Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rahid Ulusel
Rahid Ulusel — Azərbaycan filosofu, kulturoloqu, ədəbiyyatşünası, tənqidçisi, esseisti, fəlsəfə elmləri doktoru, professor. == Həyatı və fəaliyyəti == Rahid Ulusel (Ulusel – onun müəllif təxəllüsüdür) 1954-cü ilin 13 avqustunda Azərbaycan Respublikasının Masallı rayonunun Kəlbəhüseynli (keçmiş adı: Qaladibi) kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-2001-ci illərdə müəllim, İcra Hakimiyyəti başçısının müavini, baş redaktor vəzifələrində çalışmışdır. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında namizədlik, 2007-ci ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. 1990-cı ildə “Humanitariya metasistemi” konsepsiyasına görə keçmiş SSRİ Təhsil Nazirliyinin medalına layiq görülmüşdür. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi və Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşıdır. 2005-2007-ci illərdə Qərb Universitetində fəlsəfə və kulturologiya üzrə mühazirələr aparmışdır. 2005-ci ildə “Qlobalistika və Sivilizasiologiya” Elmi Araşdırmalar İctimai Birliyini təsis etmişdir. Prezidenti olduğu bu təşkilat 2011-ci ildə Azərbaycanda və bütün Cənubi Qafqazda ilk elmi qurum olaraq Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına üzv qəbul edilmişdir.