Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aspirant
Аspirant (latın dilində aspirans – bir şeyi əldə etməyə can atan, nəyə isə çatmaq istəyən, cəhd edən). == Haqqında == Aspirant ali təhsildən sonra aspiranturada ixtisas səviəyyələrinin artırılması və gələcək elmi fəaliyyətə məqsədli hazırlanması üçün xüsusi təhsil alırlar. Məzmununa və praktikasına görə konkret elmi mövzu üzrə elmi-tədqiqat işi apardıqdan sonra, müdafiə şurası qarşısında elmi işini müdafiə edir və uğurlu nəticə olduqda elmlər namizədi elmi adı alırlar. === Tarixi === Aspirantura və aspirant statusu Sovet İttifaqı və kecmiş sosialist ölkələrinin ali təhsil sistemi üçün xarakterik idi. Müasir dövrdə o ölkələrin böyük əksəriyyəti aspirantura sistemindən imtina etmişlər. Aspirantura şəbəkəsi hal-hazırda ancaq Rusiya Federasiyası və bir neçə ölkədə qalmışdır. Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildikdən sonra aspirantura sistemi ləğv edilərək tamamilə Bolonya təhsil sisteminə uyğun doktarantura sisteminə keçilmişdir. Hal-hazrda ali və ondan sonrakı təhsil bakalavratura, magistratura və doktorantura ardıcılllığı ilə aparılır. === Braziliya === QəbulBraziliyada asspirantura adlı magistr proqramına daxil olmaq üçün bakalavr, lisenziya və ya texnoloq dərəcəsi tələb olunur. Ümumiyyətlə, qəbul olunmaq üçün namizədin orta qiymətdən yuxarı qiymətləri olmalıdır və adi kurs işlərinə əlavə olaraq bakalavr sahələri üzrə dövlət proqramları vasitəsilə elmi tədqiqatlara başlamaq tövsiyə olunur.
Aspirant teoloji birliyi
Aspirant teoloji birliyi, QTU (ing. Graduate Theological Union) — Berkli şəhərində doqquz müstəqil seminariya və on bir tədqiqat mərkəzinin birləşməsi. == Tarixi == QTU 1962-ci ildə qurulmuşdur və Berkli Kaliforniya Universitetinin törəməsidir. QTU-nun İlahiyyat Fakültəsi ABŞ-da ən böyüyüdür. QTU, Berklidəki Kaliforniya Universitetinin və Stanford Universitetinin kitabxanaları tərəfindən qəbul edilməsinə nəzarət edilən dünyanın ən böyük teoloji kitabxanalarından birini saxlayır. QTU-nun məktəb və seminariyalarının əksəriyyəti Kaliforniya Universitetinin Berkli şəhərciyinə bitişikdir. Tələbə sayı təxminən 1300 nəfərdir. QTU məktəblərinin ənənəvi teoloji fənlərdən əlavə tədris proqramı humanitar, mədəni və tarixi tədqiqatlar, mənəviyyat, fəlsəfə və fənlərarası tədqiqatları əhatə edir. QTU, aşağıdakı magistr dərəcələri üçün təhsil proqramları təklif edir: Sənət Ustası, İlahiyyat Magistri, İlahiyyat Magistri və (Berklidəki Kaliforniya Universiteti ilə əməkdaşlıqda) PhD və İlahiyyat Doktoru. Xristianlıq (Protestantizm, Katoliklik, Yunan Pravoslavlığı), İslam, Yəhudilik və Buddizm kimi dini ənənələrin nümayəndələri QTU-da təhsil alırlar.
Aspirin
Asetilsalisilli turşu, aspirin, (lat. Acidum acetylsalicylicum, ing. Acetylsalicylic acid) — analgetik (ağrıkəsici), temperatur salan, qan duruldan təsirli dərman preparatı. Ağ xırda iynəuclu kristallı poroşok, otaq temperaturunda suda az həll edilir, qaynar suda, spirtdə tez həll edilir. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən onu kəşf edib. Asetilsalisilli turşusu satışda "aspirin" adı ilə tanınır.
Yengi İspiran (Təbriz)
Yengi İspiran (fars. ينگي اسپران‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,012 nəfər yaşayır (735 ailə).