Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cozue Karduççi
Cozue Karduççi (it. Giosuè Alessandro Giuseppe Carducci; 27 iyul 1835[…] – 16 fevral 1907[…], Boloniya[…]) — italyan şair və tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906). == Həyatı == İtaliyanın ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, şair və tənqidçi Cozue Karduççi 1835-ci ildə İtaliyanın şimalında, Toskana əyalətinin Valdikastello şəhərində doğulmuşdur. Atası həkim idi və İtaliyanın birliyi uğrunda fəal mübarizlərdən biri kimi tanınırdı. Onun siyasi baxışlarına, habelə sərt xarakterinə görə Karduççi ailəsi tez-tez yaşayış yerini dəyişməli olurdu. Nəticədə övladların ən böyüyü olan Cozue ilk təhsilini ev şəraitində almışdı. 1849-cu ildə isə o, heç bir çətinlik çəkmədən Florensiyada, piaristlər dini ordeninin himayəsi altındakı məktəbə daxil olmuşdu. Məktəbdə Cozue İntibah dövrü və çağdaş italyan müəlliflərini, eləcə də Bayron və Şiller kimi sənətkarları dərindən mənimsəmişdi. Eyni zamanda özü də ilk lirik və satirik şerlərini yazmış, "İliada"nın onuncu nəğməsini qədim yunancadan italyan dilinə çevirmişdi. Atasının ziddiyyətli xarakteri Cozueyə də sirayət etmiş, hətta yaradıcılığında da əksini tapmışdı.
Kamo no Çoumei
Kamo no Çoumei (yaponca: 鴨 長明, 1155[…], Heyan-kyo[d] – 1216[…], Toyama və ya Heyan-kyo[d]) — ədib, musiqiçi, poetik, Akademiyanın üzvü. == Haqqında == XII əsrin sonu və XIV əsrin ortaları ilk syuequn dövlətçiliyinin epoxasıdır. Yeni rejimin paytaxtı kimi Kamakura şəhəri ilə bağlı olduğuna görə bu dövrü adətən Kamakura dövrü adlandırırlar. Bu dövrdə Çoumei adlı bir müəllif meydana çıxdı. O, doğma Şinto dininin qədim məbədi ətrafında qruplaşan adamların nümayəndəsi idi. Onu Kamo-no Çoumei adlandırırdılar. Bu adamın həyatı qaranlıq olaraq qalır. Kamo no Çoumei 1154–1216-cı illər arasında yaşamışdır və o zaman haqqında da bizim etibarlı mənbələrimiz yoxdur. O, tanınmış nəslə mənsub idi, atası Kamo məbədinin xidmətçilərindən idi. Nənəsi sarayda qulluq eləmişdi.