Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. == Tibbdə istifadəsi == Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Şivəmər (Sərdəşt)
Şivəmər (fars. شيوه مر‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (46 ailə).
Şivərin (Əbhər)
Şivərin (fars. شيورين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (35 ailə).
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Suveren (İğdır)
Suveren — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il məlumatına görə Orkof olaraq adlandırılmışdır. == Coğrafiyası == İğdırdan 14 km uzaqlıqdadır. İğdır Universiteti kəndin ərazisində qurulmuşdur. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 129 nəfər kürd yaşayırdı. Kənd digər kəndlərə nisbətdə iqtisadi olaraq daha inkişaf etdiyindən bura köç güclü olmuşdur. 1985-ci il siyahıya alınmasına görə kənddə 2.961 nəfər yaşamışdır.
Suveren dövlət
Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren bir dövlət başqa bir dövlətdən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.
Rolant Saverey
Kiçik Rolant Saverey və ya Rolant Martines Saverey (nid. Roelant Savery, Roeland(t) Maertensz; 1576[…], Kortreyk[d], Qərbi Flandriya – 25 fevral 1639, Utrext) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Saverey, çox səyahət etmiş, Amsterdamda, Utrextdə, Vyanada və Praqada İmperator II Rudolfun sarayında işləmişdir. O, mifoloji səhnələri olan mənzərələri, portretləri, kənd səhnələri ilə məişət şəkillərini, çiçəklərlə natürmortları, lakin əsasən heyvanları və quşları çəkmişdir. == Həyatı == === Saverey ailəsi === Saverey ailəsinin üzvləri Avropanın müxtəlif şəhərlərində işləyirdilər. Rolantın böyük qardaşı Birinci Yakob Saverey və ya Böyük Saverey (1566–1603) bacarıqlı rəssam və qravüra ustası idi. Birinci Yakob Savereyin oğlu rəssam İkinci Yakob Savereydir (təxminən 1593-?), digər oğlu isə rəssam və qravüraçı Salomon Savereydir (1594–1665-dən sonra). Salomonun oğlu Üçüncü Yakob Saverey (1617 — təqribən 1666) həm də rəssam və ofort ustası idi. Bu ailənin bir çox başqa üzvü də sənətkar idi. Rolant Savereyin qardaşı oğlu məşhur rəssam Gillis Klas de Hondekuter idi.
Sivers yovşanı
Sivers yovşanı (lat. Artemisia sieversiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.