Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinoplu Diogen
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400, Sinop – təq. e.ə. 323) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.