırılması proqramlarının maliyyələşdirilməsi üçün, zəif inkişaf edən sahələrin inkişafı, immiqrantlara və qadınlara işə düzəltməkdə kömək etmək üçün subsidiyalar verir. Xüsusilə 25 yaşa qədər gənclərin işə düzəltməsi üzrə proqramların maliyyələşdirilməsinə böyük diqqət yetirilir.
Bank zəmanəti
Tələb zəmanəti
Tələb zəmanəti (fr. garantie autonome) — fransız mülki hüququnda muxtar zəmanət, öhdəliklərin yerinə yetirilməsi üçün üç növ şəxsi təhlükəsizlik növündən biridir. Bu zəmanət sayəsində zamin şəxs üçüncü bir şəxsin üzərinə götürdüyü öhdəliyi nəzərə alaraq ya kreditorun ilk tələbi ilə, ya da müqavilədə nəzərdə tutulmuş başqa bir qaydada müəyyən miqdarda pul ödəmək öhdəliyini götürür. Öhdəliklərin yerinə yetirilməsi üçün şəxsi təhlükəsizliyin digər iki növü zaminlik (xəbərdarlıq) və niyyət memorandumudur (lettre d’intention). Hər hansı digər zəmanət kimi, muxtar bir zəmanət də borclunun öz öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün hazırlanmışdır. Bununla birlikdə, bu zəmanət, zəmanətçinin onlara zəmanət verilmiş öhdəliklə bağlı hər hansı bir etiraz bildirmək hüququna malik olmadığı xüsusiyyətinə malikdir. Bundan əlavə, zaminin borclunun əmlakından əvvəl borc götürülməsini (bénéfice de discussion) və ya öhdəliyinin bölüşdürülməsini (bénéfice de division) kreditordan tələb etməsinə icazə vermir. Əksinə bir razılaşma olmadığı təqdirdə, muxtar zəmanətlə müəyyən edilmiş təminat, zəmanət verilmiş öhdəliyə əməl etmir, çünki təbiətinə görə yalnız şəxsi və daşınmaz əmlakla təmin olunur. Benefisiar (faydalanan) tərəfindən aşkar şəkildə sui-istifadə (dələduzluq) və ya saxtakarlıq və ya tələb irəli sürən şəxslə sövdələşmə halında, zamin onun öhdəliyi ilə bağlı deyildir. Fransız qanunlarındakı xüsusi müddəalara əsasən, muxtar zəmanət miras hüququnda da istifadə olunur.
Ömər zəmanəti
Ömər zəmanəti (ərəb. العهدة العمرية‎) — xəlifə Ömər ibn Xəttab tərəfindən romalılar tərəfindən Eliya adlanan Yerusəlim xalqına verilən təhlükəsizlik zəmanəti. Zəmanətin bir neçə variantı və onların həqiqiliyinə dair müxtəlif baxışlar mövcuddur. Ənənəvi görüşdə bu, xəlifə Ömər ibn Xəttaba və b.e. 637–638-ci illərdə müsəlmanların Yerusəlimi ələ keçirdikləri vaxta aid edilir. Xristianlara kilsələri və digər mülkləri ilə bağlı verilən zəmanətlər onu şəhərin tarixinin ən mühüm sənədlərindən birinə çevirir. Zəmanətin əhəmiyyəti Vakidi kimi erkən müsəlman tarixçiləri tərəfindən müzakirə edilir. Sənədin mətni IX, X və sonrakı əsrlərə aid əsərlərə qısaldılmış və ya tam şəkildə daxil edilmişdir. Ömər razılaşması El-Awaisi, Abd al-Fattah. Umar’s Assurance of Safety to the People of Aelia (Jerusalem): A critical Analytical Study of the Historical Sources.
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu
Aqrar Tədqiqatlar Mərkəzi — Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan qurum. == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. 17 aprel 2015-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu daşımışdır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. == Fəaliyyəti == Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır: Məlumat bazalaraının yaradılması Monitorinq və qiymətləndirmə Diaqnostika və təhlil Elmi tədqiqatlar Doktorantura təhsili === Məlumat bazaları === Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası Coğrafi Məlumatlar Bazası === Doktorantura təhsili === Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
Avropa Regional İnkişaf Fondu
Avropa Regional İnkişaf Fondu (ARİF) — Avropa İttifaqı tərəfindən ayrılmış Avropa Struktur və İnvestisiya Fondlarından biri. Avropa İttifaqının vahid büdcəsindən maliyyələşdirilir. 1975-ci ildə yaradılmış ARİF Avropa İttifaqının regional siyasətinin məqsədlərinin həyata keçirilməsinndə əlaqələndirici rol oynayır və sənayenin tənəzzülünə məruz qalmış, inkişaf etməmiş regionların, eləcə də əlaqələndirici Avropa İttifaqına üzv olan ölkələrdə kənd yerlərinin inkişafına və yenidən qurulmasına yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün əsas alətdir. 1995-ci ildən Finlandiya və İsveçrənin şimal regionlarının inkişafına maliyyə yardımı göstərir. 1995-ci ildə fondun yuxarıda qeyd olunan fəaliyyətlər üzrə maliyyə ayırmaları 9 milyard EKYU-ya yaxın olmuşdur.
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu
Aqrar Tədqiqatlar Mərkəzi — Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan qurum. == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. 17 aprel 2015-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu daşımışdır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. == Fəaliyyəti == Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır: Məlumat bazalaraının yaradılması Monitorinq və qiymətləndirmə Diaqnostika və təhlil Elmi tədqiqatlar Doktorantura təhsili === Məlumat bazaları === Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası Coğrafi Məlumatlar Bazası === Doktorantura təhsili === Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. == Ümumi məlumat == Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi (Vyetnam)
Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi (vyet. Bộ Nông nghiệp và Phát triển Nông thôn) — Vyetnamda kənd yerlərinin inkişafı, kənd təsərrüfatının və aqrobiznesin idarə edilməsi, təşviqi və təkmilində cavabdeh olan nazirlik. Nazirliyin səlahiyyətlərinə meşə təsərrüfatı, akvakultura, irriqasiya və duz sənayesi aiddir. Nazirlik həmçinin, su ehtiyatlarının idarə olunması və daşqınlara qarşı mübarizədə iştirak edir. Nazirlik bütün Vyetnamda 63 vilayət departamentini saxlayır. Nazirliyin özü Hanoyda yerləşir. == Tarixi == Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi 1987-ci ildən müxtəlif dövlət nazirliklərinin birləşməsi ilə yaradılmışdır: Kənd Təsərrüfatı Nazirliyi, Ərzaq Nazirliyi, 1987-ci ildə Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinə birləşdirilmişdir; sonradan Meşə Təsərrüfatı Nazirliyi və Suvarma Nazirliyi əlavə edilərək bugünkü nazirliyin formalaşdırılması; eləcə də 2007-ci ildə Balıq Təsərrüfatı Nazirliyinin əlavə edilməsi.
Türk Mədəniyyəti və İrsi Fondu
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu — Türkdilli xalqların maddi-mənəvi irsin qorunması, tədqiqi və təbliği işini həyata keçirən beynəlxalq təşkilat. 2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında Fondun yaradılması təşəbbüsü ilə bağlı qərar qəbul edilmiş və həmin qərar 2010-cu il sentyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında dəstəklənmişdir. Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Qırğız Respublikasının Bişkek şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının hökumət başçıları tərəfindən qəbul edilmişdir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir. Hal-hazırda Günay Əfəndiyeva Fonda başçılıq edir.
Çoxtərəfli investisiya zəmanəti agentliyi
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi və ya MİGA — 1988-ci ildə yaradılıb və 157 üzvü var. Ölkə MİGA-ya üzv olmaq üçün ilk öncə BYİB-ə üzv olmalıdır. Təşkilatın maliyyə mənbəyini üzvlük kapitalı təşkil edir. İndiyə qədər buraxılan zəmanətlərin ümumi həcmi 10,4 milyard dollara bərabərdir. Zəmanət verilən birbaşa xarici investisiyaların həcmi isə 30 milyard dollara bərabər olmuşdur. 2002-ci il fiskal ilində 1,4 milyard dollar həcmində zəmanət buraxılmışdır. MİGA-nın yaradılmasında əsas məqsəd az inkişaf etmiş ölkələrə birbaşa xarici investisiyaların yönəldilməsinin artırılması yolu ilə bu ölkələrdə insanların yaşayış şəraitinin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır. Təşkilatın vəzifələri aşağıdakılardır: · üzv ölkəyə digər üzv ölkədən qoyulmuş investisiyalarda mövcud olan qeyri-kommersiya risklərinə qarşı zəmanət verilməsi, o cümlədən investisiyaların birgə sığortası və təkrar sığortası; · inkişaf etməkdə olan ölkələrə investisiya axınının artırılması üçün digər müvafiq əlavə fəaliyyətlərin həyata keçirilməsi. · təşkilat tərəfindən yalnız inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşuna zəmanət verilir. MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi gəlirləri yaranır, təcrübə və texnoloji nou-hau transfer olunur.
Ehtiyat fondu
Gənclər Fondu
Azərbaycan Gənclər Fondu — Avrasiya Fondu Azərbaycan Nümayəndəliyi, Şimali İrlandiya İcma Fondu (ŞİİF), Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və birlikdə Azərbaycanın beş rayonunda yeni Gəncler Fondu proqramını həyata keçirməyə başlamış, gənclər tərəfindən idarə olunmuş layihə təşəbbüsü. Azərbaycan Respublikasının Gənclər Fondu — Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurum.
Hedc fondu
Hedc fondu — Səciyyəvi olaraq, çox gəlirli möv qeləri götürməklə və qısa alış, svop, derivativlər, proqram ti carəti və arbitraj kimi aqres siv strategiyalardan istifadə etməklə qəfil və qısamüddətli bazar dəyi şikliklərindən yüksək gəlir əldə etməyə can atan özəl investisiya fondudur. Adətən maliyyə təşkilatlarına və varlı adamlara məhdudiyyət qoyulur.
Koreya Fondu
Koreya Fondu (Korean: 한국국제교류재단, Hanja: 韓國國際交流財團) — 1991-ci ildə Koreyanın daha yaxşı anlaşılmasına kömək etmək və beynəlxalq ictimaiyyətdə dostluğu gücləndirmək üçün yaradılmış qeyri-kommersiya ictimai diplomatiya təşkilatıdır. Fond qarşılıqlı anlayışın inkişafı üçün Cənubi Koreya ilə xarici ölkələr arasında mübadilə üzrə müxtəlif layihələr həyata keçirir. == Tarix == Koreya Respublikasının 70-ci illərin sonlarından 80-ci illərə qədər sürətli iqtisadi inkişafı, həmçinin ölkənin demokratikləşməsi və soyuq müharibədən sonra beynəlxalq ictimaiyyətdə sarsıntılar şəraitində Koreyanın xarici siyasət strategiyasına yenidən baxılması qaçılmazdır. 1986-cı ildə 10-cu Asiya Oyunlarını və 1988-ci ildə Seulda 24-cü Yay Olimpiya Oyunlarını müvəffəqiyyətlə keçirərək genişləndirilmiş imkanlarını nümayiş etdirərək dünyanın Koreyaya baxışına uzunmüddətli təsir göstərmişdir. Sonralar vahid əlaqə nöqtəsi kimi xidmət edəcək və müxtəlif sahələrdə mübadilə layihələrini dəstəkləyəcək beynəlxalq mübadilə təşkilatının yaradılması ideyası doğuldu. 1989-cu ilin sentyabrında Koreya parlamenti Koreya fondunun təsis edilməsi ilə bağlı rəsmi debatlara başladı. == Təşkilat == Koreya fondu Koreya Xarici Işlər Nazirliyi ilə bağlıdır, bu təşkilata Koreya fondu, Xarici Koreya fondu (OKF), və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) rəhbərlik edir. Üçü də Koreyanın dünyanın qalan hissəsi ilə diplomatik münasibətlərinin irəliləməsinə həsr olunmuşdur. Hazırda Koreya Fondunun 13 departamentdə 130 əməkdaşı olan 4 bürosu var. Onun qərargahları və KF Qlobal Mərkəzi Seulda yerləşir.
Qətər Fondu
Rokfeller Fondu
Rokfeller Fondu (ing. Rockefeller Foundation) — Beşinci prospekt, 420, Nyu York ünvanında yerləşən amerikan özəl fondu və xeyriyyəçi tibbi tədqiqat və incəsənəti maliyyələşdirən təşkilat. ABŞ-da Karnegi Korporasiyasından sonra ikinci ən qədim xeyriyyə təşkilatı olan fond, 2015-ci ildə ümumi ianəyə ABŞ-ın 39-cu ən böyük fondu idi. 2016-cı ilin sonuna qədər aktivlər 4,1 milyard ABŞ dolları (2015-ci ildən bəri dəyişmədi), illik qrantlar isə 173 milyon dollar təşkil edib. İƏİT-nın məlumatına görə, fond 2021-ci ildə inkişaf üçün 283,9 milyon ABŞ dolları ayırıb. Fond cari dollarla 14 milyard dollardan çox vəsait ayırıb. Fond Standard Oil maqnatı Con Rokfeller və oğlu, həmçinin onların əsas biznes məsləhətçisi Frederik Taylor Qeyts tərəfindən 1913-cü il mayın 14-də, nizamnaməsi Nyu-York ştatının qanunverici orqanı tərəfindən verildiyi zaman başlamışdır. Fondun 1930-cu illərdən etibarən beynəlxalq nüfuzu və qlobal qeyri-hökumət təşkilatlarına böyük təsiri var. Ümumdünya Səhiyyə Təşkilatı, fondun insanları öyrənmək və müalicə etmək üçün həkimləri xaricə göndərən Beynəlxalq Sağlamlıq Bölməsindən nümunə götürür. Milli Elm Fondu və Milli Səhiyyə Agentliyi da Rokfeller tərəfindən maliyyələşdirilən iş əsasında modelləşdirilmişdir.
Sivilitas fondu
"Sivilitas" fondu (erm. Սիվիլիթաս հիմնադրամ, ing. The Civilitas Foundation) — mərkəzi İrəvan şəhərində yerləşən Ermənistan qeyri-kommersiya təşkilatı. 2008-ci ilin oktyabrında Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan tərəfindən təsis edilmişdir. Hal-hazırda Apo Bogigiyanın rəhbərliyində olan təşkilat bir inkişaf agentliyi və düşüncə mərkəzidir. "Sivilitas" fondunun məqsədi vətəndaş cəmiyyətini gücləndirmək, Ermənistanda demokratiyanı, iqtisadi inkişafı və təhsili təşviq etmək, eləcə də bir sıra aktual siyasi məsələlərdə Ermənistanla beynəlxalq ictimaiyyət arasında dialoqun keyfiyyətini artırmaqdır. "Sivilitas" fondunun fəaliyyəti nəticəsində Ermənistanla erməni diasporu arasındakı əlaqələr güclənmişdir. Təşkilatın adı yunan dilindəki "Sivilitas" sözündən yaranmışdır. "Sivilitas" fondunun onlayn media orqanı olan "CivilNet" 21 sentyabr 2011-ci il tarixində Oskanyan tərəfindən başladılmışdır. Fond "CivilNet" vasitəsi ilə erməni və ingilis dillərində müsahibələr, məqalələr və həftəlik icmal videoları kimi məzmun hazırlayır.
Bəşir fondu
SCP Fondu
SCP Fondu (ing. SCP Foundation) eyni adı daşıyan internet üzərindən birlikdə əməkdaşlıqla yazmaq layihəsi tərəfindən sənədləşdirilmiş fiziki mövcudluğu olmayan uydurma bir fond. Veb saytın təqdim etdiyi uydurma kainatında SCP Fondu təbii qanunları pozan fərdləri, varlıqları, qurumları, yerləri və ya obyektləri aşkar etməyə və onları qoruyub saxlamağa cavabdehdir. Veb sayt icma əsaslıdır və saytda paylaşdıqları hekayələrə qorxu fantastikası, elmi fantastika və fantaziya daxil olmaqla bir çox janrların elementləri daxildir. SCP Fondu viki -dəki paylaşımlarının əksəriyyəti SCP yəni “xüsusi saxlama prosedurlarından”və onun saxlanma şərtlərinin prosedur qaydalarını təsvir edən sənədlərdən ibarətdir. Veb saytın arxivində həmçinin minlərlə Fond hekeyəsi، yəni SCP Fondunun daxilində baş vermiş qısa hekayələr də insanlara təqdim olunur. Hekayələrin seriyalanmış olması, elmi və akademik yazı üslubu ilə yazılaraq bu şəkildə belə insanlara qorxu hissini dolğun şəkildə ifadə edə bilmək bacarığı və yüksək keyfiyyət standartlarını qoruyub saxlamaqları səbəbində bu layihə çox vaxt əksər insanlar tərəfindən müsbət rəylər alıb. Bu fond həm də qorxu mövzusulu indie oyunları olan SCP - Containment Breach və SCP: Secret Laboratory daxil olmaqla bir çox spin-off layihələr üçün də ilham mənbəyi olmuşdur.
Nobel Fondu
Nobel Fondu (isv. Nobelstiftelsen) Nobel Mükafatlarının maliyyə və idarəçiliyini idarə etmək üçün 29 iyun 1900-cü ildə yaradılmış özəl qurumdur və Fond dinamitin ixtiraçısı Alfred Nobelin son vəsiyyətinə əsaslanır. Alfred Nobel ( ; 21 oktyabr 1833, Stokholm, İsveç anadan olub) kimyaçı, mühəndis, novator, silah istehsalçısı və dinamitin ixtiraçısı idi. O, böyük silah istehsalçısı olan Bofors şirkətinə sahib idi və onu dəmir və polad dəyirmanı kimi orijinal biznesindən yönləndirmişdi. Nobel 355 fərqli patentə sahibdir, ən məşhuru dinamitdir . Nobel həyatı boyu böyük bir şəxsi sərvət topladı, əsasən də bu ixtira sayəsində. 1896-cı ildə Nobel son illərini yaşadığı İtaliyanın San-Remo şəhərindəki villasında insultdan dünyasını dəyişdi Çoxlarını təəccübləndirən Nobelin vəsiyyətnaməsində onun pulunun fizika, kimya, sülh, fiziologiya və ya tibb və ədəbiyyat üzrə mükafatlar üçün istifadə edilməsi xahişi var. Nobel sağlığında bir neçə vəsiyyətnamə yazsa da, sonuncu vəsiyyəti ölümündən bir il əvvəl yazılmış və 27 noyabr 1895-ci ildə Parisdə İsveç-Norveç Klubunda imzalanmışdır. Nobel ümumi aktivlərinin 94%-ni, yəni 31 milyon İsveç kronunu vəsiyyət edib. Beş Nobel mükafatının təsis edilməsi və verilməsi.
Əlyazmalar Fondu
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondu ümummilli lider H.Əliyevin 07 avqust 2002-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmış, 08 aprel 2005-ci ildə fəaliyyətə başlamışdır. Naxçıvan əlyazmalarının toplanması, sistemə salınması, kataloqlaşdıdırlması, qorunması, tədqiqi, nəşri və təbliğidir. Əlyazmaların toplanması şöbəsi. Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsi. Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası laboratoriyası. Naxçıvanın tarix və mədəniyyətinə aid yeni məlumatların əldə olunması və təbliği istiqamətində: Məhəmməd Həsən Ordubadinin “Astronomiya” əsərinin tərcüməsi və tədqiqi, Mirzə Məhəmməd Haşim ibn Museyib Naxçıvaninin “Həqaiqiət-Tarix” əsəri haqqında ilk məlumat, Suli Fəqihin “Yusif və Züleyxa” əsərinin tərcümə və tekstaloji tədqiqi, Məhəmməd Naxçıvaninin “Səhabəd Dumu” əsərinin mətn xüsusiyyətlərinin təhlili, Hatif İsfəhaninin “Tibbinamə” əsərinin aşkarlanması və ilk tədqiqi, Fazil Naxçivaninin “Tibbinamə” əsərinin ilkin araşdırılması, tib¬binamələrin mətn xüsusiyyətləri və tərcüməsi, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaide-fəlsəfə” əsərinin ilk tədqiqi, Naxçıvanı tədqiq və Tətəbbö Cəmiyyətinin ərəb əlifbası ilə yazılan 41 iclas protokolunun əlyazma mətnlərinin araşdırılması və təhlili.
Wolf fondu
Wolf fondu (ing.