Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abies excelsa
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Alectryon excelsus
Alectryon excelsus (lat. Alectryon excelsus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin alektrion cinsinə aid bitki növü.
Aloe excelsa
Aloe excelsa (lat. Aloe excelsa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Amblyseius excelsus
Amblyseius excelsus (lat. Amblyseius excelsus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius excelsus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Celtis excelsa
Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Cosmic Express
Cosmic Express (azərb. Kozmik Ekspres‎) — Alan Hazelden, Bencamin Devis və Tyu tərəfindən yaradılan və pazl janrında olan indi videooyunu. Oyun, 16 mart 2017-ci il tarixində Windows, macOS, Linux, iOS və Android platformaları üçün satışa çıxarılmışdır. == Geympley == "Cosmic Express"in geympleyi olduqca sadədir. Oyun, sərnişinləri gedəcəkləri yerlərə aparmaq üçün oyunçulara dəmir yolları tikmələrini tapşırır. == İstehsal və buraxılış == Cosmic Express indi oyun yaradıcıları olan Alan Hazelden, Bencamin Devis və Tyu tərəfindən, Unity oyun mühərrikindən istifadə edərək hazırlanmışdır. Oyun 16 mart 2017-ci il tarixində Windows-əsaslı kompüterlər, macOS, Linux, iOS və Android platformaları üçün satışa çıxarılmışdır.
Gentiana excisa
Gövdəciksiz acıçiçək (lat. Gentiana acaulis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Juniperus excelsa
Hündür ardıc (lat. Juniperus excelsa) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Qara dəniz sahillərində, Krasnodar vilayətində, Krımda, Balkanda və Kiçik Asiyada yayılmışdır. Dəniz səviyyəsindən 360-400 m-ə qədər hündürlükdə dağ yamaclarında bitir. Toxumla çoxalır, palıdla, ardıcların digər növləri ilə birlikdə meşə qruplaşmalrında bitir. Toxumvermə bir ildən sonra müşahidə edilir. 600 ilə qədər yaşayır. 1941-1943-cü illərin hərbi hərəkatları, ardıc meşələrinin sistemsiz qırılması əkinlərə böyük ziyan vurmuşdur. Bundan əlavə 1951-1957-ci illərin quraqlıqları, zərərverici və xəstəliklərin kütləvi yayılması meşələrin vəziyyətinə mənfi təsir göstərmişdir. Hazırda Şimal-Qərbi Qafqazın hündür ardıc meşələrinin vəziyyəti acınacaqlıdır.
Microsoft Access
Microsoft Access — verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş proqramdır. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir. Bu proqram relyasiya verilənlər bazası (VB) ilə işləyir. Relyasiya VB-da müxtəlif tipli verilənlər cədvəllərdə saxlanılır və bu cədvəllər arasındakı əlaqələr yaradılir. Nəticədə VB-da müxtəlif tipli dəyişənlərlə işləmək mümkün olur. Microsoft Access proqramını işə salmaq üçün: Start → Programs → Microsoft Access. Proqramla bərabər eyni adlı pəncərə açılır. Üç rejimdən biri seçilir: Blank Database (Новая база данных) – yeni boş bazanın təşkili.
Outlook Express
Microsoft Outlook – elektron poçt vasitəsilə məktub almaq və məktub göndərmək üçün istifadə edilən proqramdır.Microsoft Outlook pullu proqram təminatının bir qədər sadələşdirilmiş,pulsuz variantıdır. Windows XP əməliyyat sisteminin tərkibində quraşdırılmış olurdu.Windows Vista əməliyyat sistemində isə daha interaktiv olan Windows Live ilə əvəz olunmuşdur. Outlook Express proqramı poçt ilə işləyən bir çox güclü proqramların malik olduqları imkanlara malikdir. Məktubların əldə edilməsi. Şəxsin poçt ünvana gələn və poçt serverində yığılan məktublar Outlook Express proqramı vasitəsilə istifadəçinin kompüterinə gətirilir. Məktubların oxunması. Məktub Outlook proqramının xüsusi panelinin köməyilə və ya ayrıca pəncərədə oxunur. Məktubların göndərilməsi. Outlook yeni məktubun yaradılması, göndərilməsi və HTML kimi göndərilməsini təmin edir. Məktublarla əməliyyat.
Picea excelsa
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Pinus excelsa
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Quercus excelsa
Quercus excelsa (lat. Quercus excelsa) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Smilax excelsa
Hündür mərəvcə (lat. Smilax excelsa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü. Avropa, Kiçik Asiya və İranda təbii halda bitir. Hündürlüyü 15-20 m-ə, diametri 10-15 mm-ə çatan lianadır. Zoğları şirəli, lətli, qırmızıtəhər və çılpaqdır. Gövdələrinin uzunluğu 4-8 mm, iti iynələrlə örtülmüş, elastik, möhkəm, yaşılımtıl-boz rəngdədir. Yarpaqlari parlaq həmişəyaşıl, növbəlidir, dəyirmi və ya üçbucaq-yumurtavari, ucları sivriləşmiş, qaidə hissələri ürək şəklindədir. Yarpaq saplaqları tikanlı, qisadır. Çiçəkləri bircinsli, ikievli olub, yarımçətir şəklində, yaşilimtıl və ya yaşıl-qonur rəngdədir, uzunluğu 15-20 sm-dir. Salxım formalı qoltuq çiçəklərin uzunluuğu 4-10 mm, çiçək saplağının uzunluğu isə 5-7 mm-dir.
Cozayya Bercess
Cozayya Bercess (ing. Josiah Burgess; 1689, İngiltərə krallığı – Abako adaları) — ingilis dəniz qulduru. O, Karib dənizində fəaliyyət göstərmiş və daha çox Nyu-Providensin "Uçan dəstə"sinin rəhbərlərindən biri kimi tanınır. Benjamin Hornigold və Henry Jennings ilə yanaşı, Burgess 1717-ci ilin əvvəlində Nassauda ən nüfuzlu dəniz quldurları arasında idi. 1719-cu ildə Bercessin gəmisi Abako adaları yaxınlığında dənizdə itmişdir, Bercess isə orada boğulmuşdur.
Chamaerops excelsa
Rhapis excelsa (lat. Rhapis excelsa) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin rhapis cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Yaponiya da və Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan həmişəyaşıl bitkidir. Gövdəsi qəhvəyi-qonur liflərlə (yarpaq qınlarının qalıqları) örtülüdür. Çətiri yelpikvaridir. Çoxsaylı yarpaqları sərt, dik dayanan seqmentlərə bölünmüşdür. Yarpaqların uzunluğu 80 sm, eni 3 sm olur. Yarpaq saplağının kənarlarında, gövdənin yan tillərində, dişli, sərt tikanları vardır, üstdən tünd-yaşıl, alt tərəfdən bozumtul-göydür. Saplağının uzunluğu 70-75 sm-dir.
Populus excelsa
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Rhapis excelsa
Rhapis excelsa (lat. Rhapis excelsa) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin rhapis cinsinə aid bitki növü. Təbii halda Yaponiya da və Çində yayılmışdır. Hündürlüyü 12 m-ə çatan həmişəyaşıl bitkidir. Gövdəsi qəhvəyi-qonur liflərlə (yarpaq qınlarının qalıqları) örtülüdür. Çətiri yelpikvaridir. Çoxsaylı yarpaqları sərt, dik dayanan seqmentlərə bölünmüşdür. Yarpaqların uzunluğu 80 sm, eni 3 sm olur. Yarpaq saplağının kənarlarında, gövdənin yan tillərində, dişli, sərt tikanları vardır, üstdən tünd-yaşıl, alt tərəfdən bozumtul-göydür. Saplağının uzunluğu 70-75 sm-dir.
Salix excelsa
Salix excelsa (lat. Salix excelsa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pakistan, Kaşmir, Əfqanıstan, Mərkəzi Asiya, Çin, İran, İraq, Türkiyə, Livan, Suriyada yayılmışdır. Hündürlüyü 30 m-dək olan ağacdır. Cavan budaqları çılpaq və ya seyrək tükcüklü, qonur və ya sarımtıldır. Yarpaqları lansetvari və ya yumurtavari üçkünc, əvvəlcə ağımtıl-gümüşü, sonradan parlaq, uzunluğu 5–8,5 sm, eni 1,3–2 sm, bünövrəsinə tərəf daralmış, kənarları dişlidir. Tumurcuqları əvvəlcə tükcüklü, sonra çılpaq, yumurtavari-lansetvari və ya yumurtavari-üçküncdür. Erkək çiçəyin uzunluğu 3–4,5 sm, eni 4–5 mm-dir. Çiçək yanlığı yumurtavari, erkəkcikləri 2, bünövrəsində tükcüklü, uzunluğu 5–7(9) mm, tozluğu 0,8–0,9 mm, yumurtavari 0,5 sm-dir. Dişi çiçəyin uzunluğu 1,5–3 sm, eni 0,5 sm-dir.
Trachycarpus excelsus
Rhapis excelsa (lat. Rhapis excelsa) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin rhapis cinsinə aid bitki növü. Təbii halda Yaponiya da və Çində yayılmışdır. Hündürlüyü 12 m-ə çatan həmişəyaşıl bitkidir. Gövdəsi qəhvəyi-qonur liflərlə (yarpaq qınlarının qalıqları) örtülüdür. Çətiri yelpikvaridir. Çoxsaylı yarpaqları sərt, dik dayanan seqmentlərə bölünmüşdür. Yarpaqların uzunluğu 80 sm, eni 3 sm olur. Yarpaq saplağının kənarlarında, gövdənin yan tillərində, dişli, sərt tikanları vardır, üstdən tünd-yaşıl, alt tərəfdən bozumtul-göydür. Saplağının uzunluğu 70-75 sm-dir.
Salvia excisa
Salvia tubiflora (lat. Salvia tubiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Microsoft Excel
Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Cədvəl prosessorları böyük ölçülü cədvəllərlə işləməyə imkan verir. Belə proqramlarla işləyərkən ekrana cədvəl çıxır. Cədvəllərin sətirləri natural ədədlərlə, sütunları isə latın hərflərli ilə nömrələnmiş olur. Bu paketlərdən ən geniş yayılan və istifadə olunan Lotus 1–2-3 , Quatro-Pro, SuperCalc və Microsoft Office paketinə daxil edilmiş Microsoft Excel proqramıdır. İlk dəfə elektron cədvəl ideyası 1979-cu ildə Harvard (ABŞ) universitetinin tələbəsi Dan Briklin tərəfindən irəli sürülmüşdür. O və onun proqramlaşdırmanı bacaran dostu Bob Frankston mühasibatlıq kitabının köməyilə iqtisadiyyata dair darıxdırıcı hesablamalar apararkən birinci cədvəl proqramını hazırlamışlar. Bu proqramı onlar VisiCalc adlandırmışlar. VisiCalc tez bir zamanda çox əhəmiyyətli proqram kimi tanınmışdır.
Hybrid Access Networks
Hibrid Giriş Şəbəkələri, lent genişliyini yaxşılaşdırmaq üçün iki fərqli şəbəkə texnologiyasının birləşdirildiyi genişzolaqlı giriş şəbəkələri üçün xüsusi bir arxitekturaya malikdir. Bu cür Hibrid Giriş Şəbəkələri üçün ən geniş yayılmış motiv bir xDSL şəbəkəsini LTE kimi simsiz şəbəkə ilə əlaqələndirməkdir. Texnologiya ümumi və DOCSIS, WiMAX, 5G və ya peyk şəbəkələri kimi müxtəlif növ giriş şəbəkələrini birləşdirmək üçün tətbiq oluna bilər. Genişzolaqlı Forum bu cür şəbəkələrin yerləşdirilməsi üçün xüsusi bir quruluş təyin etmişdir. == İstifadə halları == Bu cür hibrid giriş şəbəkələri üçün əsas məqsədlərindən biri, küçə kabineti ilə ev arasında uzun məsafələri qət edə bilməyən G.Fast və ya VDSL2 kimi daha sürətli xDSL texnologiyalarının tətbiq olunmasının həmişə sərfəli olmadığı kənd yerlərində daha sürətli internet xidmətləri təmin etməkdir. Avropada, xüsusən də bəzi hökumətlər, şəbəkə operatorlarında 2020-ci ilədək bütün sakinləri minimum 30 Mbps sürətlə İnternet xidmətləri ilə təchiz etməyi tələb edirlər. İkinci istifadə məqsədi, həm xDSL şəbəkəsinin, həm də simsiz şəbəkənin eyni zamanda uğursuz olacağı ehtimalını nəzərə alaraq, giriş bağlantısının etibarlılığını təmin etməkdir. Üçüncü məqsəd isə sürətli xidmət dönüşü adlanır. Müştəri dərhal hibrid şəbəkə girişini qura bilər və şəbəkə operatoru simli hissəni quraşdırarkən simsiz ayağını istifadə edə bilər. == Texnologiya == Hibrid Giriş Şəbəkələri yaratmaq üçün Geniş Zolaqlı Forum tərəfindən bəzi üsullar müəyyən edilmişdir.
Microsoft Outlook Express
Microsoft Outlook – elektron poçt vasitəsilə məktub almaq və məktub göndərmək üçün istifadə edilən proqramdır.Microsoft Outlook pullu proqram təminatının bir qədər sadələşdirilmiş,pulsuz variantıdır. Windows XP əməliyyat sisteminin tərkibində quraşdırılmış olurdu.Windows Vista əməliyyat sistemində isə daha interaktiv olan Windows Live ilə əvəz olunmuşdur. Outlook Express proqramı poçt ilə işləyən bir çox güclü proqramların malik olduqları imkanlara malikdir. Məktubların əldə edilməsi. Şəxsin poçt ünvana gələn və poçt serverində yığılan məktublar Outlook Express proqramı vasitəsilə istifadəçinin kompüterinə gətirilir. Məktubların oxunması. Məktub Outlook proqramının xüsusi panelinin köməyilə və ya ayrıca pəncərədə oxunur. Məktubların göndərilməsi. Outlook yeni məktubun yaradılması, göndərilməsi və HTML kimi göndərilməsini təmin edir. Məktublarla əməliyyat.
Network Access Point
Network Access Point – İnternet xidməti provayderlərin, yaxud başqa şəbəkələrin İnternetə çıxışını təmin etmək üçün baş yola (BACKBONE) qoşulduğu yer. Daha aşağı səviyyəli şəbəkələr, adətən, POP nöqtələri vasitəsilə birləşdirilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Arpaçay elçəsi
Arpaçay ilçəsi — Qars ilinin ilçəsi.
Diqor elçəsi
Diqor — Qars ilinin ilçəsi.
Duzluca elçəsi
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi. == Ümumi məlumat == Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır. Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.
Susuz elçəsi
Susuz — Qars ilinin ilçəsi. Susuz şəhəri dəniz səviyyəsindən 1750 metr hündürlükdə yerləşir. 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Zərişad şöbəsinin Molokan kənd cəmiyyətinin Novo-Dubovka (rus. Ново-Дубовка) kəndində 369 nəfər əhali yaşayırdı, onların hamısını etnik ruslar (duxoborlar) təşkil edirdi.