Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir.Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. == Maraqlı fakt == Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim. Çox təəssüf edirəm ki, "Əbədiyyət simfoniyası"nı dinləmək ona qismət olmadı.
Əbədiyyət dastanı (poema)
"Əbədiyyət dastanı" — Zəlimxan Yaqubun Heydər Əliyevin xatirəsinə həsr etdiyi, “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarət poemadır. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır. Poemada Heydər Əliyev ömrünün sovet dövründəki və müstəqilliyimizin bərpasından sonra ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı mərhələləri əksini tapmışdır. Bu əsərin içində Heydər Əliyevlə yanaşı, İlham Əliyev haqda da bir dastan yaradılıb. Bunlar ikisi bir yerdə “İki ömrün dastanı” adlanır, janrca diologiyadır. Poemanın Zəlimxan Yaqubun özünün ifa etdiyi audio versiyası mövcuddur. Audio formatında variantı “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində hazırlanıb.Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur. == İstinadlar == == Xarici keçidlər == Heydər Əliyev haqqında kitablar.
Ayrıldıq ki, qovuşaq
"Ayrıldıq ki, qovuşaq" — 2013-cü ildə Azərbaycanda Azad Azərbaycan TV-nin "Vətənim yaradıcılıq birliyi" tərəfindən istehsal olunmuş qısametrajlı sənədli televiziya filmi.. == Məzmun == Film Azərbaycan SSR xalq yazıçısı Süleyman Rəhimov və onun iki övladı Şamo Rəhimov və Şamo Arifin həyatından bəhs edir. == Təqdimatı == Filmin təqdimat mərasimi 2013-cü ilin iyun ayında Bakı şəhərində olmuşdur. == Filmin üzərində işləyənlər == Rejissor: Emil Babayev Ssenari müəllifi: Günay Novruz Operator: Nəsimi Babayev, Şahin Mustafayev Prodüser: Rinat Qurbanoğlu == Texniki göstəriciləri == Filmin xronometrajı 44 dəqiqədir.
Əbədiyyət yolu (film, 1987)
== Məzmun == Film Gürcüstan torpağında təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edən azərbaycanlı əsgər Rahib Məmmədovun göstərdiyi hünərdən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Cahangir Zeynallı Operator: Tofiq Sultanov, Azər Salayev Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Marat İsgəndərov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Azərbaycan... Əbədiyyət yolu (film, 2006)
Azərbaycan... Əbədiyyət yolu qısametrajlı sənədli filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2006-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanın qədim tarixinə, abidələrinə və zəngin mədəniyyətinə, həmçinin bu gününə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qədim tarixinə, abidələrinə və zəngin mədəniyyətinə, həmçinin bu gününə həsr olunmuşdur. Filmdə həmçinin, Azərbaycanın dini tollerantlığı, xalqımızın tarixi keçmişində islam dininin yeri barədə həqiqətlər öz əksini tapıb.Filmdə, xüsusi olaraq, ən maraqlı və təqdirəlayiq məqamlardan biri də, Azərbaycanın tarixi qədimliyinə və zənginliyinə görə seçilən Azərbaycan məscidlərinin erməni vandalları tərəfindən vəhşiliklə dağıdılmasının bir fakt kimi öz əksini tapmasıdır.
Ayrıldıq ki, qovuşaq (film, 2013)
"Ayrıldıq ki, qovuşaq" — 2013-cü ildə Azərbaycanda Azad Azərbaycan TV-nin "Vətənim yaradıcılıq birliyi" tərəfindən istehsal olunmuş qısametrajlı sənədli televiziya filmi.. == Məzmun == Film Azərbaycan SSR xalq yazıçısı Süleyman Rəhimov və onun iki övladı Şamo Rəhimov və Şamo Arifin həyatından bəhs edir. == Təqdimatı == Filmin təqdimat mərasimi 2013-cü ilin iyun ayında Bakı şəhərində olmuşdur. == Filmin üzərində işləyənlər == Rejissor: Emil Babayev Ssenari müəllifi: Günay Novruz Operator: Nəsimi Babayev, Şahin Mustafayev Prodüser: Rinat Qurbanoğlu == Texniki göstəriciləri == Filmin xronometrajı 44 dəqiqədir.
Qovurma
Qovurma (qırğ. куурдак; qaz. қуырдақ/Qýyrdaq; türkm. gowurdak; uyğ. قورداق/қордақ/qordaq; özb. qovurdoq; monq. Хуурдаг; türk. kavurma; hind क़ोरमा; urdu قورمہ; benq. কোরমা; fars. قورمه‎) — Azərbaycan, Mərkəzi Asiya, Türkiyə, Bolqarıstan, Pakistan, Hindistan və İranda mətbəxlərinə aid olan xörək.
Qovuşuq
Qovuşuq (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Qovuşuq (Dərələyəz) — Dərələyəz mahalının Keşişkənd rayonuda kənd.
Boz qovurma
== Tərkibi == Qoyun əti – 163q, Ərinmiş yağ – 30q, Baş soğan – 50q, Zəfəran – 0,1q, Keşniş – 15q Şüyüd – 15q, Duz – zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti 15-20 qramlıq tikələrə doğranılır, duzlanılır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üzərinə göyərti səpilir.
Nar qovurma
== Tarixi == Bu yeməyin vətəni Göyçaydır. == Sadə nar qovurma == === Ərzaqlar === nar - 3 ədəd yumurta - 2 ədəd baş soğan - 1 ədəd === Hazırlanma qaydası === Narı dənələyib soğanla qovurursan. duz - istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar. == Ətli nar qovurma (I) == === Ərzaqlar === Qoyun əti – 330 q, ərinmiş yağ – 30 q, nar – 50 q, şabalıd – 180 q, baş soğan – 100 q, zəfəran – 0,05 q, keşniş və şüyüd – 15 q, istiot – 0,1 q, duz. === Hazırlanma qaydası === Qoyun əti 60-70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.
Qovurma bozbaş
Bozbaş və ya Bozartma - Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü == Tərkibi == 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot == Hazırlanma qaydası == Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir. "Aşpaz" sözü də əslində "aşpəz" sözündən meydana gəlib.
Qovuşuq (Dərələyəz)
Qovuşuq — Dərələyəz mahalında kənd. == Tarixi == Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qovşuq, erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında qeyd edilmişdir. Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur.
Qovuşuq (Laçın)
Qovuşuq — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetindən Qovuşuq kəndi Hacıxanlı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Ağdərə rayonunun Gilətağ kəndindən köçmüş ailələrin Qovuşuq (Murovdağdan axan Mixtökən və Nərdivan çaylarının birləşərək Şəlvə çayının əmələ getirdiyi yer) adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Qovuşuq XIX əsrdə Zəngəzur qəzasında yaşayan qarabayramlı tayfasının qışlağının adı idi. XIX əsrin ortalarında cəmi 4 ailədən ibarət olmuşdur. Kənd coğrafi movqeyinə görə belə adlandırılmışdır. Kəndin adının "qov" adlı qıpçaq tayfası və uşuq/şuq şəkilçisi vasitəsilə yarandığı da ehtimal olunur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mıxtökən silsiləsinin ətəyində yerləşir.
Səbzi qovurma
Səbziqovurma — xörək növü, aş-plov qarası. Xırda tikələrə doğranmış qoyun əti qovrulur, üstünə qızardılmış soğan əlavə edilir. Çox hissə kəvər, həmçinin şüyüd, nanə, keşniş, göy soğan, tərxun, ispanaq və turşəng doğranıb qızarmış ətə qarışdırılaraq bişirilir. Bişənə yaxın abqora (yaxud lümü duzu) tökülür. Plov yanında verilir, ayrıca xörək kimi (bəzən sarımsaqlı qatıqla) də yeyilir. Səbziqovurma bir sıra Yaxın Şərq əlkəsində, o cumlədən Azərbaycanda geniş yayılmışdır.
Turşu qovurma
== Tərkibi == 3x3 sm həcmində doğranmış qoyun əti Baş soğan Şabalıd Albuxara Limon turşusu Sarıkök Duz, istiot == Hazırlanması == Əti yuyub bişirin. Şabalıdı çərtib 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3-4 dəq. suda saxlayıb suyu boşaldın. Baş soğanı həlqəli doğrayıb yağda "ölənədək" (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır. Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun.
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.