Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İhlamur qəsri
İhlamur sarayı — Beşiktaş və Nişantaşı arasındakı vadidə yerləşən İhlamur məsirəsindəki saraydır. Burada I Əbdülməcid tərəfindən Nigoğos Balyana "Mərasim Köşkü" ilə "Alt Köşkü" adlandırılan iki qəsr inşa etdirilmişdir. Bunlardan Mərasim Köşkü, əsl İhlamur qəsridir. Yüksək bir subasman üzərində tək mərtəbədən ibarət olan düzbucaqlı planlı köşk, kəsmə daşdan inşa edilmişdir. Mərasim köşkünün bir az qarşısında olan Maiet köşkü daha sadə bir binadır. İki mərtəbəli olan bu binada, giriş hissəsində iki qollu bir pilləkən var. Girişin ortasında bir dəhliz və pilləkənlər ilə künclərdə 4 ədəd otaq var. Bu gün ətrafının səs-küy və qarışıqlığından özünü hündür divarlarla qoruyan İhlamur qəsri çox qədimlərdən bu yana İhlamur məsirəsi adıyla anılan bir istirahət sahəsinin içində qurulmuş iki binadan ibarətdir. Hovuzlu İhlamur Məhəlli, Məhəbbət bağçası və Hacı Hüseyn Bağı adlı üç hissədən meydana gələn bu istirahət sahəsinin Sultan III Əhməd dövründə (1703-1730) bir "hasbağçaya" çevirdiyi, I Əbdülhəmid (1774-1789) və III Səlim (1789-1807) dövrlərindəki tənzimləmələrdən sonra XIX əsrin ilk yarısında Sultan I Əbdülməcidin də marağını çəkdiyi məlumdur. Sultan burada olan sadə bir bağ evinə tez-tez gələrək dincəlir, bəzi qonaqlarını, bu arada məşhur Fransız şairi Lamartinei burada qəbul edərək görüşərdi.
İhlamur sarayı

Hamur
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Hamur (Ağrı)