Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bibigül Tölegenova
Bibigül Əhməq qızı Tölegenova (qaz. Бибігүл Ахметқызы Төлегенова, 16 dekabr 1929, Semey, Qazaxıstan MSSR) — ata tərəfdən qazax, ana tərəfdən tatar olan opera sənətçisi (lirik və koloratura soprano), aktrisa və müəllim. Mükafatları arasında Sosialist Əməyi Qəhrəmanı (1991), Sovet İttifaqı Xalq Artisti (1967) və Sovet İttifaqı Dövlət Mükafatı (1970) vardır. == Həyatının ilk illəri == Tölegenova 16 dekabr 1929-cu ildə Qazax Muxtar Sosialist Respublikasının Semipalatinsk (hal-hazırkı Semey) bölgəsində musiqiçi ailəsində dünyaya gəlmişdir. Atası kaman ifaçısı, anası isə müğənni olmuşdur. 1937-ci ildə atası Katon-Karagayda həbs edildi və sonra onun haqda məlumat olmadı. 1946-cı ildə axşam məktəbində oxuyarkən, həvəskar formada mahnı oxuya biləcəyi ət fabrikinə işə düzəldi. O zaman sürgündə Semipalatinskidə olan yazıçı Qalina Serebryakovanın diqqətini çəkdi. Ardından Serebryakova Tölegenovanın valideynlik hüquqlarına sahib oldu və ona ilk musiqi dərsləri verdi. Serebryakovanın israrından sonra Bibigül Almatıda olan Kazan Konservatoriyasının vokal və xor fakültəsinə girdi.
Ciciqar
Ciciqar (çin. 齊齊哈爾; manc. Cicigar), Çinin Heilongjiang bölgəsində yerləşən bir prefektura mərkəzi və şəhəridir. Ərazisi 42,205.82 km² olan şəhərin əhalisi 2010-cu ildə 5,367,003 nəfər olaraq Heilongjiang'ın ikinci ən böyük yaşayış məntəqəsidir.
Tiliqul limanı
Tiliqul limanı (ukr. Тилігульський лиман) — Ukraynanın Odessa və Nikolayev vilayətləri ərazisində, Qara dənizin sahilində yerləşən estuari. Limanın uzunluğu 80 km, eni 0,2–3,5 km, maksimal dərinliyi 19 m təşkil edir. Limanın sahəsi 170 km²-dir. Dənizdən eni 4 km, uzunluğu 7 km təşkil edən bərzəxlə ayrılır. 27 dekabr 2017-ci ildən liman dənizlə kiçik dayazlıqla birləşir. Limana Tilikul çayı tökülür. Limanın sağ və solunda iki təbiət lanşaft parkı yerləşir. Tiliqul limanı Ramsar Konvensiyasının su-bataqlıq zonasına daxil ərazi olaraq qorunur. == Adının mənası == Limanın adı türk sözü olub «Dəli göl» mənasını verir.
Maka Çiçiua
Maka Çiçiua (gürc. მაკა ჩიჩუა) — Gürcüstan Respublikasının birinci xanımı; rəssam və aktrisa == Ailəsi == Georgi Marqvelaşvili uzun müddət vətəndaş nikahında yaşamışdır. o, Georgi Marqvelaşvili Gürcüstan prezidenti seçildikdən sonra 2014-cü ildə evlənmişlər. Onların nikah mərasimi Gürcüstanın şərqindəki Duşeti şəhərində, prezidentin öz evində baş tutmuşdur. Bu, Gürcüstan prezidentinin ikinci evliliyidir.