Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ənbəran
Ənbəran— İranın Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində şəhər və bəxşin paytaxtı. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6.161 nəfər və 1.532 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti sünni şafi inanclı talışlardan ibarətdir və talış dilində danışırlar.
Ənbər
Ənbər – Orta əsr mənbələrində adı müşklə birlikdə çəkilən qiymətli maddə. Mütəxəssisin bildirdiyinə görə, onu Hind okeanında yaşayan balinadan almaq olar. Balinanın ifrazatıdır. Onu ancaq okean və ya dənizin dibindən yığmaq mümkündür. Adıçəkilən maddə mumvari olur. Vaxtilə bu maddə İranda, Hindistanda, ərəb ölkələrində daha çox yayılmışdı. Hətta orta əsrlərdə onu ləl-cəvahirat qiymətinə satırdılar. == Təbabətdə == Orta əsr ədəbiyyatı ilə tanış olduqda bəlli olur ki, ənbəri şahların, xəlifələrin sarayında küplərdə saxlayardılar. Özünü pis hiss edən ondan bir az götürüb ağrıyan yerinə çəkərdi və bir qədər keçməmiş ağrı dayanardı. Və yaxud ənbərdən ətir kimi istifadə edərdilər.
Ənbər sürvə
Müşk sürvəsi, Ənbər sürvə (lat. Salvia sclarea) və ya Dağ küncüdü — adaçayı cinsinə aid bitki növü. == Sinonim == Aethiopis sclarea (L.) Fourr. Salvia altilabrosa Pan Salvia calostachya Gand. Salvia coarctata Vahl Salvia foetida Lam. Salvia haematodes Scop. [Illegitimate] Salvia lucana Cavara & Grande Salvia pamirica Gand. Salvia sclarea var. calostachya (Gand.) Nyman Salvia sclarea var. turkestanica (Noter) Mottet Salvia simsiana Schult.
Enderbi Torpağı
Enderbi Torpağı (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır. == Coğrafiya == Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır. Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.