Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canbəyim Xatun
Canbəyim Xatun (d. - ö.1468-ci il) - Qaraqoyunlu hökmdarı Cahanşahın həyat yoldaşı, diplomat, dövlət xadimi. Canbəyim Xatun XV əsrin xarici və daxili siyasətində mühüm rolu olan, oğulları ilə Cahanşah arasında yaranan ixtilafların həllində öz təsirini göstərən, eləcə də sultanlığın mövcudluğunun qorunub saxlanılması üçün ciddi səylər göstərən mühüm şəxsiyyətlərdəndir. Hüseyn Katib “Tarixi-i Cədid-i Yezd” adlı kitabında Canbəyim Xatundan bəhs edərək “İki dünyanın qulu, şərafətli Canbəyim Xatun” ifadələrinə yer vermişdir. == Həyatı == Fərman və vaqiyənamələrdə Cahanşahın həyat yoldaşı və uşaqlarının anası kimi qeyd edilən Canbəyim Xatunun kimliyi ilə bağlı mənbələrdə çox az məlumat var. O Tağəddin Rəcəb ibn Əfridunun qızıdır. Canbəyim Xatunun Cahanşah ilə etdiyi evlilikdən Pir Budaq, Məhəmməd-i Mirzə, Əbu Yusif Mirzə, Əbul Qasım Mirzə, Ferruxzad Mirzə və Dövlət Sultan adlı övladları dünyaya gəlmişdi. Mənbələrdə onun doğum ili qeyd olunmasa da, H.871/M.1468³-də Cuşin qalasında ögey oğlu Həsən Əli tərəfindən öldürüldüyünə dair məlumatlar var. Qəbri Təbrizdəki Müzəffəriyyə mədrəsəsindədir. Hüseyn Kərbəlayinin “Ravzatü'l-Cinan ve Cennatû'l-Cenan” əsərində, Canbəyim Xatunun dəfn olunduğu yerdən bəhs edir, “Onun (Cahanşahın) cənazəsi Müzəffəriyyədə, yəni həyat yoldaşı Canbəyim Xatunun binalarından biri olan Təbrizdəki Məscid-i Kebudda, övladlarının çoxu ilə birlikdə dəfn edilmişdir.“Mənbələrdə Canbəyim Xatunun adına ilk dəfə Cihan şahın Ayn əl-Arusdakı düşərgəsində bir Osmanlı səfirini qəbul etməsi və Diyarbəkir səfəri ilə əlaqədar rast gəlinir.
Şahbəyi Taclı Bəyim
Taclı Bəyim və ya Şahbigə Sultan (1488, Ərdəbil – 1540, Şiraz) — Şah İsmayıl Səfəvinin həyat yoldaşı, Səfəvi dövlətinin Şahbanusu, Naibəyi-Səfəviyyədir.[mənbə göstərin] == Həyatı == Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur, onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir. Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi.Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur. Çünki, eyni jestdən Ustaclı tayfasından olan Cahanşah da yararlanmışdı. Taclı bəyim 1514-cü ildə Osmanlı-Səfəvi arasında baş vermiş Çaldıran döyüşündə iştirak etmişdir.