Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amerikalı şirincə
Amerikalı şirin qız (ing. American Honey) — 2016-cı il Böyük Britaniya istehsalı film. == Məzmunu == İtirməyə heç nəyi olmayan yeniyetmə qız Star (Sasha Lane) qapıdan-qapıya jurnal satışı ilə məşğul olan dəlisov bir komandaya qoşulur. İstədikləri kimi hərəkət edən, əylənən və pul qazanmaqdan başqa heç nəyi düşünməyən gənclər toplusu ABŞ-ni başdan-başa səyhət edib, satış etmək istəyirlər. Star isə satışdan əlavə intriqa dolu sevgi macəraları, qanun pozuntuları və gözlənilməz həyat reallıqları ilə üz-üzə qalır. Filmi izlədikcə Starın cəmiyyət tərəfindən necə müəyyən axın istiqamətində yönəldildiyini görürük. Sanki, obrazımız özünü cəmiyyət adlanan axına buraxır və Dumandakı kirpi cizgi filmində kirpiciyəzin dediyi kimi qoy çay məni gedəcəyim yerə aparsın deyir. Oxşar analogiyanı cizgi filmi ilə "Amerikalı şirin qız" arasında hələ çox qurmaq olar, çünki hər ikisi də individin öz şəxsi həyat yolunu axtarıb-tapmaq, ona öz yanaşmasını müəyyənləşdirmək və ilk öncə arzularını tapıb, sonra da onlara nail olmaqdan bəhs edir. Star həqiqətən də şirin, hələ həyatın nə olduğunu yeni-yeni başa düşməyə başlayan birisi kimi izləyici də müəyyən simpatiya oyadır.
Pamela Spence
Pamela Spence Türkiyəli rok müğənni. 25 fevral 1973-cü ildə Almaniyanın Haydelberq şəhərində anadan olub. Atası milliyyətcə amerikalı, anası isə türkdür. 15 yaşında ana dili olan türk dilinə yiyələndikdən sonra bir çox türk filmlərində çəkilmiş, vokalist kimi çıxış etmişdir. Pamela Ankara Dövlət Konservatoriyasının Teatr bölümünün məzunudur.
Break My Silence
Break My Silence — 2010-cu ilin aprel ayında Azərbaycanda yaradılmış metalcore qrupu. Qrupun ilk demo mahnısı - "Blind To The Truth" 2011-ci ildə dinləyicilərə təqdim olunmuşdur. Yeni vokalist "Vita" ilə birlikdə qrupun "Boundary Of Emptiness" adlı ilk debüt studio albomu 2012-ci il mayın 21-də dinləyicilərin ixtiyarına verilmişdir.
Silence (feat Leela)
Silence (feat Leela) – C. C. Catch tərəfindən 2004-cü ildə ifa edilən mahnıdır.
Sound of Silence
Sound of Silence (azərb. Sakitliyin səsi‎) — Avstraliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Dami İm "Sound of Silence" mahnısı ilə Avstraliyanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Entoni Egizii və Devid Musumeci tərəfindən bəstələnmişdir.
Les Gardiens du Silence
Les Gardiens du Silence (azərb. Səssizlik qoruyucuları‎) – Azərbaycanın Bakı şəhərində yaradılmış ilk world, etno-spiritual, new age qrupudur. == Haqqında == Qrupun əsası 2015-ci ilin dekabrında qoyulub. Bu qrup musiqinin mistik imkanlarının öyrənilməsi layihəsi kimi yaranıb. Layihə Misir, Şumer, Babil və Yunanıstan kimi qədim musiqi və mədəniyyəti əsasında hazırlanıb. Qrup nej, al oud, djembe, harmoniya, tay fleytası, kelt arfası, diceridu, mridanqa / hol, deqt, hepidrums, skripka, dodaq arfası, hanun, tamburin, gitara, etnik vokal kimi müxtəlif instrumentlərdən istifadə edir. 2017-ci ildə qrup "Divine Balance: Feminine. Divinity" adlanan ilk albomunu təqdim edib. Bir çox festivallarda çıxiş edərək Azərbaycanin incəsənət aləminin hərtərəfliliyini dünyaya çatdirilar. 2019-cu ildə kollektiv "Nəsimi" adli ikinci albomu Yarat!
No Sound Without Silence
No Sound Without Silence İrlandiyanın məşhur Alternativ rok qrupu olan The Script qrupunun 4-cü studiya albomudur. Albomun adı ingilis dilindən tərcümədə 2 cür məna verir: "sükutsuz səssizlik" ya da "sükut olmadan səssizlik olmur". Albomun çıxış treki "Superheroes" artıq 21 İyul 2014 tarixində işıq üzü görmüşdür. Albomun digər treklərindən biri olan "It's Not Right For You" isə 27 İyulda bütün fanatlar ilə paylaşılmışdır. Həmçinin 18 İyul tarixində göstəriş üçün 4 trekin adı da açıqlanmışdır və üstəlik onlardan qısa hissələr də hər kəsə təqdim olunmuşdur. 4 trekin adı isə belədir: "Superheroes, No Good In Goodbye, The Energy Never Dies, Man On A Wire". Qeyd etmək lazımdır ki, artıq 3 gün sonra "Superheroes" trekinin tam versiyası işıq üzü görmüşdür. Albomun tam treklisti isə belədir: "No Good in Goodbye" , "Superheroes" , "Man on a Wire" , "It's Not Right for You" , "The Energy Never Dies" , "Army of Angels" , "Flares" , "Never Seen Anything 'Quite Like You'" , "Paint the Town Green" , "Without Those Songs" , "Hail Rain or Sunshine" və bonus trek "Howl at the Moon". Albomun prodüserliyini bu şəxslər üstlənmişdir: Qrupun vokalisti: Danny O'Donoghue , gitaristi: Mark Sheehan , məşhur ABŞ rok qrupu Linkin Parkın üzvü Mayk Şinoda və digər 2 başqa prodüser James Barry və Andrew Frampton. Albomun tam versiyası 12 Sentyabrda İrlandiya və Böyük Britaniyada , 15 Sentyabrda isə Avropa və ABŞda satışa çıxarılacaq.