SOVUŞMAQ

f.
1. Getmək, keçmək, uzaqlaşmaq, çəkilmək (nəzərə çarpmadan).
Arabir səkilərlə keçənlər mühüm bir işi olan adamlar kimi küçələrdən tez sovuşub gedirdi. A.Şaiq.
Rüxsara bir şey edir kimi, çiyinləri üstündən geriyə baxdı, gödək tumanlı bir qaraltı sağdan sovuşub yuxarıya ötdü. S.Rəhimov.

// Əkilmək, sivişmək, yayınmaq, xəlvəti qaçmaq.
Balaca Sabir günorta yeməyini yeyib sovuşdu. S.Rəhimov.

2. Ötmək, keçmək; keçib getmək, ötüb keçmək.
[Axund:] Hərçənd ki, az qalmışdı aralıqda güllə mənə dəysin, amma şükür Allaha ki, xata yandan sovuşdu. B.Talıblı.
[İlyas Adiləyə:] Beləliklə, ilk fəlakət sovuşdu, yoxsa hər ikimiz uçuruma aşıb məhv olacaqdıq. Ə.Məmmədxanlı.

// Eyni zamanda vaxt, zaman, mövsüm haqqında.
Həftə sovuşdu, getdi; Ay gəldi, başa çatdı. R.Rza.

3. Dayanmaq, ara vermək, kəsmək, keçmək, ötmək.
Qoy yağış sovuşsun, sonra söylə! Ə.Vəliyev.

4. məc. Yaddan çıxmaq, unudulmaq; yox olmaq, keçib getmək.
Amma o duyğu tez sovuşdu məndən; Vallah, gərək başın düşsün bədəndən. A.Səhhət.
[Bəhram:] Bəhram, qorx! Qorx öz vicdanından! Sən ki Saranın xatiri üçün bu işə iqdam etmişdin, nə tez sovuşdun! C.Cabbarlı.
Pirinin dilxorluğu bir anda sovuşdu. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SOVUŞMAQ sürüşmək — əkilmək — yayılmaq — sivişmək — qaçmaq
SOVUŞMA
SOY

Digər lüğətlərdə

боду́н дурачи́ще компа́унд Мани́лов отползти́ приче́тник сволочи́ться трибали́зм уничто́жить измара́ться отха́ркивающий сплю́щивание сты́лый шиньо́нный cellarage disk plough-harrow hulling machine interspinal pediatrist swooning tarantula бронебойный выжелтить лестничный старить