Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çatalca
Çatalca (türk. Çatalca) — İstanbul ilinin ilçəsi. 26 iyun 1926 tarixində yaradılan Çatalca rayonunun əhali sayı 68,935 nəfərdir (2016-cı ilin statistikasına görə). Rayon cənubda Böyükçəkməcə, qərbdə Silivri və Təkirdağ, şərqdə Avcılar, Kiçikçəkməcə və Qaziosmanpaşa məhəllələri ilə əhatə olunmuşdur. 1291 km² sahəsi olan Çatalca rayonu 40 məhəllədən ibarətdir. == Coğrafiya == İlçənin ərazisi 1.291 km²-dır. Bu ərazin böyük əksəriyyəti meşələrlə örtülüdür. Sahil uzunluğu 135 km təşkil edir. İl mərkəzinə məsafə isə 55 km-dir. Cənubda Böyükçəkməcə, qərbdə Silivri və Qaziosmanpaşa ilçələri ilə qonşudur.
Çatandaş dağı
Çatandaş — Cəbrayıl rayonunda dağ. == Toponimikası == Çaxmaq və Kiçik Həkəri (Əkərə) çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1536 m. Oronim çalan/çatal (qoşa, haça) və daş (qaya, dağ) komponentlərindən düzəlib, "haça qaya" deməkdir.
Əmir Çalbaş
Əmir Çalbaş (Krım tatarcası: Emir Üsein Çalbaş, rusca: Эмир Усеин Чалбаш; 5 yanvar 1918 – 6 avqust 2005, Aluşta) — Krım tatarı olan döyüş təyyarəçisi, squadron komandanı, sınaq pilotu və Əhmədxan Sultanın dostu. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanlığına namizəd göstərilsə də, bu adı ala bilməmişdir. == Həyatının erkən dövrü == Krım tatarı olan kasıb ailədə 1918-ci ilin əvvəllərində anadan olmuşdur. Ailənin maddi vəziyyətinə görə erkən yaşlarından kənd təsərrüfatı sahəsində işləməyə başlamışdır. O, həyatının bu dövründə 6 kilometr uzaqlıqda olan Aluşta şəhərinə süd qutuları daşımaqla məşğul olmuşdur. O, 2 il davam etməli olan ibtidai məktəbini uğurla daha tez müddətə bitirmişdir. 4 il yerli məktəbdə təhsil aldıqdan sonra 7 il internat məktəbində təhsil almışdır. 1933-cü il aclığı zamanı o, qısa müddətlik məktəbdən ayılıb aşpaz kimi çalışsa da, müəlliminin danlağından sonra məktəbə geri dönmüşdür. Daha sonra o, Simferopoldakı nəqliyyat məktəbinə yollandı və daha sonra donanma gəmilərində elektrik kimi çalışdı. Orada o, məşhur test pilotu Vladimir Kokkinaki ilə tanış olmuşdur.
Catalpa
Katalpa (lat. Catalpa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yumurtavari katalpa (Catalpa ovata) === Digər növləri === Catalpa bignonioides Walter – Catalpa brevipes Urb. – Catalpa bungei C.A.Mey. – Catalpa cassinoides Spreng. – Catalpa communis Dum.Cours. – Catalpa cordifolia Moench – Catalpa denticulata Urb. – Catalpa domingensis Urb. – Catalpa duclouxii Dode – Catalpa ekmaniana Urb. – Catalpa fargesii Bur.
Catalpa kaempferi
Yumurtavari katalpa (lat. Catalpa ovata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi Çində yayılmışdır. == Botaniki təsviri == Təbii şəraitdə hündürlüyü 10 m-ə çatan ağacdır. 10 yaşında hündürlüyü 3,5 m-ə və çətirinin diametri təxminən 2 m-ə çatır. Çiçəklərinin uzunluğu 2,5 sm, iri, zəngvaridir, sarı xallı zolaqlı, üstü ağ, altdan al-qırmızı rəngdə olub, salxımlara yığılmışdır.İyun ayının ortalarında çiçəkləyir. Meyvələri sentyabrda əmələ gəlir, 5 sm uzunluğunda, qutucuqdur, əvvəlki növlərə nisbətən çox qısadır və tam yetişmir. Katalpalar toxumlarla və yay qələmləri ilə çoxalır. == Ekologiyası == Katalpanın iri və zərif yarpaqları küləkdən zədələndiyi üçün onları küləkdən qorunan günəşli yerdə əkmək məsləhət görülür. Torpaq qarışığı çürüntüdən, torfdan və qumdan (3:2:1:2) hazırlanır.
Catalpa ovata
Yumurtavari katalpa (lat. Catalpa ovata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi Çində yayılmışdır. == Botaniki təsviri == Təbii şəraitdə hündürlüyü 10 m-ə çatan ağacdır. 10 yaşında hündürlüyü 3,5 m-ə və çətirinin diametri təxminən 2 m-ə çatır. Çiçəklərinin uzunluğu 2,5 sm, iri, zəngvaridir, sarı xallı zolaqlı, üstü ağ, altdan al-qırmızı rəngdə olub, salxımlara yığılmışdır.İyun ayının ortalarında çiçəkləyir. Meyvələri sentyabrda əmələ gəlir, 5 sm uzunluğunda, qutucuqdur, əvvəlki növlərə nisbətən çox qısadır və tam yetişmir. Katalpalar toxumlarla və yay qələmləri ilə çoxalır. == Ekologiyası == Katalpanın iri və zərif yarpaqları küləkdən zədələndiyi üçün onları küləkdən qorunan günəşli yerdə əkmək məsləhət görülür. Torpaq qarışığı çürüntüdən, torfdan və qumdan (3:2:1:2) hazırlanır.
Catalpa bignonioides
Yasəmənyarpaq katalpa (lat. Catalpa bignonioides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Çətirli, enli, hündürlüyü 20 m olan, yumru ağacdır.Yarpaqları adi yasəmən yarpağına bənzəyir, lakin ondan böyükdür, üst tərəfi açıq-yaşıl, altı tüklü olub, iridir.Enli yumurtavari və ya ürəkşəkilli yarpaqları 10-20 sm uzunluğunda. 10-15 sm enindədir. Çiçəkləri ağ rəngli, 3sm enində, az ətirli, qırmızı-qəhvəyi, qonur xallarla örütülü olub, çoxçiçəkli süpürgə çiçək qrupunda yerləşir. İyun-iyul aylarında çiçəkləyir. İkicinslidir, kasacığı ikiyə bölünmüşdür, dişiciyi 1, erkəkcikləri 5 ədəd olub, yalnız ikisində tozcuq əmələ gəlir.Meyvələrin uzunluğu 15-20 sm, qalınlığı 6-8 mm olan uzun qutucuqlardır, toxumları qanadlıdır. == Ekologiyası == Qışadavamlı, isti, rütubət və işıqsevəndir. Torpağa tələbkar deyil.
Catalpa bungei
Bunge katalpası (lat. Catalpa bungei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Çində yayılmışdır. == Botaniki təsviri == Yığcam yumru formalı, hündürlüyü 8–12 m olan, yarpağını tökən, dekorativ görünüşlü koldur. Yarpaq ayalarının uzunluğu 6–15 sm və eni 8 sm, i8ri, üçkünc-oval və ya uzunsov-oval, ürəkşəkilli, tünd-yaşıl, bünövrəsində enli, pazşəkilli, ucu uzun, biz, tükcüklüdür. Ətirli çiçəkləri iri, zəngvari, ağ və ya çəhrayı-bənövşəyi, düz dayanan süpürgələrə yığılmışdır. Çiçək qrupları qalxanvari-salxımşəkilli, ucda 2–12 çiçəklidir. Kasacığı 2 dodaqlı, ucunda 2 dişlidir. Çiçək tacı açıq-qırmızı, uzunluğu 3–3,5 sm, 2 sarı zolaqlı və boğazında tünd-qırmızıdır. May-iyun aylarında çiçəkləyir.
Catalpa fargesii
Farqeza katalpası (lat. Catalpa fargesii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çinin subtropik və isti iqlimli ərazilərindəki meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan, ulduzvari-tüklü cavan zoğlu, yarpağını tökən ağacdır.Yarpaqları ucu biz və ya yumru, ürəkşəkilli, qarşı-qarşıya düzülüşlü, uzunluğu 20 sm-ə qədər olub, uzun saplaqlıdır. Kənarları bütöv və ya çıxıntılı, sadədir. Yarpaq ayasının üst səthi bir az tüklü, alt tərəfi isə çox tüklüdür, saplağın uzunluğu 10 sm-dir, sürtüldükdə xoşagəlməz qoxuludur. Çiçəklərinin uzunluğu 3,5 sm, rəngi çəhrayı və ya çəhrayı-qırmızıdır, 7-15 ədəd olmaqla, süpürgə çiçək qrupuna yığılmışdır. Çiçək tacı içəri tərəfdən xallıdır. == Ekologiyası == Sərt qışda zoğlar, adətən donur. Qışın sərt keçməsinə baxmayaraq katalpa hər il çiçəkləyir, lakin meyvə vermir.
Catalpa speciosa
Gözəl katalpa (lat. Catalpa speciosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Qərbi Çinin subtropik və isti iqlimli ərazilərindəki meşələrdə, Şimali Amerikanın şərqində bitir. == Botaniki təsviri == Sıx, geniş, piramidal çətirə malik, hündürlüyü 30 m-ə çatan, qamətli ağacdır. Gövdəsinin üzəri boz, qalın təbəqəli qabıqla örtülmüşdür. Yarpaqlarının uzunluğu 30 sm, eni 15 sm, iri, üst səthi hamar, parlaq-yaşıl, alt səthi seyrək tüklü olub, uzun saplaqlarda yerləşir.Çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır, diametri 7 sm, uzunluğu 15-20 sm olub, iri, gözəl, açıq-sarı, ağımtıl-çəhrayı rəngli, kənarları dalğalıdır. Meyvəsi silindrik, uzunsov, təpəsinə doğru getdikcə daralan, dərivari, bərk, tünd-qonur rəngli, açılan qutucuqdur və 2 taylıdır. Toxumu hamar, qanadlı, uzunsov-xətvari, hər iki ucunda saçaqlı, açıq-qonur, bərk, xırda, uzunluğu 24-31 mm, eni 6-8 mm, qalınlığı 0,3 mm-dir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Toxumla, qələmlə, kök pöhrələri ilə çoxaldılır.