Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üçatılan (roman)
Üçatılan romanı — yazıcı İlyas Əfəndiyevin "Üçatılan" romanında bəhs olunan Ərşad və Sərfinaz Qarabulaq (İndiki Füzuli rayonu) rayonunun Kürdmahmudlu kəndində anadan olmuş və yaşamışlar. "Üçatlan" romanının qəhrəmanı, adı Ərşad kimi qeyd olunan Qayıbov Rəşid Mehti oğlu 1895-ci ildə Kürdmahmudlu kəndində anadan olmuşdur. Atası Mehti Cənubi Azərbaycanda yaşamışdır. Bir gün Mehti yaşlı bir kişinin oturub ağladığını görür. Soruşduqda kişi fars əyalət başçısı Rəhim xanın bacısı oğlunun onun qızını zorladığını deyir. Buna dözməyən Mehti atı minərək Rəhim xanın evinə gedir və Rəhim xanı səsləyərək onu və bacısı oğlunu güllələyərək öldürür. Bundan sonra Mehti qardaşı qaçaq Kərbalayi Əsədlə birlikdə Araz çayını keçərək indiki Füzuli rayon Kürdmahmudlu kəndinə gəlirlər. Uzun müddət qaçaqlıq həyatı yaşadıqdan sonra Kürdmahmudlu kəndində nüfuzlu tayfadan olan Murtuza bəyin bacısı Abutab xanımıa ailə qurur. Həmin nigahdan Əşrəf, Rəşid, Əli, Ayna, Ayulduz və Sərəncam adlı övladları dünyaya gəlir. Rəşid böyüdükdən sonra 1917-ci illərdə ermənilərin Zəngəzur və Qarabağda müsəlman obalarına hücüm edib insanları öldürməsinə dözməyərək əmisi qaçaq Kərbalayi Əsəddən yadigar qalmış Üçatlan tüfəngini götürərək öz dəstəsi ilə ermənilərə qarşı mübarizə aparmağa başlayır.
Ən çox satılan kitabların siyahısı
Bu siyahıda bu günə kimi ən çox tirajlarla satılan kitablar yer almışdır. Bu siyahıda komikslər və dərslik kitabları yer almayıblar. Bibliya, Quran çox güman ki, ən çox yayılmış kitablardır.Amma bu kitabların nüsxələrinin sayını dəqiq bilmək mümkün olmadığından, onlar bu siyahıya daxil edilməyiblər. Siyahıdan eləcə də bəzi siyasi kitablar çıxarılıblar. Məsələn Adolf Hitlerin və Mao Tszedunun yazdıqları kitablar: "Üç muşketyor", "Pinokyo", "Alisa möcüzələr ölkəsində", "Don Kixot" kimi əsərlər də hansı tirajla satıldıqları məlum olmadığı üçün siyahıda yoxdurlar. Harri Potterin 7 kitabının isə hər birinin ayrı ayrılıqda satış tirajı bilinmədiyindən siyahıda hamısı bir seriya kitab kimi yer alıblar. Həmçinin bax: Biznes Kitabları ilə özünü inkişaf etdir. == Ən çox satılan bir cildlik kitablar == === 100 milyon nüsxədən çox === === 50-100 milyon nüsxə === === 30-50 milyon nüsxə === === 20-30 milyon nüsxə === === 10-20 milyon nüsxə === === Satış tirajı məlum deyil === Qeyd: Bu kitabların satış tirajları məlum deyil, amma ən azı 10 milyon dənə nüsxələri olduğu sübut olunduğundan bu siyahıda yer alırlar.
Men ştatındakı dik atılan fransız sindromu
Men ştatındakı dik atılan fransız sindromu (ing. Jumping Frenchmen of Maine) - 1878-ci ildə amerikalı nevropatoloq Georq Börd tərəfindən aşkarlanmış müəmmalı xəstəlik. Nevropatoloq müşahidə edib ki, Men ştatında meşələrdə ağac qıran və odun tədarükü görən kanadalı fransızlar belə xəstəliyin daşıyıcılarıdır. Onlar Men ştatının şimalındakı Mushed gölünün yanındakı meşələrdə çalışırdılar. Yekəpər, cüssəli kanadalılar qəflətən yerlərində dik atılır və bərk qorxmuş adamlar kimi qışqırırdılar. Həkimlər hesab edirlər ki, indi də yüzlərlə adamın mübtəla olduğu bu xəstəlik ifrat qorxu refleksi ilə bağlıdır. Üstəlik, xəstəlik yalnız kanadalılar arasında müşahidə olunub. Xəstələrdən bəzilərində eşidilən söz və ifadələrin avtomatik təkrarı olan exolalliya sindromu da var. Amerikalı psixiatrların fikrincə, xəstəlik Turett sindromunun xüsusi forması ilə bağlıdır. Bu sindrom xəstələrində mərkəzi əsəb sistemində ciddi fəsadlar müşahidə olunur.
Üçtikan südləyən
Üçtikan südləyən (lat. Euphorbia triaculeata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Üçtikan şeytanağacı
Üçtikan şeytanağacı (lat. Gleditsia triacanthos) — lələk cinsinə aid bitki növü. == Sinonim == Acacia americana Stokes Acacia inermis Steud. Acacia laevis Steud. Acacia triacanthos Gron. Caesalpiniodes triacanthum (L.) Kuntze Gleditschia triacanthos L. [Spelling variant] Gleditsia brachycarpa (Michx.) Pursh Gleditsia bujotii Neumann Gleditsia bujotii var. pendula Rehder Gleditsia elegans Salisb. Gleditsia ferox var. nana Rehder Gleditsia flava Steud. Gleditsia heterophylla Raf.