Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyənək
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. == Morfoloji əlamətləri == Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Siyənək balığı
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. == Yayılması == Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. == Morfoloji əlamətləri == D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.