Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çeçenlər
Çeçenlər — Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Qazaxıstanda çeçenlərin poqromu
Qazaxıstanda çeçenlərin poqromu — Şərqi Qazaxıstanda baş verən xalqlararası münaqişə. Çeçen-qorod kəndində baş tutan iğtişaşlar zamanı 40 nəfər həlak olmuş, 50 nəfər məhkum edilmişdir. Münaqişə məişət zəminində, bir çeçen ilə mədənçi arasında mübahisə nəticəsində başlamışdır. Münaqişə zamanı mədənçi çeçeni dəmir çubuqla döyərək öldürmüşdür. Bundan sonra çeçenlərin yaşadığı Çeçen-qorodok kəndində iğtişaşlar başlamışdır. Baş verənlərdən Stalin də daxil olmaqla ölkə rəhbərliyi xəbərdar edilmişdi. Hadisələrdən bir neçə gün sonra kütləvi həbslər başlamışdır. 50-yə yaxın insan mühakimə olunmuşdur. Onların hamısı Cinayət Məcəlləsinin 59-2 və 59-7-ci maddələri ilə məhkum edilmişdi. Həmin illərdə qüvvədə olan Cinayət Məcəlləsinin 59-cu maddəsində dövlət nizam-intizamına qarşı cinayətlərə, soyğunçuluğa görə cəzalar müəyyən edilmiş və "bütün əmlakı" müsadirə olunmaqla uzun müddətə azadlıqdan məhrumetmə və ya edam cəzası nəzərdə tutulmuşdu.
Çeçenlərin və inquşların deportasiyası
Aardax (çeç. Аардах) və Mərcimək əməliyyatı (rus. Чечевица, Çeçevitsa; çeç. Вайнах махкахбахар Vaynax Maxkaxbaxar) kimi də bilinən çeçenlərin və inquşların deportasiyası — II Dünya Müharibəsi zamanı-23 fevral 1944-cü ildə Sovet İttifaqı tərəfindən vaynaxların (çeçenlər və inquşlar) zorla Şimali Qafqazdan Orta Asiyaya köçürülməsidir. 1940–44-cü il Çeçenistan üsyanından əvvəl SSRİ hökumət başçısı İosif Stalinin razılığı ilə NKVD rəhbəri Lavrenti Beriya 1930–1950-ci illər ərzində rus olmayan bir neçə milyon etnik azlığa təsir edən məcburi yerləşdirmə və əhalinin köçürülməsi proqramının bir hissəsi olaraq deportasiya əmrini verdi. Deportasiya planı hələ 1943-cü ilin oktyabr ayında hazırlanmış və bu əməliyyatda SSRİ-nin hər yerindən 100 000 NKVD əsgəri iştirak etmişdi. Deportasiya çeçen və inquş millətlərini əhatə edirdi. Bu zaman Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi də nəzərdə tutulmuşdu. Bu məcburi köçürülmənin demoqrafik nəticələri ağır və ürəkağrıdan idi: sürgün edilmiş 496.000 çeçen və inquşdan ən azı dörddə biri həlak olmuşdu. Ümumilikdə, arxiv qeydləri göstərir ki, yüz mindən çox insan toplanma və köçürülmə zamanı və Qazaxıstan SSR və Qırğızıstan SSR-də sürgündə olduqları ilk dövrlərdə, habelə məcburi yerləşdirmə üçün göndərildikləri məcburi əmək düşərgələrinə getdikləri Rusiya SFSR-də həyatını itirmişdi.
Leninaul kəndində çeçenlərin mitinqi
Leninaul kəndində çeçenlərin mitinqi — 1991-ci ildə Rusiyada, Dağıstanın Kazbek rayonunun Leninaul kəndində keçirilən mitinq. Aksiyada minlərlə çeçen iştirak etmişdir. Xasavyurtda fəaliyyət göstərən "Drujba" qəzetinin 10 sentyabrda dərc etdiyi məlumata görə, mitinqdə 10 minə yaxın çeçen iştirak etmişdir. 5 sentyabrda başlayan mitinqdə çeçenlər 1944-cü il sərhədləri daxilində Aux rayonunun dərhal bərpasını, mübahisələr həll olunana qədər torpaq ayrılmasının dayandırılmasını və keçmiş Aux rayonu ərazisində hakimiyyətin Rayonun Bərpası üzrə Təşkilat Komitəsinə verilməsi tələb edirdilər. 11 sentyabrda Dağıstan hakimiyyəti Kazbek rayonunda fövqəladə vəziyyət elan etmiş, lakin bu qərar regionda vəziyyəti daha da gərginləşdirmişdir. Çeçenlər Leninaul kəndində çadır şəhərciyi qurmuşdular. Sentyabrın ortalarında çeçenlərlə avarlar arasında silahlı qarşıdurma təhlükəsi yaranmışdı. 24 sentyabr 1991-ci ildə Rusiya Federasiyası Ali Sovetinin sədri Ruslan Xasbulatovun və RSFSR Ali Sovetinin Millətlər Şurasının sədri Ramazan Abdulatipovun vasitəçiliyi ilə çeçenlərlə avarlar arasında görüş keçirilmişdir. Dilim kəndinin rayon mərkəzi, burada çeçenlərin tərk edilmiş evlərə qaytarılması məsələsinin həlli və deportasiyadan əvvəl evlərinin yerləşdiyi pulsuz torpaq sahələrinin verilməsi məsələsinə baxılmasını sürətləndirmək üçün razılıq əldə edilmişdir. Bundan sonra Dağıstanın Kazbek rayonunda fövqəladə vəziyyət ləğv edilmişdir.
Çeyenlər
Çeyenlər - (sui dilində "Özgə dil adamları"), dzi-tsis-tas ("bizim adamlar"; özlərini belə adlandırırlar) - ABŞ-də alqonkinlər qrupuna məxsus hindu xalqı. Çeyenlər şimali və cənubi çeyenlərə bölünürlər. Sayları təqribən 12,5 min nəfərdir. Dilləri alqonkin-mosan dil ailəsinə aiddir; ingilis dili tərəfindən sıxışdırılır. Dindarları xristiandır. Çeyenlərin Avropalılarla əlaqələri XVII əsrin sonlarına təsadüf edir. O zaman çeyenlər indiki Minnesota ştatının ərazisində yaşayırdılar. Məşğuliyyətləri əkinçilik, ovçuluq, balıqçılıq, yabanı çəltik yığımı idi. XIX əsrin əvvəllərində dakotalar tərəfindən Plat çayının yuxarı axarlarına (indiki Nebraska ştatı) sıxışdırılan çeyenlər bizon və antilop (qəzal) ovuna atla çıxmağa başlamıışlar. 1820-ci illərin axırlarında çeyenlərin bir hissəsi Arkanzas çayı boyunda (indiki Kolorado ştatının cənubu) məskunlaşaraq cənubi çeyenlərinəsasını təşkil etmişdi.
Evenlər
Evenlər (even эвен; kişi.cinsi — even, qadın.cins — evenka) — Sibir ərazisində yayılmış Tunqus-mancur dillərinə aid dilə malik xalq. Qohum xalqlar: Evenklər Ümumi sayları 20 min nəfər təşkil edir. 2002-ci ildə siyahıya alınmaya görə Saxa ərazisində 11,657, Maqadan vilayəti ərazisində 2527, Kamçatka vilayətində 177, Çukotka Muxtar Dairəsi 1407 və Xabarovsk diyarında 1272 nəfər even yaşayır Ukrayna ərazisində 2001 il siyahıya alınmasına görə burada 104 even yaşayır 1930—1934 illərdə Uzaq şərqdə Oxoxt-Even milli dairəsi mövcud olmuşdur. 2002 ilə olam məlumatlar Saxa Respublikası: Yakutsk şəhəri - 1213 nəf Qataqay-Alıta kəndi - 726 nəf Topolinoye kəndi - 671 nəf Sebyan Kyoel - 648 nəf Çokurdax kəndi - 363 nəf Sasır kəndi - 354 nəf Kustur kəndi - 296 nəf Andeyoşkino kəndi - 271 nəf Deputatskiy - 270 nəf Berezovka kəndi - 267 nəf Sayılık kəndi - 261 nəf Saskılax - 247 nəf Tiksi qəsəbəsi - 233 nəf Xonuu kəndi - 212 nəf Kazaçe kəndi - 179 nəf Xayır kəndi - 178 nəf Carqalax - 148 nəf Çerskiy - 146 nəf Olenoqorsk - 137 nəf Yoçuqey kəndi - 129 nəf Tomtor kəndi - 125 nəf Kuberqanya kəndi - 115 nəf Xandıqa qəsəbi - 115 nəf Maqadan vilayəti: Qijiqa kəndi - 332 nəf Maqadan - 310 nəf Ola - 292 nəf Omsukçan - 286 nəf Taxtoyamsk - 212 nəf Qarmanda kəndi - 210 nəf Evensk - 191 nəf Seymçak - 127 nəf Tauysk - 102 nəf Kamçatka diyarı: Esso kəndi - 498 nəf Anavqay kəndi - 320 nəf Xailino - 165 nəf Ayanka kəndi - 157 nəf Palana - 111 nəf Çukot Muxtar Dairəsi: Olom kəndi - 417 nəf Anyoysk - 248 nəf Anadır şəhəri - 142 nəf Bilibino - 108 nəf Xabarovsk diyarı: Arka kəndi - 271 nəf Ketanda - 166 nəf Usçan - 103 nəf Nyadbaki qəsəbəsi - 102 nəf Evenlərin illərə görə sayı: Altay dil ailəsinin Tunqus-macur dilləri qrupuna daxildir. Onda çox dialekti vardır. Onlar arasında şərq, qərb və orta dialektləri fərqlənir. Onların 52,5 % rus dilində sərbəst danışır və 27,4 % isə rus dilini doğma dil hesab edir. Onların formalaşması Pribaykal, Zabaykal və Şərqi Sibir ərazisində formalaşmışlar. Bu bizin eranın birinci minilliyinə təsadüf edir. Evenlərin bir hissəsi Yukagirlər və Yakutlar tərəfindən asimiliyasiya olunmuşlar.
Çeçencə
Çeçen dili (нохчийн мотт) — Nax dillərindən biri, çeçenlərin milli dili. Çeçen dili Çeçenistanda, İnquşetiyada, Dağıstanın Xasavyurt rayonunda, Gürcüstanın Əhməd rayonunda yayılmışdır. 2010-cu ilin siyahıyaalmasına əsasən Rusiyada çeçen dilində danışanların sayı 1 354 705 nəfər olmuşdur. Çeçen dili yayılma dərəcəsinə görə Rusiyada beşinci yeri tutur (rus, ingilis, tatar və alman dillərindən sonra). Çeçenistanın rəsmi, Dağıstanın isə ədəbi dillərindən biridir.
Araq çəkənlər (film, 1961)
"Araq çəkənlər" (rus. Самогонщики) — rejissor Leonid Qaydayın filmi. Filmdə uğursuz araq çəkənlər üçlüyü — Qorxaq, Axmaq və Çoxbilmişin sərgüzəştlərindən bəhs olunur. Onlar araq çəkdikdən sonra yeyib-içirlər. Lakin, "Barbos" adlı köpəklərini yaddan çıxarırlar. Bu zaman "Barbos" adlı köpək hirslənib onların araq çəkən aparatlarını (samoqonu) polisə aparır. Onlar köpəyə nə qədər yalvarsalar da, köpəyi tüfənglə vurmaq istəsələr də bir şey alınmır. Film üçlüyün həbs olunması ilə başa çatır.
Cermenlər
Germanlar və ya germandillilər — müasir Almaniya, Avstriya, Bohemiya və Polşanın qərb hissəsini əhatə edən Germaniya ərazisində III əsrdən IX əsrə qədər yaşamış xalq. Xalqların böyük köçü dövründə german xalqı da Avropaya gəlib çıxmışdır. Bugünkü hollandlar, almanlar və avstriyalılar başda olmaqla ingilislər, flamandlar, Skandinav xalqları (danlar, norveçlilər, isveçlilər, islandlar, farerlilər) və almandilli isveçrəlilər german xalqlarındandır.
Həsənlər
Həsənlər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Həsənlər kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XIX əsrdə Keşdək kəndindən Qara Həsən adlı bir şəxs (Vəlioğlu kimi də tanınırdı) ona məxsus binə yerində saldığına görə belə adlanmışdır. Hazırda kənddə yaşayan nəsillərdən biri həsənuşağı adlanır. Kəndin ərazisində eyniadlı çay da var. Kənd Şərqi Göyçə silsiləsinin ətəyində yerləşir. Məşədi Mikayıl yurdu, Şişqaya yurdu, Qonur yurd, Yal yurdu, Bolbulaq yurdu, Avo yurdu, Çalayurd, Qırmızıqaya yurdu, Məsimqalası yurdu, Sallı yurdu, Əvəlikli yurd, Əyriyurd, Şahsənəm yurdu. İmoyurdunun bulağı, Salehin bulağı, Sallı bulaq, Şişqayanın bulağı, Əlişin bulağı, Ayna bulağı, Abdulla bulağı, Kasa bulağı, Bol bulaq, Çalayurdun bulağı, Pırtpırt bulaq, İsti bulaq, Soyuq bulaq.
Nəcəflər
Nəcəflər — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd. Nəcəflər kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi nəcəflər nəslinin məskunlaşması nəticəsində yarandiğına görə həmin nəslin adi ilə adlandırılmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Çiçəklər
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Əsənlər
Əsənlər (türk. Esenler) — İstanbul ilinin ilçəsi. Şimalında Bayrampaşa, cənubda Güngörən, cənub-şərqdə Zeytunburnu, qərbdə Bağçılar rayonları ilə həmsərhəddir. Əsənlər, 18 məhəllədən ibarətdir və ərazisi 5.227 hektardır. Əsənlər, qonşu ilçələrindən fərqli olaraq, sənaye mərkəzi olmaqdan çox yaşayış mərkəzi xüsusiyyətini daşıyır. Əsənləri Davudpaşa yoluna bağlayan Ayaza yolu üzərindəki su nəzarət quyuları, bələdiyyə avtomobil qarajı kimi istifadə edilən Üç Üz, Ayaza Bulağı, Su Tərəzisi və qaraj daxilində xaraba vəziyyətdə olan kilsə gözəl bir memarlıq nümunəsi kimi qarşımıza çıxır. Əsənlər Mərkəz Məscidinin qarşısındakı kilsə qalığı bərpa edilərək müasir kitabxana olaraq istifadəyə verilmişdir. İstanbul qala divarlarının yıxılmasından sonra bu bölgə torpaqları hərbi baxımdan əhəmiyyət qazanmışdır. Rayon tarixi İstanbulun ümumi tarixində mühüm rol oynamışdır. Rayon tarixi əsər baxımından zəngin sayılmaz.
Çətələr
Çətələr (türk. Çeteler) — Birinci Dünya müharibəsindən sonra Kiçik Asiyada fəaliyyət göstərən müsəlman silahlı nizamsız dəstələr. Onlar 1910-cu və 1920-ci illərdə xristian ortodoks ermənilərə, yunanlara və aysorlara qarşı hücumları ilə tanınırlar. Bu termin həmçinin, Təşkilat-i Məxsusanın üzvləri üçün sinonim kimi istifadə edilmişdir.
Leş yeyənlər
Leş yeyən — ölmüş, gəbərmiş və artıq çürümə gedən canlıların digən canlılar tərəfində yeyənlərə deyilir. Leş yeyənlər yırtıcılara daxil edilsələrdə onlar öz cinsindən olanların leşlərini belə yeyə bilirlər. Bu tip canlılara misal kimi Zolaqlı kaftar, Afrika marabusu, Amerika leşyeyənləri, Qəbr böçəkləri kimi canlıları göstərmək olar. Belə bir fikir varki, dinozavrlar arasında leşyeyənlər Tirannozavrlardır. Nekroqaf həşəratlar vardır ki, onların köməyi ilə ölümün nə zaman baş verdiyini müəyyənləşdirmək olur. İlkin istintaqda bundan yararlanılır.
Lənətə gələnlər
"Lənətə gələnlər" — yazıçı Rövşən Yerfinin ən çox oxunan əsərlərindən biridir. 2008-ci ildə yazılmış, 2014-cü ildə çap olunmuşdur. Əsərdə bir ailənin timsalında cəmiyyətimizdəki acı reallıqların, mənəviyyatımızdakı aşınmaların təsviri verilir. Kitab oxucunu bəhs edilən məsələlərlə bağlı düşünməyə vadar edir. Ananın tək oğlunu Rusiyada qalmaqla Qarabağ döyüşlərindən yayındırması. Yaşlaşandan sonra ailəsi ilə vətənə qayıdan oğulun işsizlikdən əyyaşa dönməsi və sonda ananın daim ehtiyatlandığı faciəli oğul itkisi. Kitab 2014-cü ildə çap olunub. Kitabxana.net Milli Virtual kitabxanasında, Milli Kitabxana-İnformasiya Mərkəzinin elektron kitabxanasında, Android əməliyyat sistemində və digər internet saytlarında yayımlanır. Siz də “lənətə gələnlər”dənsiniz!
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
Əsas cəhətlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.
Kartof yeyənlər
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək". Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq. Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.
Ağ gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Sirkə içənlər
Sirkə içənlər ((三酸圖, üç sərxoş; 嘗醋翁, sirkə içən üç yaşlı kişi; 嘗醋圖, 尝醋图)) — Çində yaranmış dini mövzulu rəsm əsərləri. Sirkə içənlər adlı rəsmlər əsasən Konfutsiçilik, Buddizm və Daosizm kimi dinlərin ədəbiyyatlarında təsvir olunmuşdur. Hopfe, Lewis M; revised by Woodward, Mark R. "Religions of the World". Pearson Prentice Hall. 2007. p 176. ISBN 0-13-224045-9 Ji, Sang. Religions and Religious Life in China. China Intercontinental Press, 2004. Smith, Huston.
Kartof yeyənlər (tablo)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək". Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq. Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.
Solğun çiçəklər (opera)
Solğun çiçəklər — Süleyman Ələsgərovun ikinci operasıdır. Əsər görkəmli dramaturq C.Cabbarlının eyni adlı dramı əsasındadır. Bu operettanın librettosunu və şerlərini H.Ziya yazmış, rejissoru tanınmış aktyor, Azərbaycanın xalq artisti Y.Nuri, rəssamı isə əməkdar incəsənətə xadimi Ə.Fətəliyevdir. "Solğun çiçəklər" operası 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera və balet teatrınlda tamaşaya qoyulmuşdur. Bu səhnə əsərində bəstəkar öz yaradıcılığına sadiq qalaraq operadakı xor və vokal ansambllarını, ariya və ariozaları, orkestr nömrələrini xalq musiqisi və muğam intonasiyalarına əsaslanıb yazmışdır.
Hər şey yeyənlər
Hər şey yeyənlər (lat.
Çiçəklər körpüsü (hadisə)
Çiçəklər körpüsü (rum. Podul de Flori) — Moldova SSR ilə Rumıniya sərhədində Prut çayının sahilində baş vermiş iki hadisənin adı. Bu hadisələr zamanı Böyük Vətən müharibəsindən sonra ilk dəfə olaraq şəxsiyyəti təsdiq edən sənədləri təqdim etmədən Moldova SSR-Rumıniya sərhədindən keçid həyata keçirilib. Aksiyalar zamanı bu hadisələrə ad verən Prut çayının hər iki sahilində suyun üzərinə güllər düzülmüşdü. İlk nümayiş 6 may 1990-cı ildə yerli vaxtla saat 13:00-dan 19:00 aralığında baş verib. Birinci "Çiçəklər Körpüsü" zamanı Rumıniya sakinlərinə heç bir sənəd təqdim etmədən Prut çayından Moldova SSR-ə keçməyə icazə verildi. Prut çayı boyunca uzunluğu 700 km olan sərhəddə 8 sərhəd keçid məntəqəsi: Moykani-Pererita, Stınka-Kosteşti, Yassı-Unqen, Unqen körpüsü, Albitsa-Leuseni, Felçiu-Gipsi, Oança-Kaqul, Qalats — Djurtjuleşti təchiz edilmişdir. Nümayişdə 1,2 milyona yaxın insan iştirak edib. Şahidlər bu hadisəni bir çox ailələrin yenidən birləşməsinə imkan verən Berlin divarının yıxılması ilə müqayisə edirdilər — Prut çayı "Su Berlin Divarı" adlanırdı.. Unqen bölgəsindən 250 minə yaxın insan sərhədi keçir.
Bəyaz gecələr (povest)
Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib. "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur.