Həsənlər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Həsənlər kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Həsənlər | |
---|---|
40°05′41″ şm. e. 45°58′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XIX əsrdə Keşdək kəndindən Qara Həsən adlı bir şəxs (Vəlioğlu kimi də tanınırdı) ona məxsus binə yerində saldığına görə belə adlanmışdır. Hazırda kənddə yaşayan nəsillərdən biri həsənuşağı adlanır. Kəndin ərazisində eyniadlı çay da var.[2]
Kənd Şərqi Göyçə silsiləsinin ətəyində yerləşir.
Məşədi Mikayıl yurdu, Şişqaya yurdu, Qonur yurd, Yal yurdu, Bolbulaq yurdu, Avo yurdu, Çalayurd, Qırmızıqaya yurdu, Məsimqalası yurdu, Sallı yurdu, Əvəlikli yurd, Əyriyurd, Şahsənəm yurdu.
İmoyurdunun bulağı, Salehin bulağı, Sallı bulaq, Şişqayanın bulağı, Əlişin bulağı, Ayna bulağı, Abdulla bulağı, Kasa bulağı, Bol bulaq, Çalayurdun bulağı, Pırtpırt bulaq, İsti bulaq, Soyuq bulaq.
İmoyurdu, Hüseynalıbiçən, Mamobiçən, Salehbiçən, Çatım, Xasməmmədbiçən, Daşlı güney, Alıbiçən, Cığaluçan, Ortagüney, Başgüney, Armudluq, Məmmədbiçən, Qənşər, Qaraqaya, Böyükyer, Gəzdək, Qaraxal, Danagüneyi, Şamobiçən, Biçənəyin barmaqları, Böyüktap, Məşədi Salmanbiçən, Nazikbarmaq, Zağalar, Qırmızıqundax, Baştap, Ortatap, Ayaqtap, Topdaş.[3]
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |