Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təpələr
Təpələr dağı – Culfa rayonu ərazisində dağ (hünd. 987,4 m). Təpələr — Dağlıq Qarabağ ərazisində dağ; Təpələr — Goranboy rayonunda dağ; Təpələr — Yevlax rayonunda dağ.
Çəkələk
Çəkələk ― yüngül ayaqqabıların bir növü. Çəkələkləri çox vaxt parçadan ya da dəridən düzəldirlər. Bəzi bölgələrdə xalq arasında şəpik adlandırılan bu ayaqqabılar qədim zamanlardan tanınır və isti ölkələrdə, başqa ayaqqabılara nisbətdə daha çox geyinilir. Bəzi çəkələklər isə (məsələn: hamam üçün) rezindən hazırlanır.Tərlik ayaqqabı şəklində ola bilər və ya arxası olmaya bilər (flip-flop). Onların dabanları adətən nazik olur və ayaq üçün çox qorunma təmin etmir. Otellərdə, hamamlarda və s.-də müştərilərə birdəfəlik terliklər verilə bilər.
Çətələr
Çətələr (türk. Çeteler) — Birinci Dünya müharibəsindən sonra Kiçik Asiyada fəaliyyət göstərən müsəlman silahlı nizamsız dəstələr. Onlar 1910-cu və 1920-ci illərdə xristian ortodoks ermənilərə, yunanlara və aysorlara qarşı hücumları ilə tanınırlar.Bu termin həmçinin, Təşkilat-i Məxsusanın üzvləri üçün sinonim kimi istifadə edilmişdir.
Təpələr dağı
Təpələr dağı – Culfa rayonu ərazisində dağ (hünd. 987,4 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli Pilələr qolunun şərq yamacında zirvə. Dizə kəndindən 1,2 km cənub-qərbdədir. Üst Paleosenin Tanet mərtəbəsinə aid Ordubad lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Dizə antiklinalının cənub-qərb qanadında yerləşir.
Uğultulu təpələr
Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır. == Məzmunu == Romanda iki əsas qəhrəman olan Cənab Hitkliff və Xanım Ketrinin qarmaşıq və dramatik həyat hekayələri ələ alınır. Hadisələr, başlanğıç anlarından etibarən bütün gedişata şahid olmuş Ellen Din adlı bir xidmətcinin dilindən Cənab Hitkliffin mülkünə kirayənişin olaraq gəlmiş "Lokvud" adlı bir gəncə nağıl edilir. Məlum olur ki, Cənab Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq tapılaraq evə gətirilir. Bu andan etibarən Hitkliff və Ketrinin dostluğu başlayır. Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da Hitkliff Ketrini təzədən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirərkən ölür. Hadisələrin cərəyanı nəticəsində Hitkliff bu qızı öz oğlu ilə evləndirsə də sevdiyi qadının əcəlinə səbəb olduğu üçün son günədək ona düşmən münasibəti bəsləyir. Ketrinin ölümü ilə qətiyyən barışa bilməyən Hitkliff onun ruhuna səslənərək belə deyir: O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır.
Təpələr yaşayış yeri
Təpələr yаşаyış yеri — Tumаslı kəndinin cənubundа su kаnаlının sаğ tərəfində yеrləşir. Yаşаyış yеrinin ərаzisi hаzırdа əkin sаhəsinə çеvrilmişdir. Аbidənin bəzi qismlərində kül yığınlаrı, bаd qırıqlаrı və kеrаmikа pаrçаlаrınа rаstlаnır. Kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirsiz qаblаrın pаrçаlаrındаn ibаrətdir. Fоrmа vеrməyən şirli kеrаmikа məmulаtınа dа rаstlаnır. Аrаşdırmаlаr zаmаnı müəyyən оlunmuşdur ki, Təpələr yаşаyış yеrinin böyük bir qismi indiki Tumаslı kəndinin аltındа qаlmışdır. Tumаclı kəndinin yаşаyış yеrinə yахın оlаn məhəlləsi хаlq аrаsındа Vаyхır аdlаndırılır. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XI-XVIII əsrlərə аid еtmək оlаr.
Vladislav Şepelev
Vladislav Aleksandroviç Şepelev (rus. Владислав Александрович Шепелев; 19 iyul 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Şepelev öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.