1. köhn. Yiyə, malik, sahib (bu mənada adətən tərkibdə işlənir; məs.: sərvət əhli, dərd əhli.
Vidadi, xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram.
Qüvvətli təbiət də bizə baş əyir indi; Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var.
□ Əhlibeyt – 1) köhn. klas. – ev adamları, ailə, külfət.
İnsan öz əhli-beytindən kənar oldu, əlbəttə, onun üçün, bir növ narahatlıq hasil olacaq. ;
2) din. müsəlmanların Məhəmməd peyğəmbərin övladlarına verdikləri ad.
Əhli-beyt tərəfdarları olan şairlər ilkin çağlardan başlayaraq mərsiyə qoşmuş, qəmli şeirlərində Kərbəla müsibətini səsləndirmişlər.
Əhli-dərd – dərd əhli, dərdli, dərdi olan adam.
Fələk, bari, cəfalar eyləyib sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq.
Əhli-dil şair. – söz başa düşən, o birinin dərdindən xəbərdar olan adam, arif.
İşarət elədim, dərdimi bildi; Gördüm həm gözəldi, həm əhli-dildi.
[Xaqani:] İstəyirəm ki, şah əhli-dil olsun; İqlimimiz belə mötədil olsun!
Zalim fələkin gərdişi atəşlərə yansın! Əvvəlcə nə cövr eyləsə, əhli-dilə eylər.
Əhli-divan rəs. köhn. – divan (məhkəmə) işləri ilə məşğul olan adamlar, məhkəmə məmurları.Əhli-dünya – axirətə inanmayıb ancaq bu dünya ilə maraqlanan, bu dünya işləri ilə məşğul olan, bu dünyanın nemətlərindən faydalanan adam.
Baxarmı əhli-dünyayə; Gülündən ayrılan bülbül.
Əhli-dünyayə virdi lənətdir; Gecə-gündüz xəyali dövlətdir.
Əhli-elm – elm əhli, elmlə məşğul olan adamlar, elm xadimləri.
Cəfər, ey nuri-dideyi-Seyyid!… Əhli-elmə həmişə hörmət qıl!
Əhli-eşq – eşq əhli, aşiq.
O məclis kim, ziyası olmaya şəmicamalından; Nə məclis, eyni zülmət, əhlieşqə bir bəla məclis.
İnan, əlbəttə, bir zaman olacaq; Əhli-eşq onda kamran olacaq.
Ziyarətgahını gülbusələr təzyin edər hər an; Sən əhli-eşq için bir Kəbə yandırdın məhəbbətdən.
Əhli-əyal – ailədə olanlar: ər, arvad, uşaqlar; ailə.
Əhli-əyalı ibarətdir bir anasından, bir arvadından və yeddi-səkkiz yaşında oğlundan.
Xanlar kimdir ki, yazıq kəndlilərin malına, canına, əhli-əyalına özlərini sahib edirlər.
Haşım Məhəmmədin yanında bir müddət qalsın və bir qədər pul qazandıqdan sonra yenə qayıdıb əhli-əyali ilə xoşbəxt dolansın.
Əhli-hal – hal əhli, başa düşən, başqasının halından xəbər tutan.
Bir para əhli-hal olmayan gözəl; Zənəxdanı gizlər, yanağı çəkər.
Əhlihal eşq için, əvət, bayılır; Haydı, Zəhranı get çağır, ayılır.
Əhli-iman – iman əhli, etiqadlı, dinə inanan adam.
Ağdam bazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar… Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir.
Əhli-insaf – insaf əhli, insaflı adam.
Xislətdə sadəyəm, eşqdə Qafam; Mən mürvət kanıyam, əhli-insafam.
Əhli-kef – kef əhli, vaxtını kefdə və xoş keçirən adam. Əhli-kef adam.
– …Hər kəs görsə ki, hambal qəzet oxuyur, elə bilər ki, bir əhli-kef adamdır, çağırıb yük götürtməz və pul da verməz.
Restoran bu gecə çox maraqlıdır; Əhli-kef insanlar aşıb-daşırlar. ;
// dan. vaxtını əyyaşlıqda keçirən adam.
Zəng çalınır; Gəlin qalxır, qapını açır; Zümzüməylə girir evə “əhli-kef” əri.
Əhli-kəmal köhn. – kamal sahibi, kamallı, ağıllı adam.
Bildim bu imiş sənin muradın; Kim, əhli-kəmal ola ibadın.
Əhli-kitab – islam dininə görə, göydən nazil olmuş müqəddəs kitablardan birinə inanan(lar) – müsəlmanlardan başqa yəhudilər ilə xristianlar.
Aldı əhlikitab dünyanı; Şərh edirsən sən indi Quranı.
Qızma, şeyxim, o da bir əhlikitab; Baxalım nəzri nədir?
Əhliqələm köhn. – qələm əhli, qələm sahibi, yazıçı, mühərrir.
Leyk bir bax ki, bu gün Şirvanda; Gör neçə əhli-qələm var onda?
Əhli-qərəz – qərəzli adam, qərəzkar, ürəyində qərəz saxlayan adam.
Eyb bilər fəzlini əhli-qərəz; Çünki onun var ürəyində mərəz.
Əhli-qiblə din. – müsəlman, islam əhli.
Əhli-qübur – qəbiristan əhli, ölülər.
Qazıb əhli-qübur içində məzar; Oldu mədfun qəbr ara Bozlar.
Sizin olsun bu da, ey əhliqübur! Abi-kövsər deyilən badə budur!
Əhli-məclis – 1) məclisdə olanlar, iştirak edənlər. Vəkil, vəzir, əhli-məclis hamısı oğlanın bu hünərinə məəttəl qaldılar. (Nağıl);
2) səhnə əsərində iştirak edənlər.
Əhli-mərifət – mərifətli adam.
Sanırsa zahid özün əhli-mərifət, əmma; Bilirmi, nolduğun olsa suali-hürriyyət?
Əhli-ruh – ruh əhli, ruhlu adam.
Gör necə xələt verdi; Məlul könlüm aşdı, gözəl; Arifsən, əhli-ruhsan; Can sana peşkəşdi, gözəl!
Əhli-savad – savadlı, oxumuş.
…Mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdi.
Əhli-vəfa klas. – vəfalı.
Yolunda müntəzirəm, can verim görəndə üzün; Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim!
Əhli-zələmə, əhli-zülm köhn. – xalqı incidən, xalqa zülm edən, xalqa əziyyət verən adam (çar dövründə inzibati polis orqanları məmurlarına verilən ad).
[Səkinə xanım:] Əziz bəyin dədəsi əhli-zələmə idi, özü ki hələ divan qulluğuna girməyibdir?
Əhli-zövq – zövq əhli, yaxşı zövqü olan adam.
[Şeyx Hadi Şeyx Sənan haqqında:] Onu idrak üçün kəmal istər; Əhli-zövq istər, əhli-hal istər.
Əhli-zülm – zülmkar, zülm edən adam.
Əhli-zülmü necə, bərbad eylədi bir ləhzədə; Sən bizim dağlar pələngi qəhrəman Eldara bax!
2. Bir yerdə sakin olan, daim bir yerdə yaşayan, bir yerin əhalisindən olan adam. Kənd əhli (kəndlilər). Şəhər əhli (şəhərlilər).
– …Axundu mən çoxdan tanırdım, özü də İran əhlidir.
Bu kəndin əhli həqiqətən çox avam idi.
3. Bacaran, bilən adam. İşi əhlinə tapşır.
4. Əhali.
Nə əhlimizdə ayıqlıq əlaməti görüneydi; Nə bir para oxumuşlarda bu zəkavət oleydi.
[Qazı:] Əzizim, … üçdörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma.