Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çaxoxbili
== Ərzaqlar == 6-8 porsiya üçün nəzərdə tutulub 2 qaşıq ərimiş kərə yağı və ya duru yağ 1 toyuq (təxminən 1 kg 500 q) - 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm) 4 ədəd orda boy soğan - doğrayın 8 ədəd orta boy pomidor - soyun və iri-iri doğrayın 3 diş sarımsaq - soyun və xırda-xırda doğrayın təxminən yarım stəkan doğranmış göyərti qarışığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd) bir çimdik qırmızı acı toz-bibər (zəruri deyil, mən istifadə etmirəm) duz istiot == Hazırlanma qaydası == Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin. Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin. Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.