XIRDACA

sif.
1. Çox xırda və ya bir qədər xırda; kiçikcə. Xırdaca təpə. Xırdaca göllər. Xırdaca əl. – Təllin ətəyindən bir xırdaca çay axırdı.
Bu çayın kənarı gözəl bir çəmən idi. Ə.Haqverdiyev.
Balaca şəhərin küçələrini duman bürümüşdü.
Xırdaca evlər duman kimi görünürdülər. Çəmənzəminli.
Kəndin kənarından getgedə sıxlaşan və iriləşən xırdaca qamışlıq başlanırdı. M.Rzaquluzadə.

2. Azyaşlı, kiçik, balaca.
İndi səkkiz il idi ki, muzdur Məşədi Əsgər Qanlıtəpədə bir arvadı və üç baş xırdaca uşaqları ilə ayda iyirmicə manat məvacibə qənaət edib dolanırdı. S.M.Qənizadə.

3. Cılız, balaca, nəzəri cəlb etməyən.
Qafar yaşı əlliyə yaxın olan xırdaca, arıq bir adamdı. Ə.Əbülhəsən.
[Rəşid:] Bu arıq, xırdaca adamın buğlanan çay stəkanını ehtiyatla stolun küncünə uzadan azacıq titrək əlini görürdüm. İ.Hüseynov.

4. məc. Nərmənazik, incə, zərif.
Sallanıban yüz nazıla; Gələn kimin yarıdı bu? Qəddü-qamət nə qiyamət; Xırdaca dilbərdi bu. Aşıq Məhəmməd.
Naz ilə gəldin otağa; Leyli nişan, xırdaca qız! Aşıq Əsəd.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XIRDACA balaca — kiçikcə — cüzi
XIRDABUYNUZLU
XIRDACA-XIRDACA

Digər lüğətlərdə

Вселе́нная ехи́дненько заряженный инкрустацио́нный клёв нок притво́рствовать яче́йковый взду́тый нарколо́гия невропатоло́гия ра́неная сосла́ться сту́жа уясня́ться эско́рт ballast delectable dene lucre swim mask workable кранец лирик помахать