Xəşili çalırıq, nehrəni isə çalxayırıq. Hər iki sözün kökü (çal) eynidir və hərəkətlə, zərbə ilə bağlıdır. Mənbələrdə çalxa sözünün bir mənası da ruscaya “колебаться”kimi tərcümə edilib. Maraqlıdır, nehrəni çalxayanda qatıq gah bu, gah da o divara çırpılır (gedir və qayıdır, “колебаться” eləyir), çalınır (dəyir). -xa şəkilçisi proses (işin davam etməsi) bildirir. Sözün çalxalamaq forması da var, səpələmək qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)