Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Turdus cardis
Yapon qaratoyuğu (lat. Turdus cardis) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Çardaş
Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi. == Tarixçə == 1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir. == Özəllikləri == Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.
Çardaş (dəqiqləşdirmə)
Çardaş - macar rəqsi. Çardaş (film, 1973) - film.
Çarxı
Çarxı — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Haqqında == Kənddə 2 məktəb, 1 xəstəxana, 4 mağaza, 2 məscid, 1 poçt şöbəsi, bələdiyyə və kənd icra nümayəndəliyi fəaliyyət göstərir. Çarxı kənd bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. Tərkibi Çarxı və Xanlıqoba kəndlərindən ibarətdir. Çarxı kəndinin əhalisi 7000 nəfərdir və bu baxımdan Xaçmazın ən böyük və əhalisi çox olan kəndi sayılaraq, əhalisi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Amblyseius carnis
Amblyseius carnis (lat. Amblyseius carnis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius carnis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ayxan Çarxın
Ayxan Çarxın (1962, Ərzurum) — Türkiyəli xüsusi təyinatlı polis. Susurluq Qəzasında adı tətikçi köhnə xüsusi təyinatlı polis olaraq keçmişdir. Özü Uğur Dündarın Arena adlı xəbər proqramında etdiyi şərhlərlə adından son zamanlarda danışdırmışdır. Ayxan Çarxın 1000 adamın edamını reallaşdırdığını iddia edərək hər kəsi çaşdırmaqla qalmayıb Uğur Dündara "sizin də edamınızı bir siyasətçi istəmiş, lakin Abdullah Çatlı bu hadisəyə maneə olmuşdur" şərhi ilə diqqət çəkmişdir.
Cardia officinalis
Dərman bulaqotu (lat. Veronica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. == Sinonimlər == Cardia officinalis (L.) Dulac Veronica officinalis var. officinalis Veronica officinalis f.
Carvis adası
Carvis adası – ABŞ-nin Sakit okeanda yerləşən qeyri-məskun adası. Ümumi sahəsi 4,5 km²-dır.
Hardis Baumanis
Hardis Baumanis (lit. Hardijs Baumanis; 10 dekabr 1967, Riqa – 6 aprel 2015, Bakı) — latviyalı diplomat; Latviyanın Azərbaycandakı səfiri (2010-2015). == Həyatı == 10 dekabr 1967-ci ildə anadan olmuşdur. == Diplomatik fəaliyyəti == 2004-2006-cı illərdə Latviyanın Sankt-Peterburqdakı baş konsulu, 2006-2010-cu illərdə Latviyanın Litvadakı səfiri vəzifələrində çalışmışdır. 2010-cu ildən Latviyanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edirdi.2015-ci il aprelin 6-da Bakıda vəfat etmişdir.
Ardis Publishing
"Ardis Publishing" — rus ədəbiyyatının orijinal dildə və ingiliscə tərcüməsinin nəşri üzrə ixtisaslaşmış ABŞ özəl nəşriyyatı. "Posev", "YMCA Press" və "Çexov adına nəşriyyat" nəşriyyatları ilə yanaşı, "Ardis" Soyuq müharibə illərində rus dilində bədii ədəbiyyat nəşr edən ən böyük SSRİ-dən kənar nəşriyyat idi. Bu dövrdə nəşriyyatın emblemi Puşkinin "Tərcüməçilər maarifçiliyin poçt atlarıdır" ifadəsini əks etdirən Vladimir Favorskinin qravürasından bir at arabası idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Лосев Л. В. Иосиф Бродский. Опыт литературной биографии. ЖЗЛ. М.: Молодая гвардия. 2008. 186–188. ISBN 5-235-02951-8.
Folkirk çarxı
Folkirk çarxı (ing. Falkirk Wheel) — Şotlandiyada Forth and Clyde Canal ilə the Union Canalı əlaqələndirən fırlanan gəmi qaldıran qurğudur. Gəmi qaldırıcı Millennium Link layihəsinin bir hissəsi kimi 1930-cu ildən bəri ilk dəfə olaraq iki kanalı yenidən birləşdirib və açılışı 2002-ci ildə olub. Gəmi qaldırıcının adı yaxınlıqdakı Folkirk şəhərinin şərəfinə adlandırılıb. Edinburqla Qlazqonu yenidən birləşdirən və əsas Şotland kanallarını bərpa etmək üçün hazırlanmış plana Şotland Müəssisələri Şəbəkəsi (ing. Scottish Enterprise Network), Avropa Regional İnkişaf Fondu (ing. European Regional Development Fund) və Millennium Commission, yeddi yerli hakimiyyət orqanlarının maliyyə dəstəyi və yardımı ilə British Waterways tərəfindən rəhbərlik edilib. Çarx gəmiləri 24 m-dək hündürlüyə qaldırır, ancaq Union Canal akvedukdan 11 metr daha yüksəkdir. Gəmilər Union Canal və çarxın yuxarısına çatmaq üçün iki şlüzün içərisindən keçməlidirlər. Folkirk çarxı dünyada bu tipli yeganə fırlanan qayıq qaldırıcıdır.
Çarxı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çarış çayı
Çarış (Çaras) — Rusiya ərazisindən axan çay. Çay Obun sol qolunu təşkil edir. Altay Respublikası və Altay diyarının ərazisindən axır. == Coğrafiyası == Çayın uzunluğu 547 km, su hövzəsinin sahəsi isə 22 200 km² təşkil edir. Çay öz başlanğıcını Korqon silsiləsindən götürür. Yuxarı axarlarda ensiz və day yatağa sahibdir. Nisbətən düzənliklərdə isə yatağı genişlənir. Çayın yatağı boyunca aşağı doğru çoxlu astanalar müşahidə edilir. Mənsəbində Ust-Çarış Pristan kəndi yerlışir. Çarış çayının sol sahilində, şimal hissədə, Tiqires Silsiləsində Çarıq mağarası qərarlaşır.
İdarəetmə çarxı
İdarəetmə çarxı və ya lever, təyyarəni idarə etmək üçün nəzərdə tutulan xüsusi qurğu. Lever; qanadcıq və rul kimi nəzarət səthlərini hərəkət etdirmək üçün istifadə olunur. Qanadcıq ilk növbədə təyyarənin yuvarlanma oxunda yatış həyata keçirməsini; hündürlük sükanı isə tanqaj hərəkətlərini təmin edir.
İnduktivlik çarxı
İnduktivlik çarxı - radiotexnika qurğusudur. Silindrik və ya halqa formasında olan dielektrikin ətrafında burulmuş (dolama, spiral və ya dolama-spiral), xüsusi lak ilə izolyasiya edilmiş elektrik naqillərdən ibarətdir. İnduktivlik çarxı xeyli induktivliyə malik olaraq nisbətən kiçik elektrik tutumu və kiçik aktiv müqaviməti ilə fərqlənir. Nəticədə, induktivlik çarxından axan dəyişən elektrik cərəyanda ləngimə müşahidə olunur, elektrik impulsun formasında müəyyən səbəblərə görə yaranmıs əngəllər yox olur. Radiotexnikada, elekron cihazlarında, kompüterlərdə geniş istifadə olunur.
Şeytan çarxı (Bakı)
Şeytan çarxı — Bakı bulvarında attraksion. == Haqqında == "Şeytan çarxı" attraksionunu Hollandiya şirkəti Dutch Wheel quraşdırıb. 28 adi və daha rahat oturacaqlarla və stolla təmin edilmiş 4 VİP kabinədən ibarətdir. VİP kabinələrdə 8 deyil, 4 sərnişin otura bilər. Attraksiona eyni vaxtda 240 sərnişin yerləşə bilir. Yeni “şeytan çarxı”nın diametri 60 metrdir, o, köhnə attraksiondan 3 dəfə böyükdür. == Açılışı == 2014-cü ildə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.