Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şıxzamanlı
Şıxzamanlı — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Şıxzamanlı yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Şıxzamanlı qəsəbəsi mərkəz olmaqla Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Təhsil == Qəsəbədə uşaq bağçası, 3 nömrəli və 40 nömrəli tam orta məktəblər fəaliyyət göstərir. == Səhiyyə == Qəsəbədə poliklinika mövcuddur.
Cığatay Şıxzamanov
Cığatay İsgəndər oğlu Şıxzamanov (9 noyabr 1925, Gəncə) — tərcüməçi, publisist, ssenarist. == Həyatı və fəaliyyəti == 1925-ci ildə Azərbaycan SSR Gəncə şəhərində anadan olub. Bakıda təhsil alıb. Teleradio Komitəsi sədrinin müavini olmuşdur. == Tərcümələri == “İki acgöz ayı balası” Macar xalq nağılı. Uşaqgəncnəşr, 1956 “Qardaşlar” povesti məşhurdur.
Pirzaman
Pirzaman (fars. پيرزمان‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (12 ailə).
Siziman buxtası
Siziman buxtası — Yapon dənizində, Xabarovsk diyarı sahillərində yerləşən buxta. Buxta Tatar boğazının Nitusi burnu rayonunda qərarlaşır. İnzibati cəhətdən Xabarovsk diyarının Vaninski rayonu ərazisində yerləşir. Meşədaşıyıcılarına aid yolla Vısoqorski qəsəbəsi arasında məsafə 176 km, dəniz yolu ilə Vanino qəsəbəsi arasında məsafə isə 108 mildir. Buxtada naviqasiya aprel ayından başlayır və donmanın həcmindən asılı olaraq dekabra qədər davam edə bilir. Buxta şərq hissədən dalğa və küləklər üçün açıqdır. Bu baxımdan nisbətən əlverişsizdir. İqlimi sərin, mussondur. Əsassən isti yağışlı yay və soyuq qışı ilə seçilir. Orta illik temperatur 0 °C yaxındır.
Siyaman (Xudabəndə)
Siyaman (fars. سيامان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (44 ailə).