Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəhrəbanu
Şəhrəbanu və ya Şəhrbanu (fars. شهربانو‎; bilinmir, İran – 658) (adının mənasi, torpağın xanımı)— III Yəzdigirdin qızı, İslami qaynaqlara görə Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı, şiələrdə dördüncü imam hesab edilən Əli ibn Hüseynin (ə) anası. Lakin təqzibedilməz elmi-tarixi faktların işığında tarixçilərin araşdırmaları göstərir ki, onun Hüseyn ibn Əlinin (ə) həyat yoldaşı və Əli ibn Hüseynin (ə) anası olması bir tarixi mifdir. Halbuki, Mürtəza Mütəhhəri, Seyyid Cəfər Şahidi və Doktor Əli Şəriəti kimi böyük ilahiyyatçı, və tarixçilər İmam Hüseynin (ə) Şəhrəbanu ilə evlənməsi hekayəsinin həqiqiliyinə şübhə ilə yanaşıp və bu rəvayətləri rədd ediblər. == Həyatı == Tarixi nöqteyi nəzərdən Sasani hökmdarı lI Xosrov (591–628) və süryani xristian etiqadlı, indiki Suriya ərazisindən olan Şirinin (bax : Xosrov və Şirin) nəticəsidir. Nənəsi afrika əsilli, qaradərilidir. Belə ki, II Xosrovun Şirinlə izdivacından doğulmuş, III Yəzdigirdin atası olan Şəhriyar afrikalı bir cariyə ilə evlənmişdi.. Bəhai dininin qurucusu Bəhaullah öz şəcərəsini də Şəhrəbanuya bağlayırdı. Əl-Məsudinin yazdıqlarına görə III Yəzdigirdin iki oğlu və üç qızı var idi, qızlarının adı Adraq Şahar Banu və Mərdavand idi. Bəzi şiə tarixçilərinə görə Əli ibn Hüseynin doğulmasından sonra vəfat etmişdir.
Şərəban
Şərəban — üstü açıq at arabası, yarıyumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan bu şərəbanla sərnişin daşınması adətən yaz, yay və qismən payız mövsümlərində yerinə yetirilir.
Şəhrəbanu Əmani
Şəhrəbanu Əmani Əngənə-İranlı siyasətçi.İran parlamentinin beşinci və altıncı dövrlərində Urmiyanı təmsil edən nümayəndələrdən biri idi.Şəhrəbanu Əmani, İranın ətraf mühit təşkilatının sədr müavinidir.
Səravan
Səravan- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Səravan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,652 nəfər və 10,078 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Serban
Serban (fr. Serbannes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03271. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 481 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 331 nəfər iqtisadi cəhətdən fəal, 150 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 71.8%). 331 aktiv insandan 300 nəfəri (152 kişi və 148 qadın), 31 nəfəri işsizdir (15 kişi və 16 qadın). Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 81 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Səravan şəhristanı
Səravan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səravan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 147,757 nəfər və 28,218 ailədən ibarət idi.
Qışlaq-i Sərabad (Nəmin)
Qışlaq-i Sərabad (fars. قشلاق سراباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (16 ailə).