Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filay (endirilmə aparatı)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. == Eniş == "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Çarmıxdan endirilmə (Rafael)
Çarmıxdan endirilmə (it. Deposizione Borghese) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Çarmıxdan endirilmə" əsəri hal-hazırda İtaliyada Roma şəhərində saxlanılır.
Dirilmə (roman)
Dirilmə (rus. Воскресение) — Lev Tolstoyun ilk dəfə 1899 – cu ildə nəşr edilmiş sonuncu romanı. Bu roman eyni zamanda Tolstoyun sağlığında nəşr edilmiş sonuncu böyük əsəridir. Əsər ilk dəfə Niva həftəlik jurnalında hissələr şəklində nəşr edilmişdir. Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər "Hərb və Sülh" romanında Tolstoy "xalq fikrini", "Anna Karenina"da "ailə fikrini" əsas götürmüşdüsə, "Dirilmə"də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır. == Məzmunu == Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur.
Matris: Dirilmə
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — ABŞ elmi fantastika filmi. Matris: Çevriliş (2003) filminin davam filmidir.
Dirilmə (Lev Tolstoy)

Hellouin: Dirilmə (film, 2002)
Hellovin: Dirilmə (ing. Halloween: Resurrection) — 2002-ci ildə istehsal olunmuş ABŞ filmi. == Məzmun == Hellovin gecəsində yerli psixiatrik xəstəxanada bir neçə qətl hadisəsi baş vermişdir. Zərər çəkmişlər sırasında iyirmi dörd il əvvəl qardaşı Maykl Mayers tərəfindən təşkil edilmiş qətllərdən sağ çıxan Lori Strouddur. Hadisələrdən məlum olmuşdur ki, Maykl Mayers polisin üzərinə hücum edən zaman ona maskasını taxmışdır. Bu zaman Lori həmin polisi Maykl Mayers zənn edərək onu öldürmüşdür. Maykl bu hadisədən uzun müddət sonra yenə də Hellovin gecəsində qətl bayramını keçirmək niyyətindədir. Altı student müsabiqənin qalibi olmuş və iştirakçı kimi ekstremal realiti şouya qatılmışlar. Şounun qaydasına görə iştirakçılar Hellovin gecəsində məşhur seriyalı qatil Maykl Mayersin evində qalmalıdırlar. Onlar qaldığı müddətdə isə kamera evdə baş verən hadisələri müşahidə edəcəkdir.
Hellovin: Dirilmə (film, 2002)

Matris: Dirilmə (film, 2021)
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — ABŞ elmi fantastika filmi. Matris: Çevriliş (2003) filminin davam filmidir.
Sağ qalmaq 2: Dirilmə (film, 2008)
Sağ qalmaq 2: Dirilmə (norv. Fritt Vilt 2) Norveç istehsalı olan qorxu və kriminal janrlı filmdir. Rejissorunun Mats Stenberq olduğu bu film 2008-ci ildə işıq üzü görüb. == Məzmun == Bu filmdə hadisələr qaldığı yerdən davam edir. Oteldə ikən hamını öldürməyə müvəffəq olan qatilin əlindən yalnız Yannike xilas olaraq xəstəxanaya gəlir. Eyni zamanda onu öldürdüyünü düşünən Yannike həqiqətdən xəbərsizdir. Çünki öldürdüyünü fərz etdiyi həmin qatil sağdı və qisas üçün yenidən yeni terrora başlayacaq. == Rollarda == İngrid Bolso Berdal / Yannike Marthe Snorresdotter Rovik / Kamilla Kim Wifladt / Ole Fridtjov Saheim / Herman Cohanna Mork / Audlild Mats Eldoen / Sverre Run Melbi / Dağda yaşayan adam (qatil) == Ev üçün buraxılış == Bu filmin DVD versiyası Shout! Factory tərəfindən 23 aprel 2013-cü ildə satışa çıxarıldı.