Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cimcimax
Cimcimax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alazan-Əyriçay çökəkliyindədir. Qax-Zaqatala zonasında cim-cimax/cimcimey sözü "bataqlıq" mənasında işlənir. Kəndin adı onun coğrafi mövqeyi ilə bağlıdır. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq,arıçılıq və maldarlıqdır.
Caiman
Kaymanlar (lat. Caiman) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə daxil olan cins. Bunlar kiçik alliqatorlardır — bütün növlər yalnız 1,5–2 metr uzunluğa çatır və orta hesabla 6 ilə 40 kq arasındadır. İspan dilindən tərcümədə "kayman" timsah mənasını verir. Bu heyvanlar qara kaymalar (Melanosuchus) və hamaralın kaymalar (Paleosuchus) ilə qarışdırılmamalıdır. == Görünüşü == Kaymanlar morfologiyasına görə alliqatorlara bənzəyir, ancaq qarın nahiyəsində osteodermalar kimi tanınan sümük lövhələrinin olması ilə fərqlənir. Enlisifət və eynəkli kaymalar burun körpüsündən gözlərin altından keçən sümüklü bir silsilənin olması ilə xarakterizə olunur. Enlisifət kayman cinsin ən böyük növüdür, maksimum uzunluğu 3,5 metrə qədər, kütləsi isə 200 kq-a çatır. Eynəkli və paraqvay kaymanları təxminən 2,5 m uzunluğa çatır və 60 kq-a qədər çəki verir. Orta hesabla bütün bu növlərin nümayəndələri nəzərəçarpacaq dərəcədə kiçikdir, uzunluğu 2 metrdən azdır.
Hacıman şəlaləsi
Hacıman şəlaləsi — Azərbaycan Respublikasının Ağsu rayonu, Hacman kəndi inzibati vahidliyində yerləşir. Şəlalə həmçinin Pirqulu Dövlət Təbiət Qoruğunun bir hissəsini təşkil edir.
Caiman crocodilus
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. == Görünüşü == Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.
Caiman latirostris
Enlisifət kayman (lat. Caiman latirostris) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Kaymanlar cinsinə daxil olan üç növdən biri. Uzunluğu ümumiyyətlə 2 m-dən çox deyil, maksimum olaraq 3,5 m-dir. Rəngi zeytun yaşıl, parlaqdır. Enlisifət kayman Atlantik sahillərində, Braziliyanın cənub-şərqində, Boliviya, Paraqvay, Uruqvay və Argentinanın şimalında yayılmışdır. Areaı Paraqvay kaymanları ilə üst-üstə düşür, lakin fərqli yaşayış yerlərini seçdikləri üçün bu iki növ bir-birinə rəqib deyil. Enlisifət qayman əsasən manqrov bataqlıqlarında, şirin və duzlu suyun qarışdığı bataqlıqlaşmış ovalıqlarda məskunlaşaraq, ciddi bir su həyatı sürür. Tez-tez insan yaşayış yerlərinin yaxınlığında, heyvandarlığın suvarıldığı göllərdə məskunlaşır. Dəniz səviyyəsindən 600 m yüksəklikdə yaşayaraq kifayət qədər aşağı temperaturlara davam gətirdiyini isbatlayır.
Caiman venezuelensis
Caiman venezuelensis — Pleystosen epoxası dövründə Cənubi Amerikada yaşamış kayman cinsinə daxil olan nəsli kəsilmiş növ. == Yayılması == Cənubi Amerikada, pliyosen və pleystosen dövründə fosillərinin çox olmasına baxmayaraq, bu dövrlərə aid timsahların qalıqları azdır, parçalanır və ümumiyyətlə zəif öyrənilir. C. venezuelensis bu dövrdə yaşamış növlər üçün təsdiqlənmiş az tapıntılardan biridir və Miosendən sonra bu qrupun tarixini aydınlaşdırmağa kömək edə bilər.
Caiman yacare
Paraqvay kaymanı (lat. Caiman yacare) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Əvvəllər gözlüklü kaymanların bir yarımnövü sayılırdı. Görünüş baxımından gözlüklü kaymanlara bənzəyir. Maksimum uzunluğu 2,5–3 m-ə çatır (ümumiyyətlə erkəklər dişilərdən daha böyükdür.). Təsdiqlənməmiş məlumatlara görə, bu növün bəzi fərdləri 4 metr uzunluğa çata bilir. Paraqvay kaymanı Şimali Argentina, Cənubi Braziliya, Boliviya və Paraqvayda yayılmışdır. Bu növünün arealı La Plata çayının axarı ilə cənuba qədər uzanır. Bataqlıqlarda və bataqlıqlaşmış ovalıqlarda yaşayır. Əsasən üzən adalara sığınır.
Nobuko Caşima
Nobuko Caşima (d. 26 dekabr 1959) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.