Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbdülvahid Kuzəçioğlu
Əbdülvahid Kuzəçioğlu — müğənni == Həyatı == Əbdülvahid Kuzəçioğlu 1925-ci ildə Kərkükdə doğulmuşdur. Çox məlahətli və güclü səsi olmaqla tanınmış müənnilər arasında öndə getmişdir. Şərq ölkələrinin əksəriyyətində məşhur olan bu müğənni türkman mahnılarını aləmə tanıdan bir sənət elçisi adına layiq görülümüşdür. Əbdülvahid Kuzəçioğlu İraqda neft şirkətində çalışmışdır. 1966-cı ildə Kərkükdə "Kuzəçioğlunun xoyrat və bəstələri" kitabı çapdan çıxmışdır. Kitabda Səməd Vurğunun "Gülə-gülə" və Rəsul Rzanın "Layla balam, a layla" şeirlərinə bəstələnən mahnılar da var. İfa etdiyi "Olum boyun qurbanı", "Ay qız mənə bax, bax", "Vəfasız", "Samovar almışam silənim yoxdur" Azərbaycan mahnıları müğənninin repertuarına daxildir. 1966-cı ildə Qəzənfər Paşayev Kərkükdə olarkən Kuzəçioğlu ilə görüşmüşdür. Bağdadda olarkən Qəzənfər Kuzəçioğlunun Bakıda rəssam Nazim Rəhmanzadənin çəkdiyi portretini gətirmiş, "Qardaşlıq" (Mədəniyyət ocağı) rəhbərliyinə vermişdir. == Haqqında deyilənlər == Kərküklü Əbdülvahid Kuzəçioğlunun XX əsrin 50-60-cı illərindən bir çox Azəri mahnısını oxuması nəticəsində Azəri mahnılarının Kərkükə girməsi qolaylaşmışdır.
Şirin Əbdülvahab
Şirin Əbdülvahab(ərəb. شيرين عبد الوهاب‎, doğ. 8 oktyabr, 1980) Avropada Sherine kimi tanınır. Ərəb və müsəlman dünyasında Şirin (ərəb. شيرين‎ kimi məşhurdur)—Misir müğənnisi. == Həyatı == Şirin Əbdülvahab 8 oktyabr 1980-ci ildə Misirdə, Qahirə şəhərində anadan olub. 2001-ci ildən sonra müğənni kimi məşhurlaşıb. == Diskoqrafiyası == AlbomlarıFree Mix 3 avec Tamer Hosny (2002). Éditeur : Free Music Art Production Garh Tany (une autre blessure) (2003). Éditeur : Free Music Art Production Lazem A'eesh (translation: je dois vivre) (2005).
Əbdülvahab Məmmədzadə
Əbdülvahab Yurdsevər və ya Əbdülvahab Məmmədzadə (17 iyul 1898, Bakı – 28 yanvar 1976, Ankara) — azərbaycanlı siyasətçi, ədəbiyyatşünas, publisist. Azərbaycan Milli hərəkatının fəal üzvlərindən biri, Gizli Müsavat təşkilatının sədr müavini, mühacir. == Həyatı və təhsili == Əbdülvahab Məmmədzadə 1898-ci ildə Bakı şəhərində anadan olub. 1905-ci ildə rus-tatar məktəbinə qəbul olub. Əbdülvahab Yurdsevər 1911-ci ildə rus litseyinə qəbul edilmiş, 1911-ci ildə III Aleksandr adına şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra rus litseyinə qəbul olub. Burada rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. . == Fəaliyyəti == === Azərbaycanda === 1916-cı ildə "Məhəmmədiyyə" adlı siyasi dərnəyə üzv olub. 1917-ci ildə Müsavat partiyasına üzv olub. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Nazirlər Şurasının dəftərxanasında tərcüməçi kimi fəaliyyət göstərib. Aprel işğalından sonra bu işğala qarşı mübarizə aparmaq üçün yaradılmış Gizli Müsavat təşkilatının ilk qurucularındandır.
Əbdülvahab Salamzadə
Əbdülvahab Salamzadə (16 fevral 1916, Şamaxı – 19 avqust 1983, Bakı) — azərbaycanlı memar, professor (1967), Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1983). == Həyatı == Əbdülvahab Salamzadə 16 fevral 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Əmək fəaliyyətini 1944–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda davam etdirmişdir. Belə ki, o, 1951-ci ildən Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1957-ci ildən isə direktor müavini olmuşdur.Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.Əbdülvahab Salamzadə "Abidələr danışır" (Bakı, 1952), "Azərbaycan memarlıq abidələri" (Bakı, 1958), "Əcəmi Naxçıvani" (Bakı, 1976), "Arazboyu abidələr" (K. Məmmədzadə ilə birgə; Bakı, 1979) və elmə xidmət edəcək bir çox başqalarının müəllifidir. Həmçinin alimin M. Hüseynov və L. Bretanitski ilə birgə hazırladığı "Azərbaycan memarlıq tarixi" adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) Azərbaycan milli memarlıq tarixində müstəsna əhəmiyyətə malikdir.Əbdülvahab Salamzadə eyni zamanda Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərin şəhərsalma mədəniyyətini tədqiq etmişdir. O, həmçinin Molla Pənah Vaqifin 1982-ci ildə Şuşada açılmış türbəsinin müəllifidir. 1976-cı ildən ASE elmi redaksiya şurasının üzvü kimi fəaliyyət göstərmişdir.Əbdülvahab Salamzadə 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Əbdülvahab Yurdsevər
Əbdülvahab Yurdsevər və ya Əbdülvahab Məmmədzadə (17 iyul 1898, Bakı – 28 yanvar 1976, Ankara) — azərbaycanlı siyasətçi, ədəbiyyatşünas, publisist. Azərbaycan Milli hərəkatının fəal üzvlərindən biri, Gizli Müsavat təşkilatının sədr müavini, mühacir. == Həyatı və təhsili == Əbdülvahab Məmmədzadə 1898-ci ildə Bakı şəhərində anadan olub. 1905-ci ildə rus-tatar məktəbinə qəbul olub. Əbdülvahab Yurdsevər 1911-ci ildə rus litseyinə qəbul edilmiş, 1911-ci ildə III Aleksandr adına şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra rus litseyinə qəbul olub. Burada rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. . == Fəaliyyəti == === Azərbaycanda === 1916-cı ildə "Məhəmmədiyyə" adlı siyasi dərnəyə üzv olub. 1917-ci ildə Müsavat partiyasına üzv olub. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Nazirlər Şurasının dəftərxanasında tərcüməçi kimi fəaliyyət göstərib. Aprel işğalından sonra bu işğala qarşı mübarizə aparmaq üçün yaradılmış Gizli Müsavat təşkilatının ilk qurucularındandır.
Məhəmməd ibn Əbdülvahab
Məhəmməd ibn Əbdülvahab və ya İbn Əbdülvahab (tam adı:Məhəmməd ibn Əbdülvahab Nəcdi; 1704[…] – 22 iyun 1792) – XVIII əsrdə yaranmış sələfi cərəyanının qurucusu. == Həyatı == Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmişdir. == Təhsili == Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazisi olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaid və hədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynədə aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa, və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir. Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır.
Mirzə Əbdülvahab xan Mötəmədəddövlə
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761 və ya 1759, İsfahan – 1828 və ya 1829) — İranın xarici işlər vəziri, şair, xəttat. == Həyatı == Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.