Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarıxəlil (Bostanabad)
Sarıxəlil (fars. سرخه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 246 nəfər yaşayır (41 ailə).
Tibor Samueli
Tibor Szamuely (27 dekabr 1890, Niredxaza – 2 avqust 1919, Lixtenvört[d], Aşağı Avstriya[d]) — Macar kommunist siyasətçi, az ömür yaşamış Macarıstan Sovet Respublikasının rəhbərliyində təmsil olunmuşdur. == Gəncliyi == Şimali Macarıstandakı Nyíregyháza şəhərində yəhudi əsilli bir ailədə beş uşaqdan ən böyüyü olaraq dünyaya gəlmişdir. Universitet təhsilini 1908-ci ildə bitirdikdən sonra, Macarıstan Sosial Demokratlar partiyasına daxil olmuşdur. Eyni zamanda jurnalist fəaliyyəti ilə də, məşğul olurdu. Yazdığı məqalələrindən biri Avstriya-Macarıstan İmperiyası nümayəndələri tərəfindən təhlükəli hesab edilmiş və həbs edilmişdir. == Dünya müharibəsi == Birinci Dünya müharibəsi başlayan zaman ordu sıralarına alındı. Rus cəbhəsində döyüşərkən 1915-ci ilin may ayında əsir düşür. Sibirdə yerləşən əsir düşərgələrindən birinə yerləşdirilir. Burda xüsusi ilə rus inqilabçılarının təsiri altına düşərək, müharibə əleyhinə fikirləri qəbul etdi. Oktyabr inqilabı ilə birlikdə bolşeviklərin fikirlərini mənimsəmiş və Rusiya ərazisində olan müharibə əsirlərinin bu sahədə maarifləndiriəsi vəzifəsini öz üzərinə götürdü.