Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Badımcan çığırtması
== Ərzaqlar == Badımcan, Baş soğan, Kartof, Tomat pastası, Sarıkök, Duz, İstiot. == Hazırlanma qaydası == Badımcanı kubiklara kəsib, duzlayın və 0,5-1 saata saxlayın ki, badımcanın acılığı çıxsın. Badımcanı yuyun. Kartofu təmizləyib, kubiklara kəsin. Baş soğanı təmizləyib həlqəvi doğrayın və orta alovda qızardın. Soğan "ölən kimi" sarıkök, duz və istiotu əlavə edin (ölü soğan o deməkdir ki, yumşalsın və yarışəffaf olsun). Sonra kartofu əlavə edin, kütləni yaxşı qarışdırın, 5 dəqiqə qovurun, sonra badımcanları əlavə edin. Yaxşı qarışdırın, 3-4 qaşıq su əlavə edib qabaqla bağlayın. Bitki yağı lazım olsa əlavə edin. Badımcan sanki yağı "udur".