Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çalpapaq
Çalpapaq — Azərbaycanın milli rəqsi. Belə papağı daha çox qocalar qoyardılar. Rəqs də onlara həsr olunub. Onu qocalar, yaşlı kişilər və qadınlar oynayırlar. Rəqs ağır templi gedir. Hərəkətlər ritmikdir, bir qədər mübaliğəli tərzdədir.
Alapapaq
Alapapaq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonu ərazisində dağ. == Toponimi == İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonu ərazisində dağ.Göyçə gölü hövzəsində, Zəngi (Razdan) çayının yuxarı sahilində yerləşir. Alapapaq türk tayfa adı əsasında yaranmışdır. Etnooronimdir. Quruluşca sadə oronimdir. == Həmçinin bax == İrəvan quberniyası == Xarici keçid == xalqqazeti.
Çalpala (İğdır)
Çalpala — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İğdır şəhərindən 12 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Əvvəlki adı Kiti olmuşdur. 1992-ci ildə Çalpala olaraq dəyişdirilmişdir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. Qohumluq əlaqələri olduqca güclüdür. Əhali öz adət-ənənlərinə sıx bağlılığı ilə seçilirlər. == Coğrafiyası == İğdır mərkəzindən 29 km, İrəvandan 47 km uzaqlıqdadır. Kəndin şərqində Bayraktutan, cənubunda Küllük kəndi, şimalında isə Ermənistan yerləşir.
Çapacaq nekropolu
Çapacaq nekropolu — Sədərək rayonunun Sədərək qalasının şərqində, müasir suvarma kanalının ərazisində arxeoloji abidə. == Ümumi məlumat == Nekropoldakı kurqanların biri N.Müseyibli tərəfindən tədqiq edilmişdir. Kurqanaltı qəbir kamerası daş qutu tipli olub orta həcmli daşlardan hörülərək qurulmuşdur. Qəbirin uzunluğu 1.85 metr, eni 1.5 metr, dərinliyi 0.6 metrdir. Qəbir kamerasında insan skeletinin qalıqlarına rast gəlinməmişdir. Tədqiqat zamanı qonur rəngdə bişirilmiş gil qabların parçaları, obsidian qəlpəsi və daşdan hazırlanmış bir ədəd yağdan aşkar olunmuşdur. Çapacaq kurqanı aşkar olunmuş arxeoloji materiallara əsasən əsasən eradan əvvəl 14-13-cü əsrlərə aid edilişdir.
Çaparaq inflyasiya
Yüksək sürətlə inkişaf edən inflyasiya.Qiymətlərin il ərzində 200%-dək artması. Qeyri-bərabər, 10% dən 30% dək dərəcədə sıçrayışlı illik qiymət artımıdır. Hətta başlanğıc mərhələsində (əgər qiymətlərin artımı ildə 5–7% dən 15–17% -dək təşkil edirsə) belə inflyasiya artıq əhəmiyyətli problemlər yaradır, daha yüksək həcmdə olduqda isə təhlükəli olaraq təcili əks inflyasiya tədbirlərinin görülməsini tələb edir. Təsərrüfat proseslərini proqnozlaşdırmaq mürəkkəbləşir, hesablamalarda müxtəlif dollar ya avro olduğu bilinməyən ş. v. (şərti vahid) və sair istifadə olunur. Belə inflyasiya çox vaxt inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.
Qışlaq-i Alapapaq (Pərsabad)
Qışlaq-i Alapapaq (fars. قشلاق الاپاپاخ‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 111 nəfər yaşayır (21 ailə).
Calappa nucifera
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.