Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Homo ergaster
Afrika ərazisindən tapılmış ilk insanlar tək Homo habilislər hesab olunmur. 1971-ci ildə Keniyada Rudolf gölü ətrafında Kobifor düşərgəsində Luis Likinin Hominidlərə aid aşkar etdiyi alt çənə sümüyü ilk vaxtlar Homo Erektusa aid edilsə də, sonradan onların yeni bir növ təşkil etdiyi müəyyənləşdirildi. 1975-ci ildə bu tapıntı Homo Erqaster (işləyən, yaradan adam) adlandırıldı. Avstralopiteklərlə eyni təbəqədə iki kəllə sümüyünün aşkar olunması nəticəsində insan təkamülünün düz xətlə deyil, sıçrayışla baş verdiyi təsdiq olundu. Yəni, Avstralopiteklərlə eyni təbəqədə Homo Erqasterlərin qalıqları aşkar edildi. 1984-cü ildə Türkanalı oğlan (Turkana Boys) kimi tanınan tapıntı aşkar olundu. Kalium – arqon metodu vasitəsilə tapıntının yaşı 1.5 – 1.6 milyon il bundan əvvələ aid edildi. Homo Erqasterlərin bir çox xüsusiyyətləri Homo Erektuslarla oxşar olsa da, fərqli cəhətləri də var: 1. Kəllə quruluşu fərqlidir. Belə ki, onlarda kəllənin nazik olması, başın arxa hissəsinin böyüklüyü və beyin strukturunda fərqliliklər var.