AVTOMATLAŞDIRILMAQ
AVTOMATLAŞDIRMA
OBASTAN VİKİ
Avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış istehsal (computer-aided manufacturing ) – istehsal prosesinin avtomatlaşdırılmasında kompüterlərin tətbiqi. CAM vasitələrindən istər kiçik istehsalatda, istərsə də irimiqyaslı robotlaşdırılmış yığım xətlərində istifadə olunur. İstehsalatda CAM-sistemlərində çox zaman kompüterlər yox, xüsusi avadanlıqlar və proqramlar tətbiq olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == CAM / Computer-Aided Manufacturing computer aided manufacturing (CAM) Arxivləşdirilib 2017-05-29 at the Wayback Machine What is CAD/CAM?
Avtomatlaşdırılmış layihələndirmə
Avtomatlaşdırılmış layihələndirmə(Computer-Aided Design ) – sadə alətlərin modellərindən tutmuş, binaların, təyyarələrin, inteqral sxemlərin və molekulların modellerinədək hər cür mühəndis, memarlıq və elmi modellərin layihələndirilməsində proqramların (və işçi stansiyaların) tətbiq edilməsi. CAD proqramları riyazi hesablamalara əsaslanır və, adətən, əlavə hesablama gücləri və yüksək məhsuldarlı işçi stansiyalar tələb edir.
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış layihələndirmə və avtomatlaşdırılmış istehsal (CAD/CAM — computer-aided design / computer-aided manufacturing) – məhsulun layihələndirilməsi və istehsalı prosesində kompüterlərin tətbiq olunması. CAD/CAM sistemində məhsul (məsələn, maşın detalı) CAD proqramı vasitəsilə layihələndirilir, onun nəticələri isə bilavasitə texnoloji avadanlıqlarda və dəzgahlarda məhsulun hazırlanmasında, yığılmasında və istehsalın idarəedilməsində istifadə olunan göstərişlər ardıcıllığına (təlimata) çevrilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Avtomatlaşdırılmış İnformasiya Sistemi
Avtomatlaşdırılmış informasiya sistemi (AİS) − verilənlərin və informasiyanın yaradılması, ötürülməsi, emalı, yayılması, saxlanması və/və ya idarə edilməsi və hesablamaların aparılması üçün nəzərdə tutulmuş proqram və aparat vasitələrinin çoxluğu. == İstinadlar == == Əlavə ədəbiyyat == Avtomatlaşdırılmış informasiya sistemləri // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 115.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.
Azərbaycanda elmi-texniki informasiyanın avtomatlaşdırılmış sistemi (film, 1980)
Azərbaycanda elmi-texniki informasiyanın avtomatlaşdırılmış sistemi qısametrajlı sənədli filmi rejissor Miri Rzayev tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Sovet İttifaqının bütün informatika institutlarını birləşdirən Azərbaycanın informasiya şəbəkəsinin fəaliyyəti haqqında danışılır. == Məzmun == Kinolentdə Sovet İttifaqının bütün informatika institutlarını birləşdirən Azərbaycanın informasiya şəbəkəsinin fəaliyyəti haqqında danışılır.

Значение слова в других словарях

-ыва-(ть) возвраще́нец натре́снуть недоро́д хромоно́жка во́лчья пасть опа́ливать преуспева́ть приумно́жить солоди́ться клевер пуща hypocoristic lovelock nomo- poleman preverbal uncircumscribed unintelligent задобрить затоплять неглиже обгорать прямолинейность фартук