Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çardaqlı
Çardaqlı (Vedi) — 1590 Vedi nahiyəsində kənd. Çardaxlı — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Çardaqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Çardaqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çardaqlı (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Çardaqlı (Qubadlı)
Çardaqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Çardaqlı kəndi rayon ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gələn ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Xalq etimologiyasına görə, Çardaqlı toponimi keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə əlaqədardır.2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Çardaqlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi həmin r-nun ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gəlmiş ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, toponim keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Çardaqlı kəndi rayon mərkəzindən 10 km. qərbdə, dağətəyi ərazidə yerləşir. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Çardaqlı (Tuzxurmatu)
Çardaqlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kənddə danışılan yerli ləhcədə kəndin adına bəzən Çardaxlı və ya Çardağlı da deyilir. == Coğrafiya == Çardaqlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sol sahilinə yaxın (təxminən 1.1 km uzaqlıqda) düzənlikdə, dəniz səviyyəsindən 172 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Çardaqlı kəndi arasındakı məsafə 10 km-dir. == Əhali == OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Çardaqlı kəndində təxminən 1.4 min nəfər əhali yaşayırdı. Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyudan törəmişdir.
Çardaqlı (Tərtər)
Çardaqlı (əvvəlki adı: Mağavuz) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mağavuz kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Mağavuz kəndi Çardaqlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIX əsrdə keçmiş Zəngəzur qəzasındakı eyniadlı kənddən gəlmiş ermənilər yaşayış məntəqəsini Maqavuz kimi rəsmiləşdirmışdilər. 1992-ci ildə kəndin keçmış adı bərpa olunmuşdur. Biləsuvar rayonunun Aşağı Çəmənli kəndindən Şimal qərbdə, Araz çayının keçmış yatağının sol sahilində yeddi təpədən ibarət Çardaqlı adlanan qədim yaşayış yeri də mövcuddur. Cardaqlı "üstü ortulu, bağlı" deməkdir. == Tarixi == Çardaqlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çardaqlı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Çardaxlı
Çardaqlı (Vedi) — 1590 Vedi nahiyəsində kənd. Çardaxlı — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Çardaqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Çardaqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çardaqlı (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Çartağlı (Marağa)
Çartağlı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsində, Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 27 km simal-qərbdədir.
Vardanlı
Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı-tədqiqat işləri aparılır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km.
Yarpaqlı
Yarpaqlı — Culfa rayonunda, Teyvaz kəndi yaxınlığında yerləşən yüksəklikdir. Əhali tərəfindən yaylaq kimi istifadə olunur. Həmçinin Yarpaqlı yaxınlığından keçən kəsə yol Teyvaz kəndini Qazançı kəndi ilə birləşdirir. [mənbə göstərin] == Mənbə == Yarpaqlı GEOnet Names Server-də.
Çardaqlar
Aşağı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Çaxmaqlı
Çaxmaqlı mağarası — Paleolit dövrünə aid ilkin yaşayış yeri. Çaxmaqlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Daraqlı
Daraqlı (qaq. Taraklı) Moldovada şəhərdir. Daraqlı rayonun mərkəzi.
Çıraqlı
KəndlərÇıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Çardaq
Çardaq — tavan ilə dam arasında yerləşən boşluq. Çardaqlar əsasən həyət evlərində olur. Evin çardaq hissəsinin otaq kimi istifadə edilməsidə mümkündür. Çardaqlar adətən evdə olan əlavə əşyaların saxlanıldığı və toz ilə əhatə olunmuş bir məkan konseptini xatırladır. Kənd yerlərində çardaqlarda ərzaq və süd məhsullarının sərin formada saxlanılmasında istifadə edilir.
Aşağı Çardaqlar
Aşağı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Zaqatala rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd şimaldan Balakən rayonu (İtitala kəndi) Qərbdən Gürcüstan Respublikası (Alazan çayı vasitəsilə ayrılır) ilə, Şərqdən və Cənubdan Danaçı (Dinçi) kəndi ilə həmsərhəddir. Kəndin tarixi haqqında bir çox mülahizələr vardır, kənddə yerləşən Dərbəs Tap (Təpəlik) adlanan ərazidə mövcud olan Qədim Alban kilsəsinin izləri kəndin qədim tarixə aid olduğunu göstərir, ancaq kəndin hal-hazırda bilinən məskunlaşma tarixi XVIII əsrin sonlarından başlayır. Beləki kəndin əsası XVIII əsrin sonlarında Yuxarı Çardaxlar kəndindən buraya köç edərək məskunlaşmış Avarlar tərəfindən salınmışdır. İnsanӀar ilk əvvəl kəndin Alazan çayına yaxın olan hissəsində məskunlaşmış sonralar isə sel basqınlarının çoxalması nəticəsində kənd əhalisinin hal-hazırda məskunlaşdığı əraziyə köç etmişdilər. == Mədəniyyəti == Kənddə 1 onbirillik tam orta məktəb, XӀX əsrə aid Cümə Məscidi, Kənd Kitabxanası və Kənd Mədəniyyət evi, Kənd Mərkəzi Stadionu, Kənd ATEİS-i, Poçtu və Tibb Məntəqəsi fəaliyyət göstərir. Kənddə XVII əsrdən qalma məscid binası və klub mövcuddur. == Coğrafiyası və iqlimi == Ərazisi əsasən düzənlikdir. == Əhalisi == Hal-hazırda kənddə 240-dan çox ev və 1300 nəfərə-ə yaxın əhali yaşayır.
Elşən Çarhanlı
Elşən Şirəliyev (tam adı: Elşən Şıxəli oğlu Şirəliyev; 2 oktyabr 1962, Bakı – 20 dekabr 2021, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əsas rolları: Əkizlər — ("Dörd əkiz", P. Panşev) Manqurt — ("Əsrə bərabər gün", Ç. Aytmatov) Dursun — ("Oqtay Eloğlu", C. Cabbarlı) Göyçək kababçı — ("Dəyirman", M. Süleymanlı) Saşka — ("Saşka", V. Kondratyev)1989-cu ildə Saşka roluna görə Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və pul mükafatına layiq görülüb. Gənc Tamaşaçılar Teatrında əsas rolları: Neron — ("Neron oynayır", M. Xubai) Potso — ("Aydın", C. Cabbarlı) Məcnun — ("Leyli və Məcnun", M. Füzuli) Dimetçi — ("Yay gecəsində yuxu", Vilyam Şekspir) Qildestern — ("Hamlet", Vilyam Şekspir) Kleon — ("Herostatı unudun", Q. Qorin) Naçalnik — ("Qurbanəli bəy", C. Məmmədquluzadə) Məşədi Oruc — ("Ölülər", C. Məmmədquluzadə) Dəli Tiriq — ("Mamoy kişinin yuxuları", V. Səmədoğlu) Passifist – ("Generalın son əmri", V. Səmədoğlu) Fərrux şah – ("Qadın ilan", K. Qotsi) Məmmədəli – ("Dələduz", N. B. Vəzirov) Məlikməmməd – ("Məlikməmməd", Xalq nağılı) Novruz bəy – ("Aydın", C. Cabbarlı) Səyyad – ("Onun iki qabırğası", Ə. Əmirli) Səfir – ("İyirmi ildən sonra", Ə. Əmirli) Əvəz – ("Kişi və qadın", Ə. Əmirli) Dilənçi – ("Varlı qadın", Ə. Əmirli) Rüstəm – ("Atamın kitabı", B. Vahabzadə) Vəzir – ("Yaxşı padşahın nağılı", Anar) Kişi – ("İmperator", E. Hüseynbəyli) Əzrayıl – ("Dünyanın axırı", R. Əlizadə) Effer bəy – ("Bir az gəlirmisiz", Ə. Nesin) Şair İsmayıl – ("Hamı səni sevənlər buradadır", K. Abdulla) Zabit – ("Kim dedi ki, Simurq quşu var imiş", K. Abdulla) Bəstəçi – ("Sevirəm səni Türkiyə", K. Abdulla) Əbülüla – ("Şeyx Sənan", H. Cavid) Kral – ("Yatmış gözəl" B. Marvin) Mister Bambl – ("Oliver Tvistin macəraları" — Ç. Dikkens) Molla Feliks – ("Əcəl atı" V. Əlixanlı) Nəcəf – ("Mən səni sevirəm –M. S. S" Ə. Əmirli) Tip – ("Məhv olmuş gündəliklər" İ. Əfəndiyev) Əmirqulu — ("Buzovna kəndinin əhvalatları" Elçin) Hatəmxan ağa – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə) Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə) Əmir Teymur – ("Əlincə qalası" Dilsuz) Hüseynqulu bəy – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq) Karabas Barabas – ("Buratinonun macəraları" A. Tolstoy) Canavar — ("Qoğalın nağılı" Xalq nağılı) == Mükafatları == 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Ağ dünya (film, 1995) Son döyüş (film, 1996) Fatehlərin divanı (film, 1997) Bir anın həqiqəti (film, 2003) Biz qayıdacağıq (film, 2007) Cavid ömrü (film, 2007) Ölüm növbəsi (film, 2009) Səhərə inan...
Melisa Çaxmaqlı
Melisa Çaxmaqlı (türk. Melisa Çakmaklı; d. 15 dekabr 1997; Bursa, Türkiyə) — Türkiyəli cüdoçu. == Karyerası == İdmana məktəbdə oxuyarkən başlayıb. Bu illərdə məşqçi Müzəffər Uluçam ilə başladı. Osmanqazi Bələdiyədə məşqləri davam etdirdi. Bir çox uğurlar qazanmışdır.26-27 aprel 2014 tarixlərində Rumıniyanın Pitesti şəhərində təşkil edilən Ümidlər Avropa Kubokunda 44 kq müsabiqəsində Moldovanlı Ana Roterini məğlub edərək qızıl medal qazanmışdır.17 avqust 2014-cü ildə Nankində təşkil edilən Yay Olimpiya Oyunlarında 44 kq çəki dərəcəsində Azəri rəqibi Leyla Əliyevanı məğlub edərək qızıl medal qazanmışdır.
Qafar Çaxmaqlı
Qafar Çaxmaqlı (tam adı: Mehdiyev Qafar Qələndər oğlu, 16 avqust 1956, Çaxmaq, Amasiya rayonu) — Azərbaycanlı jurnalist. Siyasi elmlər üzrə fəlsəfə doktoru; Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Qafar Mehdiyev (Çaxmaqlı) 16 avqust 1956-cı ildə Ermənistan SSR-in Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. Orta təhsilini bu rayonda alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olub və 1980-ci ildə buranı bitirib. Həmin ilin noyabr ayının 20-dən etibarən Qafar Mehdiyev "Kommunist" (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Burada 1989-cu ilə qədər baş müxbir və bölgə müxbiri kimi fəaliyyət göstərib. "Vətən səsi" (1990–1991) və "Xalq qəzeti"ndə (1991–1992) məsul katib, "Millət" (1992–1993), "Yeni Azərbaycan" (1993), "Vətəndaş" (1993–1995), "Avrasiya" (1995–1996) və "Respublika" (1996–1999) qəzetlərinin redaktoru və baş redaktoru olub. 1999–2000-ci illərdə Türkiyədə, Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-ci ildən 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2003-cü ildən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində dərs deyir.
Ərdağı (Ardağlı dağı)
Ərdağı (Ardağlı) — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin suayrıcındakı Keçəltəpə yüksəkliyindən (2744,0 m) cənub-qərbə ayrılan Salahyurdu qolunun suayrıcında, Xan bulağından 1,5 km şimal-qərbdə dağ (hünd. 2230,4 m). Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərqində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq yamacından şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması keçir.
Qarmaqlı bıçaq
Qarmaqlı bıçaq — xalça istehsalında türkbaf (Simmetrik) toxunuşlu ilmələri toxumaq üçün istifadə edilən ucu əyri qarmaqlı bıçaqlara deyilir. Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur. İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Yarpaqlı (Xoy)
Yarpaqlı (fars. يارپاقلو‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (89 ailə).
Yarpaqlı (Çankırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı mamırlar
Yarpaqlı mamırlar (lat. Bryopsida) — mamırkimilər şöbəsinə aid bitki sinfi. Yarpaqlı mamırlar sinfi mamırların 95 %-ni əhatə edən böyük sinfidir. Bu sinfə demək olar ki, dünyanın hər yerində bitən 11500-ə yaxın növ daxildir. == Təsnifatı == Əvvəllər Bryopsida qrupuna bütün mamırlar aid edilirdi. Hazırda bu, bir qədər məhdudlaşdırılıb.
Yarpaqlı mərcanotu
Yarpaqlı sarıbaş
Yarpaqlı sarıbaş (lat. Kalidium foliatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Qafqazda, Qərbi Monqolustanda, Altayda, Avropada, Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Nazik, birillik zoğları olan, alçaq, möhkəm çinli kolcuqdur. Yarpaqları xırda, xətvari, oraqvari əyilmiş, göyümtül, çılpaq, sulu, alt tərəfi qabarıq, ucu əyilmiş, oturaqdır. Sünbülləri uzunsov-silindrikdir. Meyvələrində çiçəkyanlığı qalxanvari, 4-5 bucaqlı, sarımtıl və ya qırmızı, kənarları yuxarıya burulmuş və mərkəzində kiçik qabarcıqlı qalxan əmələ gətirir. Toxumları şaquli, yumru, diametri təxminən 1 mm-dir. == Ekologiyası == Şoran torpaqlarda bitir. İstiyə, quraqlığa davamlıdır.
Qaradağlı
Qaradağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Aydın Qaradağlı — Azərbaycan diktoru, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Vüqar Qaradağlı — müəllim, alim, jurnalist, Əməkdar jurnalist, BDU-nun dosenti. Həsənəli xan Qaradağlı — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. Kazım xan Qaradağlı — Qaradağ xanı (1730-1763). Aygül Qaradağlı — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xanım Qaradağlı — diktor Aydın Qaradağlının qızı.Kəndlər Qaradağlı (Dərbənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Qaradağlı (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Qaradağlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Qaradağlı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Qaradağlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Qaradağlı (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd.
Qaradağlı (Qaradağlı, Ağdam)
Qaradağlı (digər tarixi adı Kolbasan; kəndin yerləşdiyi yerin tarixi adı Soltanqobu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Qaradağlı Ağdam rayonunun Xaçın nahiyəsində kənd adı. Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz və Şəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir. XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır. Bu kənd "Soltan qobu" adlı yerdə qaradağlı tayfasına mənsub yeddi ailənin məskunlaşması nəticəsində yaranmışdır. Bu kəndin digər tarixi adı da Kolbasan olub.XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı. == Tarixi == Qaradağlı kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir.
Aydın Qaradağlı
Qaradağlı Aydın Çingiz oğlu (20 avqust 1929, Quba – 28 yanvar 1980, Bakı) — Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı. 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. Azərbaycan SSRin əməkdar atisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. == Həyatı == Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunmuşdur. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Qaradağlı (Ağdam)
Qaradağlı (Qaradağlı, Ağdam)
Qaradağlı (Ağdaş)
Qaradağlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndinin ərazisindən 95,05 ha (bundan dövlət mülkiyyətində olan 21,97 ha və xüsusi mülkiyyətdə olan 73,08 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qaradağlı (Beyləqan)
Qaradağlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.