Elçin Musaoğlu
Elçin Musa oğlu Quliyev (11 iyul 1966, Bakı) — kinorejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi (2016).
== Həyatı ==
Elçin Musaoğlu 11 iyul 1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990).
== Fəaliyyəti ==
"Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda (1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.
== Ad və mükafatlar ==
Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999)
"Şüşə oyuncaqlar" filminə görə Əl Cəzirə Beynəlxalq Televiziya filmləri festivalında "Golden Award mükafatı" (2006)
"40-cı qapı" filminə görə 42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign"(Ən yaxşı xarici film) mükafatı (2009)
"40-cı qapı" filminə görə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatı (2009)
"40-cı qapı" filminə görə 19-cu Beynəlxalq Cottbus Film Festivalında "The International Film Guide Inspiration Award" və "Prize of the Ecumenical Jury with a Special Mention" mükafatları (2009)
"40-cı qapı" filminə görə Monteneqro TV və Film Festivalında "The award for best photography", "The award for best directing" və "Silver olive" mükafatları (2009)
"40-cı qapı" filminə görə Tiburon Beynəlxalq Film Festivalında (ABŞ) "Federico Fellini Award" mükafatı (2010)
"40-cı qapı" filminə görə Eurasia IFF (Qazağıstan) festivalında "Award Jury NETPAC" mükafatı(2010)
"40-cı qapı" filminə görə New York Eurasia Film Festivalında "Award Best Screenplay" mükafatı(2010)
"Nabat" filminə görə "Ən yaxşı bədii film" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)
"Nabat" filminə görə Manhaym-Haydelberq beynəlxalq film festivalında 3 mükafat
"Nabat" filminə görə Pune Beynəlxalq film festivalında “Special Mention Award” mükafatı
"Nabat" filminə görə 33-cü Fəcr beynəlxalq kinofestivalında “Ən yaxşı rejissor” mükafatı
"Nabat" filminə görə Tripoli Film Festivalında "ən yaxşı film" mükafatı
"Nabat" filminə görə Avrasiya Beynəlxalq Film festivalında "ən yaxşı rejissor" mükafatı
Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016)
== Filmoqrafiya ==
Qatil (film, 1994)
P. S. (film, 1995)
Valın üçüncü üzü (film, 1996)
Qum dənəsi (film, 1997)
Səyyahın gündəliyi (1997)
Rüstəm haqqında (1999)
Söz uşaqlara verilir (film, 1998)
Hər şey olduğu kimi (film, 2000)
Günəş və bulud (film, 2000)
İsmixan Rəhimov (film, 2000)
Küyçü Həmid (film, 2000)
O quzeylər (film, 2000)
Tofiq Bakıxanov (film, 2000)
Bir qəlbin iki dastanı (film, 2001)
Gəmiqaya (film, 2001)
Havalansın Xanın səsi (film, 2001)
Qaya (film, 2001)
Mingəçevir (film, 2001)
Rəşid Behbudov (2001)
"Ruhun rəngləri". Nərminə Vəliyeva (film, 2001)
Şəfiqə Baxşəliyeva (film, 2001)
Usta Rəşid (film, 2001)
Basqal (film, 2002)
Fotoqraf (film, 2002)
Gözümün İşığı (2002)
Gülağa Məmmədov (film, 2002)
Lütfiyar İmanov (film, 2002)
Maestro (film, 2002)
Mariya Titorenko (film, 2002)
Durnalar qayıtdı (film, 2003)
Firəngiz Əhmədova (film, 2003)
Şüşə oyuncaqlar (2003)
Nur payı (2005)
Qamış şəhərin yuxuları (2006)
Mən kitabımı başlayıram (film, 2006)
Qaşqayın son proqnozu (film, 2007)
40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
Nabat (film, 2014) (tammetrajlı bədii film)
Türkiyə mənim də vətənim
== İstinadlar ==
== Mənbə ==
Best of Venice: Nabat, Because Paradise Lies Beneath a Woman's Feet
Nabat: una donna sola contro la guerra
Nabat (2014)
Nabat: An Interview with Elchin Musaoglu and Fatemeh Motamed Arya
Eine Mutter leistet Widerstand
Журнал "Баку".